Axtarış

The search found 105857 results in 0.094 seconds.

Search results

  1. Bu ölkələrdə koronavirusun yayılmadığı iddia olunur - SİYAHI

    Bütün dünyada koronavirusun sürətlə yayılması, virus qurbanlarının sayının həndəsi silsilə ilə artmasına baxmayaraq, hələ də bir neçə ölkədə koronavirus rəsmi olaraq qeydə alınmayıb.

    “Report” xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın 9 ölkəsində hələ də koronavirus aşkarlanmayıb.

    Ölkələrdən 5-i Afrikada, 4-ü isə Asiyada yerləşir. Həmin ölkələr bunlardır: Türkmənistan, Tacikistan, Şimali Koreya, Yəmən, Cənubi Sudan, Malavi, Lesoto, Komor adaları və San-Tome və Prinsipi.

    Muxalifet4 - 1-04-2020

  2. ŞOK: Türkiyədə yüzlərlə həkim koronavirusa yoluxdu

    Türkiyədə 601 səhiyyə işçisində COVID-19 aşkarlanıb.
     
    Bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.
     
    “Ümumdünya Səhiyyə Təşkilatı aşkarlanan halların 10%-nin səhiyyə işçilərində qeydə alındığını açıqlayıb. Bizdə belə faiz yoxdur. Ölkəmizdəki sayı demək heç ürəyimcə olmasa da, bildirməliyəm ki, 601 tibb işçisi koronavirusa yoluxub. Səhiyyə işçilərimizi qorumaq üçün əlimizdən gələni edirik”,- nazir bildirib.
     

    Muxalifet4 - 1-04-2020

  3. Gürcüstanda azərbaycanlıların yaşadığı kənd tam təcrid olundu

    Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Kvemo Bolnisi (Kəpənəkçi) kəndi koronavirusun yayılmasının qarşısının alınması məqsədilə tam təcrid olunub.
     
    Bu tədbir Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin tövsiyəsi əsasında həyata keçirilib.
     
    Kəndə giriş-çıxış tam məhdudlaşdırılıb. Sakinlərin tibbi müayinəsi davam etdirilir.
     
    Bolnisidə koronavirusun təsdiqləndiyi üç nəfərdən ikisi məhz Kvemo Bolnisi kəndindəndir.
     

    Muxalifet4 - 1-04-2020

  4. Bu şəxslərə aylıq 250 manat PUL VERİLƏCƏK - SƏRƏNCAM

    Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən könüllülərə 2020-ci il aprelin 1-dən aylıq 250 manat məbləğində mükafat ödəniləcək.

    Muxalifet.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.

    Muxalifet4 - 1-04-2020

  5. Çexiya koronavirusa maskalarla qalib gəlir

    Koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda tibbi maskalardan istifadənin əhəmiyyəti barədə o cümlədən Azərbaycanda ziddiyətli mövqelər eşidilməkdədir. Bəziləri, o cümlədən ölkədə sanitar-epidemioloji vəziyyətə məsul olanlar əvvəlcə tibbi maskaları ancaq yoluxanların taxmalı olduğunu israrla bildirirdilər.

    Muxalifet4 - 1-04-2020

  6. Mütəxəssislər koronavirusun yeni simptomlarını elan etdilər

    İybilmə və dadbilmə hissiyatının itirilməsi koronavirusun başlıca simptomlarıdır.

    RİA Novosti xəbər verir ki, belə bir nəticəyə London Kral Kollecinin alimləri gəliblər.

    Mütəxəssislərin fikrincə, bu simptomlar müşahidə olunan şəxslərin 59 faizində koronavirus testi pozitiv çıxıb. Üstəlik, koronavirusun təyin edilməsi üçün bu simptomlar qızdırmadan daha dəqiq göstərici olub.

    Muxalifet4 - 1-04-2020

  7. “Brent” markalı neftin qiyməti 6 faiz artıb

    Dünya birjalarında neftin qiyməti bahalaşır.

    Bunu hərracların nəticələri göstərir.

