Mütəxəssislər koronavirusun yeni simptomlarını elan etdilər

Baxış sayı:
3075

İybilmə və dadbilmə hissiyatının itirilməsi koronavirusun başlıca simptomlarıdır.

RİA Novosti xəbər verir ki, belə bir nəticəyə London Kral Kollecinin alimləri gəliblər.

Mütəxəssislərin fikrincə, bu simptomlar müşahidə olunan şəxslərin 59 faizində koronavirus testi pozitiv çıxıb. Üstəlik, koronavirusun təyin edilməsi üçün bu simptomlar qızdırmadan daha dəqiq göstərici olub.

Alimlər iybilmə və dadbilmə hissiyatının itirilməsinin koronavirusa yoluxma ehtimalını 3 dəfə artırdığını bildiriblər və belə əlamətlər müşahidə olunarsa, insanların özlərini 7 gün təcrid etmələrini məsləhət görüblər.

“Qafqazinfo” xatırladır ki, dünyada 887 min 462 nəfər Covid-19 daşıyıcısıdır. 44 min 272 nəfər isə dünyasını dəyişib.