Axtarış
The search found 105779 results in 0.016 seconds.
Search results
Azərbaycan yanğınsöndürənləri Borjomidən ayrılırlar
Yanğının söndürülməsi bir həftə davam edib
Azərbaycan yanğınsöndürənləri və xilasediciləri bir həftə boyunca irimiqyaslı yanğının söndürülməsində Gürcüstan tərəfinə yardım etdikdən sonra Borjomi dərəsindən ayrılırlar.
Bu barədə "Rustavi-2" telekanalına istinadən xəbər verir.
"Xüsusi texnika və işçi qüvvəsi Borjomi dərəsini tərk edir. Ermənistanın xilasetmə-yanğınsöndürmə briqadaları, Türkiyənin aviasiya briqadaları ərazini tərk edib. Tezliklə Azərbaycan və Belarus helikopterləri də Gürcüstanı tərk edəcək", - telekanalın məlumatında deyilir.Muxalifet - 28-08-2017
Azərbaycan və İsrail şəhərləri qardaşlaşacaq
Tirat-Karmel Arye Talem şəhərinin merinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək
Azərbaycanın Şamaxı şəhəri və İsrailin Tirat-Karmel Arye Talem şəhəri sentyabrın 5-də qardaşlaşacaq.
Bu barədə "Report"a müsahibəsində "Azərbaycan-İsrail" (Azİz) Beynəlxalq Assosiasiyasının rəhbəri Lev Spivak məlumat verib.
Onun sözlərinə görə, bununla əlaqədar Tirat-Karmel Arye Talem şəhərinin merinin başçılıq etdiyi nümayəndə heyəti Şamaxı şəhərinin İcra Hakimiyyəti ilə müvafiq müqavilə imzalamaq üçün Azərbaycana səfər edəcək.Muxalifet - 28-08-2017
Şirvanda yük maşını aşıb: ölən var
Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Podratçı “Neftçi oil” şirkətinə yük avtomobilinin aşması nəticəsində bir nəfər ölüb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.Muxalifet - 28-08-2017
Gülnarə Kərimovanın 1,5 milyardlıq sərvəti ələ keçirildi
Özbəkistan prokurorluğu məlumat yayıb ki, sabiq prezident İslam Kərimovun qızı Gülnarə Kərimovanın 1,5 milyard dollarlıq sərvəti müsadirə ediləcək.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, siyahıya 1,5 milyard dollarlıq daşınmaz əmlak daxildir. Əmlakların 12 fərqli ölkədə yerləşdiyi bildirilir.
Əmlakların ələ keçirilməsi üçün rəsmi proseslərin start götürdüyü deyilir.
Qeyd edək ki, Gülnarə Kərimova bir müddət əvvəl korrupsiyada ittiham edilmiş və barəsində həbs qərarı verilmişdi.Muxalifet - 28-08-2017
Azərbaycanlı məmur ad günündə yüz minlik şərab açdırdı - FOTO
Muxalifet.az xəbər verir ki, "Yeni Müsavat” qəzeti Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı haqqında material dərc edib.
Muxalifet - 28-08-2017
Füzuli İcra Hakimiyyəti şəhid Zəhranın ailəsini aldadıb
Zəhranın atası: "Prezident Aparatının qarşısına çıxacam"
Ermənistan ordusunun təxribatı nəticəsində şəhid olan 18 aylıq Zəhranın ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən aldadılıb.
Yenicag.az xəbər verir ki, rayon icra hakimiyyətinin “Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş” şöbəsinin müdiri Qənimət Əliyev Zəhranın anasının savadsızlığından istifadə edərək, ərizəyə qol çəkdirib. Bu barədə, Zəhranın valideynləri tərəfindən Prezidentə ünvanlanan məktubda deyilir.Muxalifet - 28-08-2017
İşçi Qrup Azərbaycana sanksiyalar tələb edir
“Mehman Əliyevin həbsi, “Turan” İnformasiya Agentliyinin bağlanması Azərbaycan hökumətinin insan haqları və azadlıqlar məsələsində güzəştə getmək fikrində olmadığının növbəti dəfə ultimativ nümayişidir”.
Vahid Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrupun müraciətində belə yazılır.
“Mehman Əliyevin həbsi ilə ölkədə siyasi məhbusların sayı158-ə yüksəlib. Onlardan 10-u jurnalist və bloggerlərdir", sənəddə deyilir.
İşçi Qrup müraciəti BMT, Avropa Şurası, ATƏT, Avropa Birliyi, Dünya Bankı və digər beynəlxalq təşkilatlara ünvanlayıb:Muxalifet - 28-08-2017
Avtobusu Qara dənizə aşırıb 19 fəhləni öldürən Mikaelyan həbs edildi
Rusiyanın Krasnodar vilayətində Krımı Rusiyaya birləşdirən körpünün tikintisini aparan fəhlələri daşıyan avtobusun Qara dənizə düşməsi nəticəsində ölənlərin sayı 19-a çatıb.
Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, yaralılardan biri xəstəxanada keçinib. Hazırda xəstəxanalarda 19 nəfər yaralı var.Muxalifet - 28-08-2017
“Rusiyanın casus şəbəkəsindən aldığımız bu dərsi gərək heç zaman unutmayaq” - Elxan ŞAHİNOĞLU
“Yaradılan komissiya bütün mümkün versiyaları araşdırmalıdır”
Muxalifet2 - 28-08-2017
Ramil Şeydayev Slovakiya klubundan getdi
Azərbaycanın futbol millisinin üzvü, fevral ayından icarə hüququ əsasında Slovakiyanın “Jilina” klubunda çıxış edən Ramil Şeydayev bu komandada çıxışlarını dayandırıb.
“azerisport” xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında müqalivəyə xitam verib.