    Belə ki, “Brent” markalı Şimal dəniz neft qatışığının iyun fyuçerslərinin qiyməti 6,02% artaraq bir barel üçün 26,23 ABŞ dollarına çatıb.

    WTI markalı yüngül neftin may fyuçerslərinin qiyməti isə bir barelə görə 4,87% artaraq 21,30 ABŞ dolları təşkil edib.

    Muxalifet4 - 2-04-2020

  8. Dünyada koronavirusdan 40598 ölüm, 823626 yoluxma qeydə alınıb

    Son məlumata görə, dünyada yeni koronavirusa 823 626 nəfər yoluxub, 40598 nəfər isə ölüb. 

    TASS xəbər verir ki, bu barədə çərşənbə günü Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik bülletenində bildirilib.

    Statistikaya görə, virusa yoluxanların sayı son gündə 72 mindən çox, ölənlərin sayı isə 4193 nəfər artıb. 

    Ən çox yoluxma (464212 nəfər) və ölüm (30089) halları Avropa məkanında qeydə alınıb. Son sutkada 40 266 yoluxma, 3995 ölüm hadisəsi müşahidə edilib.

    Amerikada ümumilikdə 188751 nəfər koronavirusa yoluxub, 3400 nəfər ölüb. 

    Muxalifet4 - 2-04-2020

  9. Gürcüstanda koronavirusa yoluxanların sayı 130-a çatdı

    Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 130 nəfərə çatıb. 

    Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. 

    Qeyd olunub ki, hazırda ölkə üzrə 5437 nəfər karantində saxlanılır, stasionar müalicə alan xəstələrin sayı isə 260-dır. Virusa yoluxmuş şəxslərdən 23-ü artıq sağalıb.

    Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib./apa

     

    Muxalifet4 - 2-04-2020

  10. 9 nəfər metil spirtindən zəhərləndi, onlardan 4-ü öldü - AZƏRBAYCANDA

    “Martın 21-dən 30-dək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə “Metil spirti” zəhərlənməsi diaqnozu ilə 9 xəstə müraciət edib, onlardan 4-ü ölüb”.
    Bu barədə APA-nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. 

    Muxalifet4 - 2-04-2020

  11. İsrailin səhiyyə naziri və həyat yoldaşı koronavirusa yoluxdu - KARANTİNƏ ALINDILAR

    İsraildə "COVİD-19" diaqnozu ilə ölən xəstələrin sayı 29-a çatıb. 

    RİA Novosti” xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyindən bildirilib.

    Hazırda ölkədə koronavirusa yoluxanların sayı 6211 nəfərdir. Onlardan 107 nəfərinin vəziyyəti ağırdır. 289 nəfər isə sağalıb.

    Bundan başqa, İsrailin 71 yaşlı Səhiyyə naziri Yakov Litsman və həyat yoldaşında da koronavirus aşkarlanıb. Hər ikisinin izolyasiyaya alınacağı bildirilir. 

    Muxalifet4 - 2-04-2020

  12. Sahib Ələkbərov Mikayıl Cabbarova müavin təyin edildi - SƏRƏNCAM

    Prezident İlham Əliyev İqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb.
     
    Sərəncamla bu vəzifə Sahib Nurəddin oğlu Ələkbərova həvalə edilib.
     
    O, indiyə qədər Vergilər nazirinin müavini olub.
     
    3-cü dərəcəli dövlət vergi xidməti müşaviri S.Ələkbərov 1952-ci ildə Samux rayonunda anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1984-cü ildə Moskva İctimai Elmlər Akademiyasını bitirib.
     

