Rusiya maskaları bizə hədiyyə etməyib, satıb - ABŞ

Baxış sayı:
3688

Rusiya ABŞ-a tibbi qurğular və maskaları hədiyyə etməyib, satıb.

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı ABŞ Dövlət Departamenti yayıb.

Məlumata görə, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın arasında baş tutan telefon danışığından sonra ABŞ Rusiyadan tibbi məhsullar almağa razılıq verib.

Alınan materiallar Nyu Yorkdakı Fövqəladə Halların İdarə Olunması üzrə Federal Agentliyin nümayəndələrinə təhvil verilib.