Axtarış

The search found 105857 results in 0.029 seconds.

Search results

  1. "Artıq ölkə daxilində yoluxma faktları olduğundan, maska istifadəsi məcburidir" - YAQUT QARAYEVA

    "Əvvəl deyirdik ki, ölkəyə koronavirus xəstəsi xaricdən gəlirdi. Ona görə də tibbi qoruyucu maskanın taxılmasını zəruri etmirdik".

    Bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva brifinqdə çıxışı zamanı deyib.

    TƏBİB rəsmisi qeyd edib ki, artıq ölkə daxilində yoluxma faktları olduğundan, maska istifadəsi məcburidir./Report

    Muxalifet2 - 2-04-2020

  2. "Maska taxmayanlar qaydanı pozmuş sayılır" - DİN-dən AÇIQLAMA

    "Vətəndaşların qoruyucu vasitələrindən istifadəsi mütləqdir".

    Bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

    O bildirib ki, polislər də bunu vətəndaşlardan tələb edir:

    "Karantin rejimi qaydalarında da qoruyucu vasitələrdən istifadə zəruridir. İstifadə etməmək də bu qaydaları pozmaq deməkdir".

    Muxalifet2 - 2-04-2020

  3. Azərbaycanda fövqəladə vəziyyətin elan olunması istisna edilmir - OPERATİV QƏRARGAHDAN AÇIQLAMA

    “Artıq koronavirusa yoluxma halları artır”. 

    Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

    İ. Məmmədov deyib ki, yoluxmanın sürəti sağalmanı dəfələrlə üstələyir: “Cəmi 26 nəfər sağalıb. Bu fərqin artması pis tendensiyadır. Vəziyyətin nəzarətdən çıxdığı deyilmir. Bu tendensiya davam edərsə, vəziyyət mürəkkəbləşərsə, fövqəladə vəziyyətin elan olunması istisna edilmir. Hökumət bütün planlara malikdir. Amma arzu ediləndir ki, buna ehtiyac olmasın”.

    Muxalifet2 - 2-04-2020

  4. "Vəziyyət ciddiləşir, xəstə sayı artarsa, xəstəxanalarda yer çatmayacaq" - TƏBİB

    "Qəti şəkildə deyirəm ki, evdən çıxmayın. Bu məsələ bacardığımız qədər sərtləşəcək".
    Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

    Muxalifet2 - 2-04-2020

  5. “Vətəndaşların icazə ilə çölə çıxmasına dair sənəd hazırlanır” - İbrahim Məmmədov

    “Vətəndaşların icazə ilə çölə çıxması ilə bağlı sənəd hazırlanır, yaxın saatlarda açıqlanacaq”.

    Muxalifet.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

    İ. Məmmədov deyib ki, həmin sənəd hələlik təsdiqlənməyib: “Bu mexanizm üzərində iş gedir, yaxın saatlarda təsdiqlənəcək”./apa

    Muxalifet2 - 2-04-2020

  6. Jurnalistlər üçün karantin qaydaları AÇIQLANDI

    “Jurnalistlərin fəaliyyətinə məhdudiyyət yoxdur”.

    Bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.

    O deyib ki, jurnalistlər də rayonlar və şəhərlərarası hərəkətə qoyulmuş qadağalara əməl etməlidir: “Bakıda yaşayan jurnalist Bakı, Sumqayıt və Abşeronda sərbəst fəaliyyət göstərəcək. Amma rayonlara gedə bilməz. Gəncədə işləyən jurnalist də Bakıya gələ bilməz”.

    Muxalifet2 - 2-04-2020

  7. Gürcüstanda azərbaycanlı hamilə qadın və övladı koronavirusa yoluxdu

    Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Kvemo Bolnisi kəndində (Kəpənəkçi) 19 yaşlı hamilə qadın və övladının koronavirusa yoluxması təsdiqlənib.

    Bu barədə Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili məlumat verib.

    Onun sözlərinə görə, onların hər ikisi Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasına çatdırılıb.

