Axtarış
The search found 105857 results in 0.092 seconds.
Search results
Yol polisinin gözü qarşısında “protiv” gedən “Gelandewagen”- 90 TC 002 - VİDEO
Masazırda əks istiqamətə çıxan daha bir sürücünün videogörüntüsü sosial şəbəkədə yayılıb.
Muxalifet2 - 2-04-2020
Komissiya sədri olmaq istəyən Əli İnsanova YAP-dan “Evdə qal” çağırışı
Deputat Aydın Hüseynov: “Onun koronavirusla mübarizədə ən böyük xidməti ondan ibarət ola bilər ki...”
Sabiq səhiyyə naziri Əli İnsanov özünün sosial şəbəkə hesabında mütəxəssislərin iştirakı olmaqla koronavirusla mübarizə üçün dövlət komissiyasının yaradılmasını təklif edib.
Muxalifet2 - 2-04-2020
"Xəstə deyilsinizsə, maska taxmayın" – ÜST-dən xəbərdarlıq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstə olmayanların maska istifadə etməsinin koronavirusla mübarizədə faydadan çox, əlavə risk yaratdığı xəbərdarlığını edib.
Teleqraf.com xəbər verir ki, ÜST-ün Təcili Yardımlar Mərkəzinin direktoru Maykl Rayan qoruyucu maskalardan istifadənin koronavirusla mübarizədə heç bir yararının olmadığını deyib.
"Virus maskanın yanlış şəkildə çıxarılması ilə də yayıla bilər. Bu halda maskalar əlavə risklər yaradır. Buna görə də xəstə deyilsinzsə, maskalardan istifadə etməyin", - Rayan bildirib.
Muxalifet2 - 2-04-2020
Elmar Vəliyevin bağbanı ölü tapıldı - Hamı koronavirusdan şübhələnir, amma...
Sabiq icra başçısı Elmar Vəliyevin bağbanı Gəncədəki dəbdəbəli villasında qəfil dünyasını dəyişib. Martın 31-də sözügedən villaya baş çəkənlər evin bağında vətəndaş Bağban Əhmədovu hərəkətsiz vəziyyətdə aşkar ediblər.
Yaşlı bağban təcili 3 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilsə də, onu həyata qaytarmaq mümkün olmayıb.Muxalifet2 - 2-04-2020
17 yaşlı tələbə qəfildən öldü - BİLƏSUVARDA
Biləsuvar rayonunda naməlum səbəblərdən ölüm hadisəsi baş verib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Amankənd kəndində baş verib.
Kənd sakini, 2012-ci il təvəllüdlü Aqşin Məmmədov yaşadığı evdə qəfildən vəfat edib. Onun hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil.
Məlumata görə, mərhum Azərbaycan Texniki Universitetinin 1-ci kurs tələbəsi olub.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet2 - 2-04-2020
Şəmkirdə karantin rejimini pozan 3 nəfər həbs edildi
Şəmkir rayonunda xüsusi karantin rejimi ilə bağlı tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədi ilə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq, sakinlər arasında profilaktiki tədbirlər həyata keçirir, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, əlcəkdən istifadə etməyi, dezinfeksiya edici vasitələrdən istifadə etməyi tövsiyə edirlər.
Muxalifet2 - 2-04-2020
Ronaldu tarixin ən yaxşı futbolçusu seçildi
İspaniyanın "Marca" nəşri oxucuları arasında tarixin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün sorğu keçirib.
Səsvermə pley-off formatında təşkil edilib.
Burada oxucular əfsanəvi oyunçudan birini seçməli olub, qalib gələnlər isə növbəti mərhələyə adlayıb.
Final duelində Lionel Messi ("Barselona", İspaniya) və Kriştianu Ronaldu ("Yuventus", İtaliya) üz-üzə gəliblər. Ronaldu səslərin 54 faizini toplayaraq ən yaxşı oyunçu adını qazanıb.Muxalifet2 - 2-04-2020
“Aprel döyüşlərinin təkrarlanması ehtimalı yüksəkdir” - POLİTOLOQ
“2016 yadda qalan il oldu. “Əgər 4 günlük döyüşlə strateji yüksəkliyi geri qaytarmaq və 20 ildən çox boş qalan kəndi məskunlaşdırmaq mümkündürsə, işğal altındakı başqa əraziləri də azad etməyə gücümüz çatar” fikri cəmiyyətdə hakim oldu”.
Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Aprel döyüşlərinin dördüncü ildönümü ilə bağlı bildirib.
Muxalifet2 - 2-04-2020
Qusarda profilaktiki tədbirlər davam edir - FOTOLAR
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlərin həyata keçirilməsi istiqamətində gücləndirilmiş iş rejimində çalışır.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Muxalifet.az-a verilən məlumata görə, xüsusi karantin rejimi çərçivəsində oyulan məhdudiyyətlərlə bağlı olaraq rayonun giriş və çıxışlarında yaradılmış müvəqqəti postlarda sürücülər saxlanılır və sakini olduğu rayonlara yönləndirilirlər.