    Muxalifet4 - 2-04-2020

  13. ADP DAĞLIQ QARABAĞDA KEÇİRİLƏN QONDARMA “SEÇKİLƏRİ” PİSLƏDİ – Bəyanat

    Bu gün Azərbaycan Demokrat Partiyası 31 mart 2020-ci il tarixində Azərbaycanın işğal altında olan torpaqlarında işğalçı Ermənistanın birbaşa dəstəyi və himayəsi ilə keçirilən qondarma “prezident” və “parlament” seçkiləri ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:

    Muxalifet2 - 1-04-2020

  14. Karantin qaydalarını pozan 12 nəfər həbs olundu, yüzlərlə şəxs...

    Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 01.04.2020-ci il saat 08:00-dan 02.04.2020-ci il 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

    BDYPİ-dən verilən məlumata görə, Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 24-ü rayon, 190-ı paytaxt istiqamətinə olmaqla 214 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

    Muxalifet2 - 2-04-2020

  15. Rusiya maskaları bizə hədiyyə etməyib, satıb - ABŞ

    Rusiya ABŞ-a tibbi qurğular və maskaları hədiyyə etməyib, satıb.

    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı ABŞ Dövlət Departamenti yayıb.

    Məlumata görə, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın arasında baş tutan telefon danışığından sonra ABŞ Rusiyadan tibbi məhsullar almağa razılıq verib.

    Alınan materiallar Nyu Yorkdakı Fövqəladə Halların İdarə Olunması üzrə Federal Agentliyin nümayəndələrinə təhvil verilib.

    Muxalifet2 - 2-04-2020

  16. Cahangir Hacıyevin bacısı dövlət qurumlarını məhkəməyə verdi

    Hazırda həbsdə olan, Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin bacısı dövlət qurumunu məhkəməyə verib. 

    Muxalifet.az “Yeni Sabah”a istinadən xəbər verir ki, Hacıyeva Əminə Fevzi qızı Bakı İnzibati Məhkəməsinə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Bakı İstintaq Təcridxanasının inzibati hərəkətlərindən ərizə ilə şikayət edib. Məhkəmənin hazırlıq iclası aprelin 3-də hakim Pərviz Hüseynovun sədrliyi ilə keçiriləcək. 

    Muxalifet2 - 2-04-2020

  17. VALİDEYNLƏRİN VƏ ŞAGİRDLƏRİN DİQQƏTİNƏ! - “Virtual məktəb” layihəsi başladı

    Bu gündən Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb" layihəsinə start verilib.

    Nazirlikdən bildirilib ki, layihənin məqsədi Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirməkdir.

    Muxalifet2 - 2-04-2020

  18. “Rusiya ilə Səudiyyə Ərəbistanı neftlə bağlı vəziyyəti həll edə bilərlər” - TRAMP

    ABŞ prezidenti Donald Tramp Rusiya ilə Səudiyyə Ərəbistanının müəyyən mərhələdə neft bazarındakı vəziyyətlə bağlı razılıq əldə edə və “müqavilə imzalaya biləcəklərinə” inandığını bildirib.

    Tramp deyib: “Mən hər iki tərəfə və onların bu məsələni həll edə biləcəklərinə inanıram”.

    Trampın fikrincə, bu, “çox da uzaq olmayan gələcəkdə” baş verə bilər. Çünki hazırda vəziyyət “Rusiya üçün də, Səudiyyə Ərəbistanı üçün də çox pisdir, hər iki tərəf üçün çox pisdir”.

    Muxalifet2 - 2-04-2020

  19. SON DƏQİQƏ! - Azərbaycanda daha 41 nəfər koronavirusa yoluxdu - RƏSMİ AÇIQLAMA

    Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilir. 

    Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib ki, son məlumatlara görə, indiyə qədər olan xəstələrdən əlavə 41 nəfərdə yoluxma qeydə alınıb. 

    Onlardan 8-nin vəziyyəti ağır, 11 nəfərin vəziyyəti orta ağırdır. Bu son rəqəm deyil.
     

    Muxalifet2 - 2-04-2020

  20. Azərbaycanda koronavirusa yoluxanların sayı 400 nəfərə çatıb

    Azərbaycanda koronavirusa yoluxanların sayı artıb.

    Belə ki, virusa yoluxanların sayı 400 nəfərə çatıb.

    Həmin xəstələrdən 8-nin vəziyyət ağır, 11-i orta ağırdır. Yerdə qalanların vəziyyəti sabitdir.

    Xəstələrdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər isə vəfat edib

    Muxalifet2 - 2-04-2020

Pages