Axtarış

The search found 105857 results in 0.086 seconds.

Search results

  1. ERMƏNİ TƏXRİBATI ARA VERMİR - Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

    Muxalifet2 - 3-04-2020

  2. Kriştianu Ronaldu 1 milyard ABŞ dolları qazanacaq

    İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu karyerasında 1 milyard ABŞ dolları qazanan ilk futbolçu olacaq.

    Bu barədə "Busuness Insider" xəbər verir. 

    Məlumata görə, koronavirus pandemiyası ilə əlaqədar karantin üzündən onun əmək haqqının azaldılmasına baxmayaraq, bu il portuqaliyalı hücumçunun gəliri artacaq.

    "Yuventus"dakı əmək haqqından əlavə, Ronaldu CR7 kişi geyimi brendi, otellər şəbəkəsi və reklam müqavilələrindən qazanır.

    Muxalifet2 - 3-04-2020

  3. Tramp yenidən koronavirus testindən keçdi - NƏTİCƏSİ AÇIQLANDI

    ABŞ Prezidenti Donald Tramp yenidən koronavirus testindən keçib və nəticə mənfi olub.
    Bu barədə “Reuters” Trampın həkimi Şon Konlinin açıqlamasına istinadən məlumat yayıb.
    Həkim analiz üçün yeni ekspress-test üsulundan istifadə edildiyini bildirib, nəticə də 15 dəqiqədən sonra əldə olunub: “O sağlamdır, koronavirus xəstəliyinin əlamətləri yoxdur”.

    Qeyd edək ki, D.Tramp koronavirus testindən ilk dəfə martın 14-də keçib.

    Muxalifet2 - 3-04-2020

  4. "Formula 1"in keçmiş sahibi 89 yaşında ata olacaq

    "Formula 1"in fəxri prezidenti və keçmiş sahibi Berni Ekklstoun dördüncü dəfə ata olacaq.

    "Report"un "F1-Insider"ə istinadən verdiyi məlumata görə, 89 yaşlı milyarderin 41 yaşlı həyat yoldaşı Fabianadan iyulda oğlu dünyaya gələcək.

    Hazırda Ekklstounun 3 qızı var. Onlardan kiçiyi Petra 32, ortancılı Tamara 36, böyüyü Debore 65 yaşındadır. İndi o, 2012-ci ildə ailə qurduğu Fabiana Flozi ilə Braziliyanın San-Paulu şəhəri yaxınlığındakı kofe plantasiyasında qalır. 

    Muxalifet2 - 3-04-2020

  5. Bakı şəhər Baş Polis İdarəsi vətəndaşlara müraciət etdi - "YALNIZ CİDDİ EHTİYAC YARANDIQDA..."

    Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına qarşı tədbirlər davam etdirilir.

    Bakı şəhər Baş Polis İdarəsi vətəndaşları şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, ünsiyyət zamanı 2 metrlik ara məsafəsi saxlamağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırır. 

    Muxalifet2 - 3-04-2020

  6. Milli Bankının əməkdaşı koronavirusa yoluxdu - GÜRCÜSTANDA

    Gürcüstanın Rustavi Şəhər Şurasının üzvü və onun atasının koronavirusa yoluxduğu təsdiqlənib.
     
    Həmçinin, məmurun anasına da koronavirus diaqnozu qoyulub.
     
    Virusa yoluxan qadın Gürcüstan Milli Bankının əməkdaşıdır.
     
    Şuranın bütün əməkdaşları özünütəcrid rejiminə keçiblər, inzibati bina dezinfeksiya işləri üçün bağlanıb.
     
    Qeyd edək ki, ölkədə COVID-19-a yoluxanların sayı 134-ə çatıb, onların 26-sı sağalıb./Report

    Muxalifet2 - 3-04-2020

  7. "Bakıda "Formula 1" gerçəkləşməsə, pulu geri alacağıq" - ARİF RƏHİMOV

    “Qışda “Formula 1” keçirmək bizim üçün seçim deyil. Onda boş tribunalar olacaq”.

    Bu fikirləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov “Motorsport-total” nəşrinə müsahibəsində deyib.

    Muxalifet2 - 3-04-2020

  8. Karantin rejimini pozan 3581 nəfər cərimələnib, 10 NƏFƏR HƏBS EDİLİB

    Koronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər zamanı xüsusi karantin rejimi qaydalarını pozan fiziki və hüquqi şəxslərə qarşı inzibati tənbeh tədbirləri tətbiq edilib. 

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 2-dən 3-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 15, o cümlədən Bakı şəhərində 9 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Həmin obyekt sahiblərinin hər biri inzibati cərimə edilib.

    Muxalifet2 - 3-04-2020

  9. Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri - CƏDVƏL

    Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

    Muxalifet.az xəbər verir ki, avronun məzənnəsi 0,9% azalaraq 1,8427 manat, Rusiya rublunun məzənnəsi isə 2,3% artaraq 0,0220 manat təşkil edib.

    Muxalifet2 - 3-04-2020

  10. Karantin rejimini pozan 1476 sürücü və sərnişin CƏRİMƏ EDİLİB

    Gün ərzində 1320 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb.
    Baş Dövlət Yol Polisindən verilən məlumata görə, zərurət olmadan yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitələri ilə postların yerləşdiyi, habelə digər yollarla keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə 10 nəfər inzibati qaydada həbs olunub, 3566 nəfərin, onlardan nəqliyyat vasitələrində hərəkət edən 1476 sürücü və sərnişinin barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilib.

