Ukrayna Ali Radası Rusiyanı işğalçı ölkə elan edəcək

Qanunvericilik səviyyəsində işğalçı dövlət anlayışı ilk dəfə Rusiyaya qarşı tətbiq olunacaq
 
Donbassın reinteqrasiyası haqqında qanun layihəsində Rusiya ilk dəfə olaraq Ukrayna qanunvericiliyi səviyyəsində işğalçı dövlət adlandırılacaq.
Bunu bazar ertəsi prezident Pyotr Poroşenkonun parlamentdə nümayəndəsi İrina Lutsenko bildirib.
O, Ukraynanın "Beşinci kanalı"nın efirində deyib ki, qanunvericilik səviyyəsində işğalçı dövlət anlayışı ilk dəfə Rusiyaya qarşı tətbiq olunacaq.