Axtarış

The search found 105857 results in 0.085 seconds.

Search results

  1. Milyarder Cəbrayılov intihara cəhd etdi - OTELDƏ QOLUNU KƏSİB...

    Rusiyada çeçen milyarder Umar Cəbrayılov intihara cəhd edib.

    Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hadisə dünən aprelin 2-də baş verib. İsmaylovsk şossesindəki oteldə biznesmen qolunu kəsib və onun sürücüsü təcili yardım çağırıb.

    Muxalifet4 - 3-04-2020

  2. Messinin şəxsi təyyarəsi Brüsselə məcburi eniş etdi

    İspaniyanın "Barselona" klubunun kapitanı Lionel Messiyə məxsus təyyarə texniki problemlərə görə Belçikanın paytaxtı Brüsselə məcburi eniş edib.

    Britaniyanın "The Sun" nəşri xəbər verir ki, argentinalı futbolçu və ailəsinin hava gəmisində olub-olmaması barədə məlumat yoxdur.

    İddiaya görə, ötən gün Argentinadan havaya qalxan təyyarə Braziliyada fasilə verdikdən sonra bu gün Brüsseldəki hava limanına enib. Ardınca təyyarə İspaniyanın Tenerife şəhərinə yola düşməli olsa da, texniki səbəblərdən aeroporta təcili eniş edib.

    Muxalifet4 - 3-04-2020

  3. Tibb bacısı olan sevgilisini koronavirusa görə öldürdü, NƏTİCƏ NEQATİV ÇIXDI

    Antonio de Paçe adlı bir kişi ona koronavirus yoluxdurduğu iddiası ilə tibb bacısı olan sevgilisi Lorena Kvarantanı boğaraq öldürüb.

    “Sözcü” xəbər verir ki, hadisə İtaliyanın Sicilya Muxtar Vilayətinin Messina şəhərində baş verib.

    Məlumata görə, 28 yaşlı kişi ilə sevgilisi L.Kvaranta eyni xəstəxanada işləyirlərmiş. 27 yaşlı qadının meyitini evdə tapan polis A.Paçenin də intihara cəhd etdiyini vurğulayıb. Təqsirləndirilən şəxs prokurora ifadəsində qadını ona koronavirus yoluxdurduğu üçün öldürdüyünü irəli sürüb.

    Muxalifet4 - 3-04-2020

  4. "Vətəndaşlar icazə üçün yarım saat, bir saat əvvəldən müraciət etməlidir" - RƏSMİ AÇIQLAMA

    "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi Daxili İşlər Nazirliyi ilə birgə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ni ərsəyə gətirib. Evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün vətəndaşlar mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərirlər".

    Muxalifet4 - 3-04-2020

  5. icaze.gov.az saytında 4015 təşkilat əməkdaşlarını qeydiyyatdan keçirib

    "Fəaliyyətinə icazə verilən qurumların əməkdaşlarının icazəsi üçün nəzərdə tutulan icaze.gov.az saytı bu gün saat 10:00-da fəaliyyətə başlayıb".
    Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın 2 aprel qərarı ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycana Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bildirib.

    Muxalifet4 - 3-04-2020

  6. TÜRK ALİM CİHAZ HAZIRLADI - Koronavirusu 15 saniyə içərisində məhv edir

    Türkiyənin Maltəpə Universitetinin kvant araşdırmaları üzrə mütəxəssisi professor Afif Sıddıllı və köməkçiləri mühüm bir layihəyə imza atıblar.

    Alimlər ultrabənövşəyi şüaların köməyi ilə Kovid-19 virusunu 15 saniyə ərzində öldürən üç ayrı cihaz hazırlayıblar. İstehsal edilən ilk cihazlardan tibb işçiləri üçün istifadə edilməsi nəzərdə tutulur. Cihaz ən ağır virusları öldürə bilər.

    Muxalifet4 - 3-04-2020

  7. Tikinti şirkəti karantin rejimində ərazini zəbt edib - VİDEO

    Ökədə koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejiminin olmasına baxmayaraq, bəzi tikinti şirkətləri işlərini davam etdirirlər.

    Bakı sakinlərindən "Report"a verilən məlumata görə, paytaxtın Nərimanov rayonu, Mayakovski küçəsi, 7 ünvanında "Luxe Home" tikinti şirkəti ərazidə tikinti işləri aparır.

    Sakinlər iddia edirlər ki, şirkət qanunsuz olaraq ərazini zəbt edib, yolu səki olan hissəyə qədər bağlayıblar:

    Muxalifet4 - 3-04-2020

  8. Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxub - YOLUXANLARIN SAYI 443-Ə ÇATIB

    Azərbaycanda koronavirusa görə xüsusi rejimli xəstəxanalarda müalicələrdə alanların sayı açıqlanıb.

    Muxalifet.az xəbər verir ki, barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Hazırkı dövrədək ölkəmizdə 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

    Muxalifet4 - 3-04-2020

  9. "Maska və əlcəkdən istifadə etməməyə görə cərimə yoxdur" - DİN

    Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların tibbi maska və əlcəkdən istifadə etməməsinə görə cərimə olunması barədə yayılan məlumatlara münasibət bildirib.

    Muxalifet.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Report"a bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

    Muxalifet4 - 3-04-2020

  10. Bu ölkədə bir gündə 684 nəfər koronavirusdan öldü

    Böyük Britaniyada son sutkada 684 nəfərkoronavirusdan ölüb.

    Muxalifet.az xəbər verir ki, məlumatı “AHaber” yayıb.

    Aprelin 3-dək ölkə üzrə 3 605 nəfər virusa yoluxub.