    Qeyd edək ki, ötən gün axşam saatlarında Kvemo Bolnisi kəndi koronavirusun yayılması təhlükəsinin qarşısının alınması məqsədilə tam təcrid olunub. Bu kənddə koronavirusa yoluxanların sayı 4-ə çatıb./report

    Muxalifet2 - 2-04-2020

  8. Koronavirus Azərbaycanın bütün regionlarına yayılıb - RƏSMİ

    “Bütün regionlarda virus var”.
     
    Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.
     
    O deyib ki, Azərbaycanın bütün regionlarında koronavirus yayılıb: “Testlər bütün əhali üçün deyil. Heç bir ölkədə bu, tətbiq edilmir. Biz bacardığımız qədər kliniki simptomları və təmasda olduqları şəxsləri test edirik. Bir viruslu xəstə hərəkət etməklə ətrafına 30-40 xəstə toplayır”.
     

    Muxalifet2 - 2-04-2020

  9. Sosial yardımlarla bağlı yaxın günlərdə qərar qəbul ediləcək

    "Sosial yardımlarla bağlı hamı öz mülahizələrini söyləyir. Sosial ödənişlərə bağlı təkliflər irəli sürülür".

    Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

    O bildirib ki, hələ son qərar yoxdur:

    "Yaxın günlərdə qərar qəbul ediləcək. Qərar vətəndaşlara dəyən ziyanın yüngülləşdirilməsi istiqamətində olacaq. İtkilər minimallaşdırılmalı, aztəminatlı ailələrə yardım olunmalıdır. Hələ ki, hansısa dəqiq rəqəm demək mümkün deyil"./report

    Muxalifet2 - 2-04-2020

  10. Onlayn şəkildə məhkəməsi keçirilən şəxs azadlığa buraxıldı - AZƏRBAYCANDA

    Xətai rayon Məhkəməsində onlayn şəkildə məhkəmə prosesi keçirilib.

    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov məlumat verib.

    Muxalifet2 - 2-04-2020

  11. “Rusiyada koronavirusla bağlı vəziyyət mürəkkəbləşib” - PUTİN

    Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə keçirdiyi videomüşavirədə Rusiyada koronavirusla bağlı yaranmış vəziyyətin mürəkkəbləşdiyini deyib.

    Prezidentin sözlərinə görə, koronavirusa yoluxma təhlükəsinə görə hazırda 3 milyon 300 min nəfər karantində, daha 290 min nəfər özünütəcriddədir.

    Muxalifet2 - 2-04-2020

  12. Tanınmış professordan ölkədəki koronavirusla bağlı TÖVSİYƏLƏR

    Ölkədə bir koronavirus ajiotajı yaranıb. Bütün həkimlər mobilizasiya edilir. Tibb Universitetinin Tədris-cərrahi korpusu müasir havalandırma sisteminə rəğmən hazırda karantitn statuslu xəstəxana kimi çalışır. Tibb Universiteti cərrahi kafedralarının əməkdaşları da qruplar şəklində bu işə cəlb olunub?! Mən də siyahıda ön cərgələrdəyəm. Əslində, görünən odur ki, bu işin yerli koordinatorları çaşqınlıq içindədirlər. Ora getməkdə özüm də maraqlıyam. İşin təşkilini öz gözlərimlə görmək üçün!

    Muxalifet2 - 2-04-2020

  13. İranda koronavirusa yoluxanların sayı 50 mini ötdü

    İranda daha 124 nəfər koronavirusun qurbanı olub.
     
    IRNA xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 3 160 nəfər olduğunu açıqlayıb.
     
    O bildirib ki, daha 2 875 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 50 467 nəfərə çatıb.
     
    K.Cahanpur həmçinin 16 711 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.
     
    Eyni zamanda İran Səhiyyə Nazirliyinin sözçüsü 3 956 pasiyentin vəziyyətinin ağır olduğunu söyləyib.

    Muxalifet2 - 2-04-2020

  14. Teledərslərin aprelin 3-nə olan cədvəli açıqlandı - RƏSMİ

    Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 3-nə olan cədvəli açıqlanıb.
    Muxalifet.az cədvəli təqdim edir.
     
