Axtarış
The search found 105857 results in 0.079 seconds.
Search results
“Azərbaycana "5-ci kolon"-la mübarizə hər kəsin vətəndaşlıq borcudur” – HƏBİB ƏLƏKBƏRSOY
“Ölkədə virusla bağlı hər hansı dəyişikliyin olacağını söyləmək absurddur”
“"5-ci kolon" hər yerdə ola bilər: dövlət orqanlarında, parlamentdə, mətbatda, iqtidar və ya müxalifət partiyalarında, hətta məhkəmə sistemində”
Muxalifet4 - 31-03-2020
"ÖLƏNLƏRİ YERLƏŞDİRMƏYƏ YERLƏR YOXDUR" - İtaliyada çalışan azərbaycanlı həkim / VİDEO
Bu video İtaliyanın Lakuila şəhərində çəkilib. Videonu çəkib APA TV-yə göndərən İtaliyada yaşayan azərbaycanlı həkim Sayalı Vəliyeva deyir ki, əvvəllər bu cür iri marketlərin önündə maşın saxlamağa yer tapılmırdı, isə indi şəhərin küçələri kimi, parklama yerləri də boş qalıb.
60 milyon nəfər əhalisi olan İtaliyanın normalda turistlərlə dolub daşan tarixi məkanları göyərçin və pişiklərin sığınacağına çevrilib. Yaponiyadan sonra dünyanın ən yaşlı ölkəsi sayıldığı üçün İtaliyada ölənlərin sayı dayanmadan artır.
Muxalifet4 - 31-03-2020
"Survivor 2020"-də Acun Pərvizi oyundan kənarlaşdırdı - VİDEO
"Survivor 2020" yarışmasında bu dəfə də tamaşaçılar gərgin oyunun şahidi oldu.
Belə ki, TV8-də yayımlanan verilişdə həmyerlimiz Pərviz Abdullayev rəqibi ilə mübarizə zamanı dalaşıb.
Burak adlı iştirakçı ilə mübahisə sonradan davaya çevrilib. Tərəfləri ayırıb sakitləşdiriblər. Ancaq oyun zamanı Burak yıxılarkən Pərvizin ayağına vurub.
Bu hərəkəti görən Pərviz isə rəqibinin ayağını tapdalayıb. Hakim qismində çıxış edən Acun Ilıcalı kadrları yenidən izlədikdən sonra Pərvizi oyundan çıxarıb.
Muxalifet4 - 31-03-2020
Milli Məclisin sədri kreslosunu dəyişdirdi - FOTOLAR
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova parlamentin plenar iclas zalındakı kreslosunu dəyişdirib.
Pravda.az-ın xəbərinə görə, hazırki kreslo sadəliyi ilə fərqlənir. Əvvəlki kreslo bir qədər böyük və cəlbedici olub.
Muxalifet4 - 31-03-2020
Gəncədə karantin rejimini pozan obyektlər aşkarlandı – VİDEO, FOTOLAR
Xəbər verildiyi kimi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.
Muxalifet4 - 31-03-2020
Vətəndaşların kredit ödənişlərinə dəstək veriləcək
Hazırda qlobal şokların təsiri altında kredit ödənişlərində yarana biləcək çətinliklərin aradan qaldırılması üçün dövlət tərəfindən dəstək verilməsi planlaşdırılır.
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, təkcə ev təsərrüfatları deyil, bəzi sahibkarların da kredit ödənişlərində çətinliklər yaranması proqnozlaşdırılır:
Muxalifet4 - 31-03-2020
Türkiyədə koronavirus statistikası – son sutka ərzində 37 nəfər...
Türkiyədə son sutka ərzində yeni tipli koronavirusdan daha 37 nəfər dünyasını dəyişib. Beləliklə, Kovid-19 virusunun qurbanlarının sayı 168 nəfərə çatıb.
Məlumat Türkiyənin Səhiyyə Nazirliyinin saytında yerləşdirilib.