    Krallığın koronavirusa görə karantində olan baş nazir Boris Conson isə səhhəti ilə bağlı deyib: “Özümü yaxşı hiss edirəm. Hələ temperaturum var”.

    Muxalifet4 - 3-04-2020

  11. “KİV əməkdaşının şəxsi avtomobili ilə işə gedib-gəlməsinə heç bir məhdudiyyət yoxdur” - KAMRAN ƏLİYEV

    “Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarının şəxsi avtomobilləri ilə işə gedib-gəlməsinə heç bir məhdudiyyət yoxdur”.

    Muxalifet4 - 3-04-2020

  12. ​Türkiyədə koronavirusa yoluxanların sayı 20 mini ötdü – BİR GÜNDƏ 69 NƏFƏR ÖLDÜ

    Türkiyədə son bir gündə 69 nəfər pandemiyanın qurbanı olub.
    Muxalifet.az
    xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.
    Onun sözlərinə görə, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 425 nəfərə yüksəlib.
    Nazir deyib ki, daha 2 786 koronavirusa yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 20 921 nəfərə çatıb.

    Muxalifet4 - 3-04-2020

  13. Boş qalan küçədə timsah belə görüntüləndi - VİDEO

    Koronavirusun geniş şəkildə yayıldığı ABŞ-da da insanların evdən çıxmaları qadağan edilib.

    Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, Cənubi Karolina ştatında hər kəsin evinə qapandığı bir vaxtda maraqlı hadisə yaşanıb. Belə ki, insanların olmadığını görən timsah fürsətdən istifadə edərək küçəyə çıxıb.

    Vəhşi heyvanın küçədə hərəkət etməsi ətrafda yaşayan sakiblərdən biri tərəfindən görüntülənib.

    Muxalifet4 - 3-04-2020

  14. Jurnalistlərin xidməti vəsiqələri və ya iş yeri barədə arayışla hərəkət etmələrinə icazə verilir - RƏSMİ AÇIQLAMA

    “Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin çoxsaylı müraciətlərini nəzərə alaraq xüsusi karantin rejimi müddətində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən KİV əməkdaşlarının xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə icazə verilir”.

    Muxalifet4 - 3-04-2020

  15. Koronavirusa yoluxanların çoxu Bakıdandır - STATİSTİKA

    Azərbaycanda koronavirus xəstələrinin hansı bölgələrdən olduğu müəyyənləşib.

    Məlumata görə, pandemiyaya yoluxanlardan 149-u Bakıdandır. Onlardan ən çoxu paytaxtın Yasamal (27), Binəqədi (23), Nəsimi (23), Nərimanov (19) rayonlarına düşür. Abşerondan olan koronavirus xəstələrinin sayı 9, Sumqayıtda isə bu göstərici 6-ya bərabərdir.

    Bakının digər rayonları üzrə göstəricilər:

    Muxalifet4 - 3-04-2020

  16. Koronavirusla mübarizədə vəfat edən həkimlərə şəhid statusu veriləcək - TÜRKİYƏDƏ

    “Xəstəliyə qarşı zəfər əldə etməyin yolu sosial hərəkətliliyi dayandırmaqdır. Ən təhlükəsiz yer evimizdir”.

    Bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca koronavirusla bağlı keçirdiyi brifinqdə bildirib. 

    Muxalifet4 - 3-04-2020

  17. “Dünya bundan sonra heç vaxt əvvəlki kimi olmayacaq…” – MÖVLÜD ÇAVUŞOĞLU ABŞ MEDİASI ÜÇÜN YAZDI

    Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlunun “The Washington Times” qəzetində “Bu gün Etdiklərimiz Sabahı Müəyyənləşdirəcək” sərlövhəli məqaləsi dərc olunub. Muxalifet.az həmin məqaləni olduğu kimi təqdim edir:

    Muxalifet4 - 3-04-2020

  18. ​“Biz yalnız evlərə çəkilib oturmaqla məşğul olmalı deyilik…” – PARTİYA SƏDRİNDƏN MÜRACİƏT / Video

    Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev ərzaq təhlükəszliyi ilə bağlı videomüraciət edərək təkliflər verib.
    Muxalifet.az həmin müraciəti təqdim edir:

    "Hörmətli həmvətənlərim, son zamanlar mən sizə KİV-də yazılar və videomüraciətlərlə ona görə müraciət edirəm ki, görüşlər keçirmək, auditoriyalara çıxmaq obyektiv səbəblərdən mümkün deyil, hər halda bu yolla bəzi düşüncələrimi və təkliflərimi vermək istəyirəm.

    Muxalifet4 - 3-04-2020

  19. KİV nümayəndələrinin SMS-lə icazə almasına ehtiyac yoxdur - DİN-dən AÇIQLAMA

    Daxili İşlər Nazirliyi (DİN) KİV nümayəndələrinin, o cümlədən fasiləsiz fəaliyyət göstərən qurumların əməkdaşlarının, habelə müvafiq icazə ilə hərəkət edən şəxslərin market və aptekə gedərkən SMS vasitəsilə icazə alması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
     
    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aşağıdakı şəxslərin 8103 nömrəsinə SMS-lə müraciət etməsi tələb edilmir:
     

    Muxalifet4 - 4-04-2020

  20. 158 mindən çox əməkdaşın evdən çıxması icazəsi təsdiqləndi - RƏSMİ

    Xüsusi karantin rejimində hərəkətinə icazə verilməsi üçün “icaze.e-gov.az” portalı vasitəsilə qeydiyyatdan keçən dövlət qurumları və özəl təşkilatların əməkdaşlarının bu günə olan sayı açıqlanıb.

    Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

    Muxalifet4 - 4-04-2020

Pages