Axtarış
The search found 105857 results in 0.047 seconds.
Search results
Nyu-Yorkda 1550 nəfər koronavirusdan öldü
ABŞ-ın Nyu-York ştatında son sutka ərzində koronavirusdan ölənlərin sayı 1218-dən 1550 nəfərə çatıb.
Bu barədə ştatın qubernatoru Endryu Kuomo mətbuat konfransında deyib.
Nyu-York ştatı hazırda ABŞ-da koronavirus epidemiyasının episentri hesab olunur.Kuomonun sözlərinə görə, ştatda ümumilikdə 75 795 nəfər virusa yoluxub. 771 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Nyu-York şəhərində isə 43 139 koronavirus daşıyıcısı var.Muxalifet4 - 31-03-2020
Türkiyədə koronavirusdan ölənlərin sayı 214 nəfərə çatdı - BİR GÜNDƏ 46 NƏFƏR ÖLDÜ
Türkiyədə yeni növ koronovirusdan (COVID-19) ölüm sayı 214 nəfərə çatıb.
Türkiyə Səhiyyə Nazirliyinin https://covid19.saglik.gov.tr/ saytında koronavirus haqqında gündəlik məlumat verən sistemin məlumatlarında bu barədə bildirilib.
Məlumatda qeyd olunub ki, bu gün 46 koronaviruslu xəstə ölüb və son 24 saatda 15 422 şübhəli koronavirus testindən keçib, onlardan 2704-nün cavabı müsbət çıxıb. Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 13 531-ə çatıb.
Muxalifet4 - 31-03-2020
"Dağlıq Qarabağdakı "ümumi seçkilər"in nəticələri onun hüquqi statusuna təsir kimi qəbul edilmir" - NATO
"Bu gün Dağlıq Qarabağda keçirilən "ümumi seçkilər"ə gəlincə, NATO bu "seçkilərin" nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir kimi qəbul etmir və nəticələrin heç bir halda Dağlıq Qarabağın yekun statusuna və ya Dağlıq Qarabağ münaqişəsinin davamlı və sülh yolu ilə həll edilməsi üçün davam edən danışıqların nəticəsinə xələl gətirməyəcəyini vurğulayır. NATO ATƏT-in Minsk Qrupunu, o cümlədən həmsədrlərin bu məsələ ilə bağlı son bəyanatını dəstəkləyir".
Muxalifet4 - 31-03-2020
Yetkinlik yaşına çatmayanlara energetik içkilər satanlar cərimələnəcək - 100 MANAT...
Energetik içkilərin yetkinlik yaşına çatmayanlara satılmasına görə yüz manat məbləğində cərimə tətbiq ediləcək.
Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, indiyə qədər etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə yüz manat məbləğində cərimə tətbiq olunub. Layihə Milli Məclisdə qəbul olunacağı təqdirdə bu siyahıya energetik içkilər də daxil ediləcək.
Layihə Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq./apaMuxalifet4 - 31-03-2020
BMT əməkdaşları koronavirusa yoluxdular - CENEVRƏDƏ
Cenevrədə BMT strukturunun doqquz əməkdaşında koronavirusa yoluxma təsdiq edilib.
TASS xəbər verir ki, bu barədə ümumdünya təşkilatının Genevrə qərargahının rəsmi nümayəndəsi Alessandra Velluççi çərşənbə axşamı jurnalistlərə bildirib.
"Martın 30-a olan məlumata görə, BMT-nin Cenevrədəki bölməsinin personalı arasında koronavirusa doqquz yoluxmanı təsdiq edib", - o qeyd edib.
Qeyd edək ki, dünyada koronavirus pandemiyası qurbanlarının sayı 40 672 nəfərə çatıb. İnfeksiya indiyədək 201 ölkə və regionda qeydə alınıb.
Muxalifet4 - 31-03-2020
İranda spirtli içkidən 320 nəfər öldü
İranda 3100-dən artıq insan spirtli içkidən zəhərlənib, onlardan 320-si ölüb.
Bunu İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Kianuş Cahanpur deyib.
Spirtli içkinin qadağan olunduğu İranda metil spirti istehsal olunur. COVID-19-a yoluxmaya qarşı “profilaktik tədbirlər” çərçivəsində saxta içkilərdən, metanoldan zəhərlənənlərin sayı artıb.
Son məlumatlara görə, İranda koronavirusa 44 600 yoluxma halı qeydə alınıb. Bunlardan 2 898-i ölümlə nəticələnib, 14 656 nəfər isə sağalıb.
Muxalifet4 - 31-03-2020
Türkiyədə karantindən qaçan koronavirus xəstəsi öldü
Türkiyədə müalicə aldığı xəstəxanadan qaçan COVID-19 daşıyıcısı ölüb.