Nazirliyin məlumatına görə, son sutka ərzində 1610 yoluxma halı qeydə alınıb, bununla da ölkədə rəsmi qeydiyyatda olan xəstələrin sayı 10 827 nəfərə çatıb./Hurriyyet.org
Muxalifet4 - 31-03-2020
“Ərzaq məhsullarının daşınması qadağan edilməyib” - NAZİR MÜAVİNİ
“2019-cu il kənd təsərrüfatı sahəsində uğurlu il olub. Ötən il məhsul istehsalında biz rekord göstəricilərə nail olmuşuq, eyni zamanda kənd təsərrüfatı məhsullarının ixracında da yüksək nəticələrimiz qeydə alınıb”.
Muxalifet.az xəbər verir ki, bu barədə report-a açıqlamasında Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.
Muxalifet4 - 31-03-2020
Azərbaycanda avtomobillərin texniki baxışı dayandırıldı – CƏRİMƏ OLMAYACAQ
Azərbaycanda avtomobil sahiblərinin telefonlarına son tarix göstərilməklə növbəti texniki baxışın keçirilməsi, əks halda cərimə tədbirlərinin qüvvəyə minməsi barədə SMS-lər daxil olmağa davam edir.
Muxalifet4 - 31-03-2020
“Ərzaq ixracına embarqolar ən pis ssenari kimi göz altına alınmalıdır” - RÖVŞƏN AĞAYEV
"Tətbiq olunan karantinlər və sosial izolyasiya kooperativ və iri sahibkarlıq fromasında fermer təsərrüfatlarında insanların birgə çalışmasını çətinləşdirir”.
Bu barədə iqtisadçı Rövşən Ağayev deyib.
Ağayevin sözlərinə görə, daha ciddi məqam Fransa kimi ildə kənd təsərrüfatına 200000 xarici işçi qüvvəsi cəlb edən ölkələrdə yaranır: “Kənardan işçi qüvvəsi idxalı dayanıb. Bir çox Avropa ölkələri məhz əcnəbi işçi qüvvəsi hesabına aqrar sektoru ayaqda saxlayır. Mövsüm isə artıq başlayır.Muxalifet4 - 31-03-2020
Evdən 80 min manatlıq oğurluq edildi - CƏLİLABADDA
Cəlilabad rayonunda evdən oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.
Belə ki, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1 200 000 rubl (31 800 manat), 19 500 ABŞ dolları və 15 000 manat, habelə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.İbayev saxlanılıb.
Muxalifet4 - 31-03-2020
Rusiyada koronavirusa yoluxanların sayı 2 000 nəfəri ötdü
Rusiyada koronavirus daşıyıcılarının rəsmi sayı 2 337 nəfərə çatıb.
TASS xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Məlumata görə, son sutkada daha 500 nəfərdə infeksiya aşkarlanıb
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 200 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 788 000-ü ötüb. Bunların 166 424 nəfəri sağalıb, 37 877 nəfəri isə ölüb.
Muxalifet4 - 31-03-2020
Çində ölənlərin sayının qat-qat çox olduğu üzə çıxdı - UHANDA GÜNDƏ 500 CƏSƏD QALIĞI VERİLİR...
Çin rəsmiləri iki aylıq koronavirus karantininin başa çatdığını elan etdiyi bir vaxt Uhan sakinləri ölənlərin sayının 2500 olduğuna skeptik yanaşır. Onlar bu göstəricinin həqiqiliyinə inanmır.
Uhanda 7 böyük dəfn evi hər gün yandırılan 500 adamın qalıqlarını ailələrinə verməyə başlayıb. Bu da daha artıq insanın öldüyünü göstərir.
Sosial media istifadəçiləri gündəlik göstəriciləri hesablamağa çalışır.
Muxalifet4 - 31-03-2020
İsraildə koronavirusla mübarizə aparan azərbaycanlı tibb bacısı: “Vəziyyət çox qəlizdir” - MÜSAHİBƏ
Koronavirusun bütün dünyaya meydan oxuduğu bir zamanda günün əsas qəhrəmanlarından biri tibb işçiləridir desək, yanılmarıq.