Muxalifet2 - 2-04-2020
Məleykə Abbaszadə abituriyentlərə müraciət etdi
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyent, məzun, müəllim və valideynlərə müraciət edib.
Mətndə bildirilir:
"Əziz məzunlar və abituriyentlər, hörmətli müəllimlər və valideynlər!
Muxalifet2 - 2-04-2020
Tramp koronavirusa görə 1 milyard dollar itirdi
Koronavirus pandemiyasının iqtisadi zərəri ABŞ Prezidenti Donald Trampın biznesinə də təsir edib.
Bu barədə "Forbes" jurnalı məqalə dərc edib.
Məqalədə bildirilib ki, D. Trampa məxsus olan aktivlərin ümumi dəyəri mart ayı ərzində təxminən 1 milyard dollar azalaraq 3,1 milyard dollardan 2,1 milyard dollara düşüb.Muxalifet2 - 2-04-2020
Bakıda qanunsuz dayanmağa və durmağa görə cərimələr ləğv edildi - RƏSMİ
Bakı Nəqliyyat Agentliyi paytaxtda qanunsuz dayanmağa və durmağa görə cəriməni ləğv edib.
Bu barədə Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
"Bu cəriməni tətbiq edərkən bildirmişdik ki, əsas məqsədimiz yollarda rahat hərəkəti təmin etməkdir. Hazırda yollarda rahat hərəkət var", - o qeyd edib./report
Muxalifet2 - 2-04-2020
AZƏRBAYCAN MEDİASI KARANTİN REJİMİNDƏ HANSI SƏHVLƏRƏ YOL VERİR... – Tanınmış media ekspertlərindən açıqlamalar / VİDEO
Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı tədbirlər davam etdirilir.
Muxalifet.az xəbər verir ki, bu tədbirlər çərçivəsində vətəndaşlara tətbiq olunan bir sıra qadağalar media nümayəndələrinə şamil olunmur.
Belə ki, mövcud vəziyyətdə jurnalistlərin fəaliyyətinə məhdudiyyət yoxdur.Muxalifet2 - 2-04-2020
Xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında evdən çıxacaq şəxslərin - SİYAHISI
Azərbaycanda koronavirus pandemiyası ilə hansı şəxslərin xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında hərəkət etmələri ilə bağlı siyahı hazırlanıb.
Həmin siyahını təqdim edirik:
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının əməkdaşları;
Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;
mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;
Muxalifet2 - 2-04-2020
AZƏRBAYCANDA QADAĞALAR SƏRTLƏŞDİRİLDİ - Aprelin 5-dən ölkədə hərəkətə məhdudiyyət qoyulur
Nazirlər Kabineti koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərar qəbul edib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, qərara əsasən, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.
Muxalifet2 - 2-04-2020
DIQQƏT! Azərbaycanda evdən çıxmaq üçün 8103 nömrəsinə SMS göndəriləcək
Vətəndaşların yaşayış yerini tərk etmələrinə icazə verilən halların detalları məlum olub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, vətəndaşlar təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaq, ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti və yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerlərindən çıxa bilərlər.
Muxalifet2 - 2-04-2020
Azərbaycanda karantin dövründə internetdən istifadə artıb - RƏSMİ
“Ölkəmizdə internetdən və mobil telefondan istifadə yüksək səviyyədədir. Biz bu günlərdə izləyirik ki, əhalimiz evdə oturaraq bu vasitələrdən bəhrələnir, günlərinin keçirilməsi üçün bu vasitələrdən istifadə edirlər, çünki trafikdə müəyyən artım var”.
Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
Muxalifet2 - 2-04-2020
Vətəndaşlar evdən çıxmaq məqsədilə 8103-ə yanlış SMS göndərərsə... - RƏSMİ XƏBƏRDARLIQ
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi xüsusi karantin rejimi dövründə yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə nəzərdə tutulmuş 8103 nömrəsinə müraciətlə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Bu barədə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
O, xəbərdarlığında 8103 SMS nömrəsinə yanlış məlumatlar verənlərin inzibati və cinayət məsuliyyətinə cəlb olunacaqlarını xatırladıb:Muxalifet2 - 2-04-2020
Dünyada koronavirusdan ölənlərin sayı 51 min nəfəri keçdi - 1 MİLYONDAN ARTIQ YOLUXMA
Dünyada koronavirusa yoluxma hallarının ümumi sayı 1 milyonu (1 001 079) keçib.
Muxalifet.az xəbər verir ki, bu barədə müxtəlif ölkələrin statistikasına istinad olunub.
Bildirilir ki, dünyada 51 385 insan koronavirusun qurbanı olub.Muxalifet2 - 2-04-2020
Xüsusi karantin dövründə fasiləsiz işləyəcək müəssisələr açıqlandı - SİYAHI
Azərbaycanda xüsusi karantin dövründə əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin siyahısı məlum olub.
Muxalifet.az həmin siyahını təqdim edir.
1. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
2. “Azəriqaz” İstehsalat Birliyi
3. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
4. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
5. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
6. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (onun törəmə və birgə müəssisələri)
Muxalifet2 - 2-04-2020