Virtualaz.org xəbər verir ki, hadisə Tokat şəhərində baş verib.
Məlumata görə, ölən şəxs 74 yaşlı kişi olub. Onun 70 yaşlı həyat yoldaşında koronavirus testinin nəticəsi neqativ çıxıb.
Bildirilir ki, mərhum xəstəxanadan qaçışı bir neçə gün öncə gerçəkləşdirib. 74 yaşlı kişi evində aşkar edilərək yenidən xəstəxanaya müşahidə altına götürülüb və orada dünyasını dəyişib.
Muxalifet4 - 31-03-2020
Koronavirusun Çində labaratoriyadan ətrafa sızdığı təsdiqlənir - TƏDQİQATÇI TİAN JUNHUA VƏ YARASALARI..., SENSASİON DƏLİL
Çinin hökumət tədqiqatçıları ölümcül yarasa koronavirusları daxil olmaqla, 2 mindən artıq heyvan virusunu təcrid ediblər. Onlar COVID-19 pandemiyasının episentri sayılan vəhşi heyvan bazarından üç mil kənarda viruslar üzərində elmi iş aparıblar. Bu haqda “The Washington Times” qəzetində Bill Gertz yazır.
Son aylar, koronavirusun Uhanda yayılmağa başlamasından az əvvəl Çinin dövlət mediası sözügedən virus tədqiqatından söz açıb, özəlliklə, Vuhandakı əsas tədqiqatçı Tian Junhua-nı tərifləyirdilər.
Muxalifet4 - 31-03-2020
“TİTRƏMƏ, BAŞ AĞRISI...” - Koronavirusa yoluxan Azərbaycanlı jurnalist danışdı
Səs İnformasiya Agentliyinin (SİA) Almaniya və Avropa ölkələri üzrə xüsusi müxbiri Şahin Abbasov koronavirus infeksiyasına yoluxub.
Ş.Abbasov bildirib ki, 2 gün öncə virusla bağlı verilən testin cavabını ötən gün axşam alıb: “Ötən gün axşam analizlərimizi verdiyim klinikadan mənə zəng vuraraq nəticələrin müsbət çıxması barədə məlumat verildi və mənə ciddi rejimli ev karanti tətbiq edildi. Ailə üzvlərimdən də bir nəfərin nəticələri müsbət çıxıb. Heç birimizə evdən çölə çıxmağa icazə verilmir”.
Muxalifet4 - 31-03-2020
İnsanlar evə çəkildi, şəhərə dağ keçiləri axın etdi - VİDEO, FOTOLAR
İngiltərədə dağ keçiləri koronavirus səbəbindən karantinə alınan Llandidno şəhərinə axın edib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, şəhərə enən heyvanlar yol kənarındakı kollarla, bitkilərlə qidalanıb.
Muxalifet4 - 31-03-2020
Bu günün kəndlisi nə düşünür? – ƏLİZADƏ NƏHMƏDAĞAOĞLU YAZIR
Kənddə yaşayanlar çətin günün, yaman günün nə olduğunu çox yaxşı bilirlər. Torpaqların taleyi insanların taleyidir. Çünki insanlar durmadan, dayanmadan, usanmadan torpağı yoğurur. Torpaqdan özünə çorək çıxardır, yeyəcək, deyəcək şeylər əldə edir. Bir insan bir çölün buğdasını əkir, biçir, üyüdür və çörəyə çatdırır. Minlərlə adam bir nəfərin çörəyini yeyir. Ançaq o min nəfər heç fərqində də olmur ki, bir nəfərin - beş manatlıq əyin-başı olan bir kəndiçinin çörəyini yeyir.
Muxalifet4 - 31-03-2020
"Almaniyada bütün koronavirus xəstələri xəstəxanalara yerləşdirilmir" - Azərbaycanlı həkim AÇIQLADI
Almaniyada koronavirusa yoluxanların sayının sürətlə artmasına baxmayaraq, “Covid-19”dan ölənlərin az olması diqqət çəkir.
Almaniyada fəaliyyət göstərən azərbaycanlı həkim Ümid Səlimzadə ATV televiziyasına açıqlamasında bildirib ki, buna səbəb xəstəxanalarda mümkün pandemiya təhlükəsinə qarşı hələ illər əvvəl hazırlıq görülməsidir. Onun sözlərinə görə, koronavirus yayılandan sonra Almaniya hökuməti illər əvvəl hazırlanan planı işə salıb.
Muxalifet4 - 31-03-2020
90 yaşlı qadın bu yeməklə koronavirusa QALİB GƏLDİ - Həkimlər öləcəyini deyirdi....