Gecə-gündüz bilmədən virusla mübarizə aparan səhiyyə işçiləri çalışırlar itkilər maksimum az olsun və xəstəliyə qalib gələk.
Koronavirusla mübarizə aparan tibb işçiləri hazırda təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkələrində işlərini sevərək davam etdirirlər.
Muxalifet4 - 31-03-2020
Damla Moskvadan qayıda bilmir - VİDEO
Müğənni Damla Moskvadan qayıda bilmir.
Muxalifet.az Axşam.az-a istinadla xəbər verir ki, sənətçi bu barədə “Bizimləsən” verilişinə zəng edərək məlumat verib.
O bildirib ki, tədbir üçün Rusiyaya yollanıb, indi isə uçuşlar təxirə salınıb:
“Novruz bayramı ilə bağlı tədbirlərə gəldik. 20-21 mart tarixlərində konsert oldu, sonra özəl dəvətlər var idi. Daha sonra təyyarə biletləri bitdi. Nə qədər müraciət etdik, biletlər tükənmişdi. Düşündük ki, gözləyək, ara sakitləşsin.
Muxalifet4 - 31-03-2020
Avropa İttifaqından Qarabağdakı qondarma "seçkilər"lə bağlı BƏYANAT
Avropa İttifaqının (Aİ) mətbuat katibi Azərbaycanın işğal altında olan ərazilərində keçirilən qondarma “prezident və parlament seçkiləri” ilə bağlı "Dağlıq Qarabaq: Qondarma president və parlament seçkilərinə dair" adlı bəyanat yayıb.
Bəyanatda deyilir:
Muxalifet4 - 31-03-2020
"Azərbaycanlıların Soyqırımı Günü qondarma “seçkilər” keçirmək siyasi əxlaqsızlığın son həddidir" - HULUSİ KILIÇ
Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsində qondarma “prezident və parlament” seçkilərinin keçirilməsi siyasi əxlaqsızlığın son həddidir. Bu addım BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərar və qətnamələrinə təhqirdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib.
Muxalifet4 - 31-03-2020
"Proses o nöqtəyə gələ bilər ki, reanimasiya şöbələrində xəstələrə yer və tənəffüs aparatları çatmasın" - BAŞ İNFEKSİONİST
“İşini həyatından üstün tutanlar həm özlərinin, həm də digər şəxslərin həyatını risk altına ataraq koronavirusa yoluxma ehtimalını gerçəkləşdirir”.
Muxalifet.az xəbər verir ki, bu sözləri publika.az-a müsahibəsində ölkənin baş infeksionisti Cəlal İsayev deyib.
Müsahibəni təqdim edirik:
- Azərbaycanda yoluxma hallarının artmasının əsas səbəbi nədir?
Muxalifet4 - 31-03-2020
Pulunuzu koronavirusdan bu üsulla qoruyun - FOTO / VİDEO
Türkiyənin Altınordu ilçəsində yaşayan 55 yaşlı Orxan Sarı koronavirusla mübarizə üsuluna görə diqqət çəkib.
Belə ki, 25 ildir market işlədən Sarı müştərilərdən aldığı pulları 100 dərəcə temperaturda qaynayan suya ataraq dezinfeksiya edir.
Ətrafdakılar onun yeni kəşfinə koronavirusla mübarizədə "Qara dəniz üslubunda həll" adını veriblər.
Muxalifet4 - 31-03-2020
Ermənistanın iki deputatı koronavirusa yoluxdu
Ermənistan parlamentində hakim fraksiyanı təmsil edən iki deputat koronavirusa yoluxub.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, məlumatı “Aysor” yayıb.
Bildirilib ki, onlar Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə gəlmək istəyirmiş. Bunun üçün koronavirus testindən keçiblər və nəticə müsbət olub. Ona görə də parlamentdəki hakim “Mənim addımım” fraksiyasından olan deputatlar Qarabağa gələ bilməyiblər.
Bu hadisə Ermənistan parlamentinin üzvləri arasında təşvişə səbəb olub.
Muxalifet4 - 31-03-2020