Mənbəyə görə, Şeydayev müqavilə üzrə məxsus olduğu “Trabzonspor”a qayıtmayacaq. Hələlik onun hansı klubda çıxış edəcəyi məlum deyil.Muxalifet - 28-08-2017
Natiq Cəfərli ilə bağlı cinayət işinə xitam verildi
Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli barəsində başlanan cinayət işinə xitam verilib.
APA-nın xəbərinə görə, bu barədə N. Cəfərlinin vəkili Cavad Cavadov özünün “facebook” səhifəsində məlumat yayıb. Vəkil bildirib ki, bu gün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağırılıb. Orada N. Cəfərli barəsində başlanılmış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1 və 308.2 maddəsi ilə olan cinayət işinin icraatına əməlində cinayət tərkibi olmadığına görə xitam olunmasına dair qərar elan edilib.Muxalifet2 - 28-08-2017
PUTİN REJİMİNİN “AXİLLES DABANI” – Rusiyanın xaricdə gizlədilmiş kapitalı təhlükə qarşısında!
Rusiya prezidenti Vladimir Putinin hakimiyyəti zənn edildiyindən də zəifdir. Bundan əlavə onun hakimiyyətinin özülü ierarxik hakimiyyət klanının konsolidasiyası əsasında qurulub. Elə məhz belə hakimiyyət də onun siyasi yaşamının ən böyük təhlükəsinə çevrilib.
Muxalifet2 - 28-08-2017
Türk yazardan həyəcanlı çağırış: "O dəhliz Türkiyəni məhvetmə planıdır!"
İbrahim Karagül
"Yeni Şafak", TürkiyəMuxalifet2 - 28-08-2017
Hacı Əliyev: “Olimpiya çempionu olmaq istəyirəm”
“Bu, bütün Azərbaycan xalqının qələbəsidir”
“Bu qələbə təkcə mənim əziyyətim deyil, bütün yığma komandanın zəhmətidir”.
Bunu Fransanın paytaxtı Parisdə qızıl medal və Azərbaycanın sərbəst güləş tarixində ilk üçqat dünya çempionu adını qazanan Hacı Əliyev deyib.Muxalifet - 28-08-2017
Cəlilabad sakini arvadını döyərək öldürüb
Cəlilabad rayonunda kişi arvadını döyərək öldürüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti xəbər verir ki, hadisə avqustun 26-da baş verib.
Belə ki, rayon sakini İsmayıl İsmayılov həyat yoldaşı Sevda İsmayılovanı döyüb, onun baş nahiyəsinə küt alətlə xəsarət yetirib. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə İ.İsmayılov tutulub.
Faktla bağlı araşdırmlara başlanılıb.Muxalifet - 28-08-2017
“Qardaş, maşınımı vurmusan gəl düzəlt də” – Şeyx Əbdül Hacıbala Abutalıbovu ittiham etdi
İndi də uçuq-sökük evdə, toz-tozanaqda oturub işləyirəm”- Şeyx Əbdülün ev problemi
Bir neçə il bundan öncə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən salınan “Qış Parkı”nın tikintisi zamanı rejissor, əməkdar incəsənət xadimi Əbdül Mahmudovun (Şeyx Əbdül) evinə ciddi ziyan dəyib.
Məhkəmənin qərarına əsasən, BŞİH zərər vurulan evi təmir etdirməli, ya da dəyən ziyanı ödəməlidir.
Lakin tanınmış rejissor Modern.az-a açıqlamasında məsələnin hələ də həll olunmadığını, hazırda qəza vəziyyətində olan bir evdə yaşadığını bildirib:Muxalifet - 28-08-2017
Dağıstanda polisə hücum: 3 ölü
Dağıstanın Kaspiysk şəhərində polis naryadına hücum olub.
Rusiya KİV xəbər verir ki, polis əməkdaşlarına hücum zamanı 1 polis nəfəri öldürülüb. Hücum edənlərdən 2-si də cavab atəşi ilə məhv edilib.Muxalifet - 28-08-2017
Rusiyada fahişəliklə məşğul olan polis qadın saxlanılıb
Rusiya Daxili İşlər Nazirliyinin (DİN) fahişəliklə məşğul olmaqda şübhəli bilinən əməkdaşı saxlanılıb.
“Moskva” agentliyini verdiyi məlumata görə, 1985-ci il təvəllüdlü qadın polis bölməsinə gətirilib.
Axtarış zamanı onun üzərindən kontraseptivlər, intim təyinatlı digər vasitələr və DİN-nin əməkdaşı olmasına dair vəsiqə çıxıb.
Araşdırmalar nəticəsində qadının DİN-nin əməkdaşı olduğunu təsdiqlənib.
Faktla bağlı araşdırma davam etdirilir.Muxalifet - 28-08-2017
KTMT-nin baş katibi Xaçaturov İrəvana gəlir
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov avqustun 28-də Ermənistana səfər edəcək.
KTMT-nin mətbuat xidməti xəbər verir ki, avqustun 30-dək davam edəcək səfər çərçivəsində erməni generalın Prezident Serj Sərkisyan, Xarici İşlər naziri Edvard Nalbandyan, Müdafiə naziri Vigen Sərkisyan və parlamentin rəhbəri ilə görüşü planlaşdırılıb.Muxalifet - 28-08-2017
İncəsənət Universitetinin tələbəsinin intiharının TƏFƏRRÜATI
Masallı rayonunun Şərəfə kəndində 20 yaşlı Sədi Bəşirov intihar edib.
Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbəsi olan S.Bəşirov nənəsi ilə birlikdə yaşayırdı. O, əmisinin həyətindəki yarımçıq tikilidə intihar edib:Muxalifet - 28-08-2017