“Brent” markalı neftin qiyməti 6 faiz artıb

Baxış sayı:
3931

Dünya birjalarında neftin qiyməti bahalaşır.

Bunu hərracların nəticələri göstərir.

Belə ki, “Brent” markalı Şimal dəniz neft qatışığının iyun fyuçerslərinin qiyməti 6,02% artaraq bir barel üçün 26,23 ABŞ dollarına çatıb.

WTI markalı yüngül neftin may fyuçerslərinin qiyməti isə bir barelə görə 4,87% artaraq 21,30 ABŞ dolları təşkil edib.