Axtarış

The search found 105857 results in 0.029 seconds.

Search results

  1. Ziya Məmmədov fonda 2 min, oğlu isə 3 min ayırdı

    Azərbaycanın sabiq Nəqliyyat naziri Ziya Məmmədov və oğlu Anar Məmmədov koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.

    Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ziya Məmmədov Fonda 2000 AZN, oğlu Anar Məmmədov isə 3000 AZN məbləğində vəsait köçürüb.

    Muxalifet4 - 1-04-2020

  2. Koronavirusdan vəfat edənlərin dəfni: Azərbaycanda bu mərasim dini qaydalara uyğun keçirilirmi?

    COVID-19 dünyanın alışdığı nizamı bütün mənalarda alt-üst edib. Təkcə siyasi-iqtisadi müstəvidə deyil, gündəlik həyat qaydaları, davranış tərzləri, adətlər də yeni şəraitə uyğunlaşdırılır. İndi koronavirusla bağlı hər şey gündəm mövzusudur. O cümlədən virusa yoluxmadan vəfat etmiş şəxslərin dəfni.

    Ümumən bütün dövlətlərin epidemiya və pandemiya hallarının dəfni ilə əlaqədar öz qaydaları var. Lakin fərqli dini hökmlərin icrası bir çox hallarda səhiyyə tələbləri ilə uzlaşdırılıb.

    Məsələn…

    Muxalifet4 - 1-04-2020

  3. Gürcüstanda vətəndaşların kommunal xərclərini dövlət ödəyəcək

    Gürcüstanda aylıq 200 KvS-dan az elektrik enerjisi və 200 m3-dən az təbii qaz istifadə edən vətəndaşların kommunal xərcləri dövlət tərəfindən ödəniləcək.

    Bu barədə Baş Nazir Giorgi Qaxaria Qurumlararası Koordinasiya Agentliyinin iclasında məlumat verib. Bildirib ki, güzəşt mart, aprel və may ayları üçün nəzərdə tutulub. Bundan başqa, vətəndaşların su və təmizlik xərcləri də dövlət tərəfindən qarşılanacaq. 

    Muxalifet4 - 1-04-2020

  4. Azərbaycanda elektrik enerjisindən güzəştli istifadə limiti 100 KVt/saat artırılır

    Azərbaycanda əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kVt/saat artırılır.

    Muxalifet4 - 1-04-2020

  5. ​Azərbaycanda “reket jurnalistlər"i “küçə jurnalistləri” əvəz edir – MEDİANIN “QARA YARASINA” ÇEVRİLƏN BU ŞƏBƏKƏ NECƏ İDARƏ OLUNUR...

    Media hər bir dövlətin strateji sahələrindən biri hesab olunur. Təsadüfi deyil ki, bütün dünyada medianı “dördüncü hakimiyyət” adlandırırlar. Bu isə o anlama gəlir ki, istənilən dövlətdə media kimin əlindədirsə, hakimiyyət də onda olacaq. Təsadüfi deyil ki, mərhum rus milyonçusu Boris Berezovskinin illər öncə səsləndirdiyi “Mənə bir televiziya verin, bir dənə də at, o atı Rusiya prezidenti edim”, - fikri hələ də dillər əzbəridir. 

    Muxalifet4 - 2-04-2020

  6. SON DƏQİQƏ! Azərbaycanda daha 61 nəfərdə koronavirus aşkarlandı - 7 NƏFƏRİN VƏZİYYƏTİ AĞIRDIR

    Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Muxalifet.az-ın xəbərinə görə, məlumatda deyilir:

    Azərbaycan Respublikasında 61 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilmişdir.

    Muxalifet4 - 1-04-2020

  7. Azərbaycanda koronavirusa yoluxanların sayı 359 nəfərə çatdı - RƏSMİ AÇIQLAMA

    Azərbaycanda koronavirusa görə xüsusi rejimli xəstəxanalara yerləşdirilənlərin sayı açıqlanıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Ümumilikdə ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 359 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 328 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

    Onlardan 7 nəfərin vəziyyəti ağır, 17 nəfərinli orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

    Muxalifet4 - 1-04-2020

  8. Bakıda xüsusi karantin rejimini pozan şəxslər cəzalandırılır

    Xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq paytaxt ərazisində tədbirlər davam etdirilir.

