“Rusiya ilə Səudiyyə Ərəbistanı neftlə bağlı vəziyyəti həll edə bilərlər” - TRAMP

Baxış sayı:
4563

ABŞ prezidenti Donald Tramp Rusiya ilə Səudiyyə Ərəbistanının müəyyən mərhələdə neft bazarındakı vəziyyətlə bağlı razılıq əldə edə və “müqavilə imzalaya biləcəklərinə” inandığını bildirib.

Tramp deyib: “Mən hər iki tərəfə və onların bu məsələni həll edə biləcəklərinə inanıram”.

Trampın fikrincə, bu, “çox da uzaq olmayan gələcəkdə” baş verə bilər. Çünki hazırda vəziyyət “Rusiya üçün də, Səudiyyə Ərəbistanı üçün də çox pisdir, hər iki tərəf üçün çox pisdir”.

ABŞ prezidenti deyib: “Azad bazar – gözəl bir şeydir. Bəzən onun necə işlədiyinə təəccüb edirsən”.

Tramp bildirib ki, Rusiya və Səudiyyə Ərəbistanı “məsələni həll edə bilməsələr”, onun öz hərəkət variantı mövcuddur. Zənnimcə, bu məsələni necə həll edəcəyimi bilirəm... ABŞ bizim gözəl neft şirkətlərini itirməyimizi istəmir. Biz neft istehsalı üzrə dünyada birinciyik... Amma yenə də, Rusiya ilə Səudiyyə Ərəbistanının özlərinin razılıq əldə edəcəklərinə inanıram”./Hurriyyet.org