    Azərbaycan bölməsi
     

    Muxalifet2 - 2-04-2020

  15. Gürcüstanda koronavirusun pik həddə çatacağı vaxt açıqlandı

    Aprel ayının ikinci yarısında Gürcüstanda koronavirus infeksiyasının pik həddə çatması gözlənilir.
    Bu barədə Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Ekaterine Tikaradze bildirib.
    Onun sözlərinə görə, ölkədə virusun yayılmasını nəzarətdə saxlamaq mümkündür.
    Qeyd edək ki, hazırda Gürcüstanda 130 nəfərin koronavirusa yoluxması təsdiqlənib, onlardan 26-nın sağaldığı bildirilir./apa

    Muxalifet2 - 2-04-2020

  16. “KORONAVİRUSDAN SONRA DÜNYANI YENİDƏN BÖLƏCƏKLƏR…” – “Bu, siyasi və geosiyasi məsələdir”

    Bütün dünyanı bürüyən koronavirus pandemiyasının nə zaman bitəcəyi və onun Azərbaycan üçün yekun fəsadlarının nələrdən ibarət olacağı hər kəsi düşündürsə də, bu suallara cavab tapmaq olduqca çətindir.

    “AzPolitika.info” Azərbaycan parlamentinin sabiq sədri, 1992-ci ildə prezident səlahiyyətlərini icra etmiş tibb elmləri doktoru, professor Yaqub Məmmədovla “Covid-19”, onun ortaya çıxma səbəbləri və gözlənilən nəticələrə dair söhbət edib:

    Muxalifet2 - 2-04-2020

  17. Bill Geyts və masonların kirli oyunları haqqında: Karantindən sonra nə olacaq...?

    Dövri elmi ədəbiyyatı yaxşı izləsəm də türk və rus BİLİM ADAMLARINI yaxşı izləmirəm. Bir az əvvəl Bill Geytsin TEdx-də çıxışını izlədim. Adam bir sonrakı virus epidemiyasına hazır deyilik deyir.

    Mənə göndərilən videoya yazılan şərhdən belə başa düşdüm ki, Bill Geyts və ona bağlı milyarderlər lazımsız saydıqları milyardlarca insanı qırmaq planı qurublar və indi bunu həyata keçirməklə məşğuldurlar.

    Vallah, bundan 25 il əvvəl belə nağılları yenə dinləyə bilərdim, amma indi ali məktəb imtahanlarına övlad hazırlayan atayam.... Kam onnnnn!!!!

    Muxalifet2 - 2-04-2020

  18. Azərbaycanda martda dövlət xətti ilə 332 ipoteka krediti verilib

    Bu il aprelin 1-nə Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği 1 445,261 milyon manat təşkil edib.

    İpoteka və Kredit Zəmanət Fondu xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 26,261 milyon manat, yaxud 1,85% çoxdur.

    Ötən ay dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 332 vahid artaraq 27 335-dən 28 667-yə çatıb.

    Fond dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləğini də açıqlayıb. Bu məbləğ martda 2,655 milyon manat artaraq 80,179 milyon manat olub.

    Muxalifet2 - 2-04-2020

  19. Vətəndaşların icazə ilə evdən çıxması barədə məlumatlara RƏSMİ REAKSİYA

    Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimində vətəndaşların yalnız icazəli və üzrlü səbəblər əsasında yaşayış yerini müəyyən müddətə tərk edə bilməsi haqqında yayılan məlumatlara münasibət bildirib.

    Muxalifet.az-ın xəbərinə görə, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov "Report"un sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar rəsmi deyil.

    "Belə bir sənəd qəbul olunmayıb", - İ.Məmmədov vurğulayıb.

    Muxalifet2 - 2-04-2020

  20. “İstəsəm sərt oğlan olduğumu göstərərəm” - LUKAŞENKO

    "Düzünü desəm, bu gün fövqəladə vəziyyət tətbiq edə və prezident seçkiləri öncəsi necə sərt oğlan olduğumu, hər şeyi nəzarətdə saxladığımı göstərə bilərdim".

    Muxalifet2 - 2-04-2020

Pages