    "Report"un xəbərinə görə, xüsusi karantin rejim tədbirlərinin gücləndirilməsi məqsədi ilə Bakı şəhər ərazisində polis əməkdaşları tərəfindən vətəndaşlarla profilaktik tədbirlər aparılır.

    Belə ki, xüsusi karantin rejim qaydalarını pozan şəxslərə inzibati tənbeh tədbirləri tətbiq olunur.

    Muxalifet4 - 1-04-2020

  9. Azərbaycanda koronavirusa görə 4518 nəfər karantindədir - RƏSMİ

    Ötən müddət ərzində Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 35 minə yaxın test aparılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilir ki, ölkədə müxtəlif karantin zonalarına yerləşdirilən 4518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

    Muxalifet4 - 1-04-2020

  10. Karantin qaydalarını pozan KAFE SAHİBİ HƏBS EDİLDİ, müştəriləri cərimələndi - FOTO

    Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin fəaliyyətinin qadağan edilməsinə baxmayaraq bəzi sahibkarlar tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir. 
    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Binəqədi rayonu 7-ci mikrorayon ərazisində gecə saatlarında fəaliyyət göstərən kafe aşkar olunub. Həmin kafenin sahibi Elgiz Rəhimov və obyektdə olan 7 nəfər müştəri saxlanılaraq Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə gətiriliblər.

    Muxalifet4 - 1-04-2020

  11. SENSASİYA: Bu şəhərin sakinləri koronavirusa az yoluxur

    İtaliyada Ferrara şəhərinin sakinləri koronavirus infeksiyasına qarşı immunitetə malikdirlər.

    Muxalifet.az xəbər verir ki, bu haqda məlumatı “La Nuova Ferrara” nəşri yayıb.

    Mənbə bildirir ki, orada aşkar edilənlərin sayı çox aşağıdır.

    Ferrara koronavirusa yoluxanların sayına görə ikinci yeri tutan Emilia-Romagna vilayətində yerləşir.

    Regionda 14 mindən çox insan bur virusa yoluxub, Ferrarada isə yalnız 307 yoluxmuş şəxs qeydə alınıb.

    Muxalifet4 - 1-04-2020

  12. Azərbaycanda daha bir yüksək vəzifəyə TƏYİNAT

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  yeni yaradılan Dövlət Ekoloji Ekspertiza Agentliyinə  rəhbər təyinatı olub. 

    Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki,  Mirsalam Qənbərov Agentliyin idarə heyətinin sədri təyin edilib.

    "Bu təyinata qədər  o, Nazirliyin Dövlət  Ekspertiza İdarəsinin rəisi olub.

    M.Qənbərov 2001-ci ildən​ Ekologiya və Təbii Sərvətlər Nazirliyində  çalışır”.

    Muxalifet4 - 1-04-2020

  13. Ərdoğan vətəndaşlardan evlərini tərk etməmələrini xahiş etdi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə koronavirusa yoluxan və xəstəlikdən həyatını itirən şəxslərin sayını açıqlayıb.
    APA-nın “Hürriyyət”ə istinadən verdiyi xəbərə görə, Türkiyə Prezidenti bildirib ki, dünən axşama olan məlumata əsasən, ölkədə 13 531 nəfər koronavirusa yoluxub.
    Onun sözlərinə görə, virusdan ölənlərin sayı 214 nəfərdir.

    Muxalifet4 - 1-04-2020

  14. Bakıda sərnişin avtobuslarında təhlükəli vəziyyət - VİDEO

    Ölkə daxilində koronavirusa yoluxma hallarının minimuma endirilməsi üçün işlər görülür.

