Gürcüstanda azərbaycanlıların yaşadığı kənd tam təcrid olundu

Baxış sayı:
3013

Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Kvemo Bolnisi (Kəpənəkçi) kəndi koronavirusun yayılmasının qarşısının alınması məqsədilə tam təcrid olunub.
 
Bu tədbir Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin tövsiyəsi əsasında həyata keçirilib.
 
Kəndə giriş-çıxış tam məhdudlaşdırılıb. Sakinlərin tibbi müayinəsi davam etdirilir.
 
Bolnisidə koronavirusun təsdiqləndiyi üç nəfərdən ikisi məhz Kvemo Bolnisi kəndindəndir.
 
Kənd sakinlərinin ehtiyaclarının ödənilməsi istiqamətində fəal iş aparılır.