    Muxalifet2 - 3-04-2020

  11. İşçilərin evdən çıxması üçün məlumatların sistemə yerləşdirilməsinə başlanıldı - AZƏRBAYCANDA

    Bu gündən xüsusi karantin rejimində hərəkətinə icazə verilməsi üçün dövlət qurumları və özəl təşkilatların əməkdaşlarının məlumatlarının “icaze.e-gov.az” portalında yerləşdirilməsinə başlanılıb.

    Muxalifet.az xəbər verir ki, portal artıq saat 10:00-dan etibarən işə düşüb.

    Muxalifet2 - 3-04-2020

  12. "Heç bir oyun insan həyatından önəmli deyil" - FİFA PREZİDENTİ

    "Dünya yeni bir problemlə üz-üzədir. Belə vəziyyətdə dünya futbol ictimaiyyəti bir komanda kimi davranmalıdır".
    Bunu FİFA-nın prezidenti Canni İnfantino deyib.

    Muxalifet2 - 3-04-2020

  13. Müxalifət maliyyə yardımı xahişi ilə beynəlxalq təşkilatlara müraciət etdi - GÜRCÜSTANDA

    Gürcüstanın 20-dən çox müxalifət partiyası dünyanın aparıcı ölkələri və beynəxalq maliyyə qurumlarına müraciət ünvanlayıb.
     
    Siyasi partiyalar müraciətdə Gürcüstanın koronavirus epidemiyasına görə ciddi problemlərlə üzləşdiyi bildirilib.
     

    Muxalifet4 - 3-04-2020

  14. Əhalidən 3 ay müddətinə işıq və qaz pulu alınmayacaq - TÜRKİYƏDƏ

    Türkiyədə Koronavirus epidemiyası səbəbiylə işıq və qaz pulları üçün yeni bir qərar alınıb.

    Muxalifet.az NTV-yə istinadən xəbər verir ki, 3 ay müddətinə əhalidən işıq və qaz pulu alınmayacaq.

    Qeyd edək ki, qardaş ölkə pandemiyanın hal-hazırda sürətlə yayıldığı ölkələrdəndir. Statistika üzrə ilk 10-luqdadır./Konkret.az

    Muxalifet4 - 3-04-2020

  15. Azərbaycan hökuməti vətəndaşları yox, nefti koronavirusdan qoruyur – FOTO və VİDEO-FAKTLAR

    Aprelin 2-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri əməkdaşların iş və məişət şəraiti ilə, koronavirus pandemiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə həyata keçirilən profilaktik tədbirlərlə yerində tanış olmaq məqsədi ilə Neft Daşlarına səfər edib.

    Muxalifet4 - 3-04-2020

  16. Evdən çıxma icazəsi üçün hazırlanan sistem təqdim olundu

    “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nin təqdimatı olub.

    Muxalifet.az xəbər verir ki, bütün hüquqi və fiziki şəxslərin xüsusi karantin rejimində evdən çıxma qaydalarının təmin edilməsi ilə bağlı icazələr sistemi Prezident yanıdna Vətəndaşlara Xidmtə və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təqdim edilib.

    Bildirilib ki, sistem “ASAN xidmət”in tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyi ilə birgə ərsəyə gəlib.

    Muxalifet4 - 3-04-2020

  17. Bu avtomobillərlə taksi xidməti dayandırılacaq - RƏSMİ

    Aprelin 5-dən etibarən ölkə ərazisində xüsusi karantin tədbirlərinin gücləndirilməsi ilə əlaqədar şəxsi avtomobilləri ilə taksi xidməti göstərən şəxslərin fəaliyyəti dayandırılacaq.

    Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovniki Kamran Əliyev deyib.

    Onun sözlərinə görə, karantin müddəti başa çatana qədər həmin şəxslər xidmət göstərə bilməyəcəklər:

    Muxalifet4 - 3-04-2020

  18. BMT əməkdaşı koronavirusdan öldü

    BMT-nin Əfqanıstandakı əməkdaşı koronavirusdan ölüb.

    “RİA Novosti” xəbər verir ki, məlumatı BMT-nin Əfqanıstandakı nümayəndəliyi yayıb.

    Bildirilib ki, təşkilatın əməkdaşları hazırda təcrid edilib.

    Əfqanıstan Səhiyyə Nazirliyi bildirib ki, ölkə üzrə 273 yoluxma faktı qeydə alınıb.

    Bir müddət əvvəl Dünya Bankı Əfqanıstanda koronavirusa qarşı mübarizəyə 100,4 milyon ABŞ dolları maiyyə vəsaiti ayrıb./report

    Muxalifet4 - 3-04-2020

  19. “Separatçı rejimin keçirdiyi “seçkilər” təkcə mənasız deyil, həm də təhlükəlidir” - RUSİYALI DEPUTAT

    “Dağlıq Qarabağda keçirilən “seçkilər” təkcə siyasi cəhətdən mənasız deyil, həm də pandemiya fonunda təhlükəlidir".

    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, bu, Rusiya Dövlət Dumasının Liberal Demokrat fraksiyasından olan deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyevin bəyanatında yer alıb.

    Muxalifet4 - 3-04-2020

  20. Dövlət işçiləri və jurnalistlər hansı hallarda icazə almalıdır?

    "Kütləvi informasiya vasitələrinin əməkdaşlarının sistemdə qeydiyyata düşməsinə ehtiyac yoxdur. Onlar rahat şəkildə hərəkət edə bilərlər".

    Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, bunu Azərbaycana Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov söyləyib:

    Muxalifet4 - 3-04-2020

Pages