    Təxminən bir həftə əvvəl Nazirlər Kabineti yanında operativ qərargah bildirib ki, sərnişinlərin daşınması üçün avtobusların sayı artırılacaq.

    Həmçinin, avtobuslarda olan yer qədər sərnişin daşınmasına icazə veriləcək. Lakin bugünkü mənzərə onu göstərir ki, sərnişindaşımada ara məsafəsinin saxlanılması tələbinə riayət edən, demək olar ki, yoxdur.

    Ekspres və müntəzəm marşrut avtobuslarında ciddi sıxlıq müşahidə olunur.

    Baku TV əməkdaşları məsələni araşdırıb:

    Muxalifet4 - 1-04-2020

  15. Abşeron və Sumqayıtda polis postları quruldu

    "Xəbərdarlıqlara baxmayaraq, zərurət olmadığı hallarda vətəndaşların evdən çıxaraq, istər avtomobillə, istərsə də piyada və avtobusla hərəkətində intensivlik azalmır".
     
    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.
     
    Onun sözlərinə görə, bununla əlaqədar Abşeron rayonunun Xırdalan şəhərində və digər qəsəbələrində, həmçinin Sumqayıt şəhərində polis postları qurulub.
     

    Muxalifet4 - 1-04-2020

  16. Britaniyada daha 563 nəfər koronavirusdan öldü

    Böyük Britaniyada pandemiyadan ölənlərin sayı artıb. 

    Bu haqda “CNNTurk” məlumat yayıb.

    Bildirilib ki, son sutkada daha 563 nəfər koronaviusun qurbanı olub. Bununla da krallıqda pandemiyadan ölənlərin sayı 2 352-yə çatıb.

    Muxalifet4 - 1-04-2020

  17. Dollar neçəyə olacaq? - Sabahın MƏZƏNNƏSİ

    Azərbaycan Mərkəzi Bankı dolların sabah üçün rəsmi məzənnəsini açıqlayıb.

    Muxalifet.az Mərkəzi Banka istinadən xəbər verir ki, aprelin 2-i üçün dolların rəsmi kursu 1,7000 manat müəyyən edilib.

    Qeyd edək ki, bu gün dolların rəsmi kursu 1,7000 manata bərabər olub.

    Muxalifet4 - 1-04-2020

  18. Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi - FƏRMAN

    Azərbaycan Respublikası Prezidentinin “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanında dəyişiklik edilib.

    Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Qeyd olunub ki, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən gənclərə tibbi yardımın göstərilməsi, fiziki və reproduktiv sağlamlığın təmin edilməsi sahəsində tədbirlər həyata keçirilir.

    Muxalifet4 - 1-04-2020

  19. “Azərbaycan müharibəyə başlasa, dünyanın koronavirusa olan diqqəti Qarabağa yönəlməyəcək” – İLHAM İSMAYIL

    “Ermənilərin məhz azərbaycanlıların Soyqırımı günündə martın 31-nə “seçki” təyin etdikləri 3 ay əvvəldən məlum idi”.

    Muxalifet.az xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında Dağlıq Qarabağdakı qondarma rejimin martın 31-də keçirdiyi “prezident seçkiləri”ni dəyərləndirən keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl deyib.

    İlham İsmayıl bildirib ki, ermənilərin martın 31-də – məhz azərbaycanlıların Soyqırımı günündə “seçki” keçirmələrinin cavabı mütləq verilməlidir:

    Muxalifet4 - 1-04-2020

  20. Türkiyədə koronavirusdan ölənlərin sayı 277-yə çatdı - BİR GÜNDƏ 63 NƏFƏR ÖLDÜ

    Türkiyədə son bir gündə 2 148 koronavirusa yoluxma faktı qeydə alınıb.

    Bunu ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

    O qeyd edib ki, bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 15 679 nəfərə çatıb, ölənlərin sayı isə 214-dən 277 nəfərə yüksəlib.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

    Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 903 800-ü ötüb. Bunların 190 684 nəfəri sağalıb, 45 335 nəfəri isə ölüb.

    Muxalifet4 - 1-04-2020

Pages