90 yaşlı Jeneva Vud martın əvvəllərində kritik koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilir. Bir neçə gün sonra xəstəxana əməkdaşları ailəsinə zəng vurur ki, gəlib onunla sağollaşsınlar. Lakin Vud yatağından qalxıb ailəsinə qovuşur. O, buna görə öncə tanrıya, sonra isə hər dərdin dərmanı kartof şorbasına borclu olduğunu deyir.
Doğrudur, bu dərman deyil, lakin immun sistemini gücləndirir.
Muxalifet4 - 31-03-2020
Bakıda koronavirusun yayılmasına qarşı məhdudiyyətlər gücləndirilməkdədir
Elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər davam etdirilir.
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, paytaxtda koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə sosial izolyasiya tədbirləri, məhdudiyyətlər gücləndirilməkdədir.
Muxalifet4 - 1-04-2020
348 avtomobil saxlanıldı, 3 nəfər məsuliyyətə cəlb edildi - XÜSUSİ KARANTİN REJİMİNİ POZANLARA XƏBƏRDARLIQ EDİLDİ
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 31.03.2020-ci il saat 08:00-dan 01.04.2020-ci il 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülən işlər barədə məlumat yayıb.
İdarədən verilən məlumata görə, Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 34-ü rayon, 204-ü paytaxt istiqamətinə olmaqla 238 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.
Muxalifet4 - 1-04-2020
Milli Bankın bu günə olan valyuta məzənnələri
Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
2020-ci ilin aprelin 1-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avronun məzənnəsi 1,8740 manata, Rusiya rublu isə 0,0216 manata yüksəlib. 1 türk lirəsi 0,2569 manata enib.Valyuta Kod Kurs ABŞ dolları USD Muxalifet4 - 1-04-2020
Çempionlar Liqası və Avropa Liqasının finalı azarkeşsiz olacaq
UEFA Çempionlar Liqası və Avropa Liqasının final oyunlarını azarkeşsiz keçirəcək.
"The İndependent" nəşrin xəbər verir ki, qurum artıq hər iki final görüşünün azarkeşsiz olacağı ilə bağlı qərar çıxarıb.
Qalan bütün avrokubok oyunlarının da boş tribunalar önündə keçiriləcəyi istisna edilmir. Bildirilib ki, UEFA 2019/2020 mövsümündə bütün yerli çempionatları və avrokubokları 2020/2021 mövsümü başlamazdan əvvəl bitirmək niyyətindədir.
Qeyd edək ki, UEFA bu gün 55 milli assosiasiyanın baş katibləri ilə videokonfrans keçirəcək.
Muxalifet4 - 1-04-2020
Milli Məclisin Sədrinə yeni köməkçi təyin edilib - FOTO
Milli Məclisin Aparatında kadr islahatları davam etdirilir.
“Report”un əldə etdiyi məlumata görə, Aqşin Hümmətov Milli Məclis Sədrinin köməkçisi vəzifəsinə təyin edilib.
A.Hümmətov bu təyinata qədər "Yeni Azərbaycan" qəzetində çalışıb.
Qeyd edək ki, Milli Məclisin Sədrinin əvvəlki köməkçisi Fizuli Abbasov parlamentin Analitik informasiya şöbəsinə baş məsləhətçi təyin olunub.
Muxalifet4 - 1-04-2020
ERMƏNİ LOBBİSİ BU DƏFƏ "QLOBAL DÜNYA HÖKUMƏTİ" QURANLARIN XİDMƏTİNDƏ
İqtisad elmləri doktoru, professor, S.F.Şarapov adına Rusiya İqtisadi Cəmiyyətinin sədri Valentin Katasonov bir müddət əvvəl nağd pulun ləğvinin qlobalistlərin "insanlar üzərində total nəzarəti" planlaşdırmasının əsas məqamlarından biri olduğunu söylədi. Professor iddia edir ki, "böhran və koronavirus yolu ilə insanlığı məhv etmək uğrunda müharibə gedir ".
Valentin Katasonov çıxışında vurğulayır:Muxalifet3 - 1-04-2020
Türkiyədə problemlə üzləşən vətəndaşlara yardım imkanları nəzərdən keçirilir - SƏFİRLİKDƏN AÇIQLAMA
“Bütün dünyada, o cümlədən Azərbaycanda yayılmış koronavirus pandemiyası ilə bağlı Azərbaycan Prezidentinin tapşırığı əsasında vətəndaşlarımızın sağlamlığının təmin olunması üçün zəruri və təxirə salınmaz tədbirlər görülür”.
Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin yaydığı məlumatda bildirilib.Muxalifet4 - 1-04-2020