Axtarış

The search found 105857 results in 0.06 seconds.

Search results

  1. "Dezinformasiyalar yayan iki nəfər müəyyən olunub" - DİN

    Ölkə ərazisində koronavirus infeksiyası ilə əlaqədar zəruri sosial izolyasiya tədbirlərinin tətbiqi davam etdirilir.

    Muxalifet4 - 31-03-2020

  2. "Putin 2 ildir sanksiyaların götürülməsini xahiş edir" - TRAMP

    Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp göyərtəsində tibbi avadanlıq olan Rusiya təyyarəsinin ölkəyə gəlməsni pozitiv dəyərləndirib. Moskva ABŞ -a bu köməyi koronavirus pandemiyası ilə mübarizə məqsədilə göndərib.
     
    “Rusiya bizə çox-çox böyük təyyarə göndərib - tibbi avadanlıqla dolu. Bu, çox əladır” - deyə, Tramp mətbuat üçün keçirilən tədbirdə xəbər verib. Prezident tədbirdə ölkəsinin virusla mübarizəsindən danışıb.
     
    Onun sözlərinə görə, Çin və digər bir sıra dövlətlər də Ameikaya öz köməyini göndərib.
     

    Muxalifet4 - 31-03-2020

  3. ​Əlillərə rabitə və kommunal xidmətlər göstərilməsi “ağla batmır”

    Telefon-internet, su -kanalizasiya, qaz, işıq, istilik çəkilişi əlillərin hesabınadır

    Muxalifet4 - 31-03-2020

  4. Azərbaycanda aztəminatlı gənclərə ŞAD XƏBƏR

    Azərbaycanda sosial kirayə müqaviləsi əsasında yaşayış sahələrinin verildiyi əhali kateqoriyasına aztəminatlı gənclər də daxil edilir.

    Bu, Mənzil Məcəlləsinə təklif edilən yeni dəyişiklikdə öz əksini tapıb.

    Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, Azərbaycanda sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə də sosial kirayə müqaviləsi əsasında dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək.

    Muxalifet4 - 31-03-2020

  5. Liftin düyməsini ayağı ilə vuran BP-nin vitse-prezidentidir? – AÇIQLAMA​

    Sosial şəbəkələrdə bir şəxsin naməlum obyektdə lifti çağırmaq üçün ayağından istifadə etməsi ilə bağlı görüntülər yayılıb. Kadrlarda liftin düyməsini ayağı ilə vurduğu müşahidə olunan bu şəxs, iddiaya görə “British Petrol”-un(BP) Azərbaycan, Gürcüstan və Türkiyə regionunda qurudakı (midstrim) əməliyyatlar üzrə vitse-prezidenti Zaur Paşayevdir.

    Məsələ ilə bağlı BP ilə əlaqə saxladıq. Şirkət faktı nə təsdiq, nə də təkzib etdi. Qurumdan Yeniavaz.com-a bildirildi ki, onlarda bu şəxsin Zaur Paşayev olub-olmamasına dair heç bir məlumat yoxdur.

    Muxalifet4 - 31-03-2020

  6. Azərbaycanda dezinfeksiya işlərində dronlardan istifadə olunacaq

    AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiyalar Parkı” MMC tərəfindən kənd təsərrüfatı sahələrinin dərmanlanması üçün hazırlanmış “Agrodrone” adlı dron yeni tip koronavirusa (COVID-19) qarşı dezinfeksiya işlərinin aparılmasına uyğunlaşdırılıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası məlumat yayıb.

    Belə ki, drona quraşdırılmış çənlər və püskürtmə sistemi dezinfeksiyaedici məhlulu müəyyən hündürlükdən təyin edilmiş əraziyə çiləməyə imkan verir.

    Muxalifet4 - 31-03-2020

  7. Sumqayıtda “koronavirus” oyunu – İCRA BAŞÇISI İŞƏ ARXA QAPIDAN NİYƏ GEDİB-GƏLİR?

    “Sumqayıtın icra başçısı Zakir Fərəcov koronavirusdan da pul çıxarmaq istəyir. Amma naşılığı üzündən bununla bağlı atdığı addımlar tez üzə çıxır. Üstəlik, işə yüksək səviyyədə məmurlar qarşımalı olublar”. Bunu JAMAZ.İNFO-ya bir qrup sahibkar deyib.

    Muxalifet4 - 31-03-2020

  8. Gürcüstanda erməni deputatlar arasında atışma olub

    Gürcüstan parlamentinin deputatı Enzel Mkoyan qətllə hədələnməsi barədə bəyanat yayıb.

    “Report”un yerli bürosu xəbər verir ki, o, bu əməldə Gürcüstan parlamentinin sabiq deputatı, Axalkalaki bələdiyyəsinin sakrebulo üzvü Samvel Petrosyanı ittiham edib.

    E.Mkoyanın sözlərinə görə, S.Petrosyan martın 26-da onu odlu silahla qətlə yetirməyə cəhd edib.

    Muxalifet4 - 31-03-2020

  9. SON DƏQİQƏ: Azərbaycanda koronavirusdan daha 1 nəfər öldü - BİR GÜNDƏ 24 NƏFƏR DƏHŞƏTLİ VİRUSA YOLUXDU

    Azərbaycan Respublikasında 24 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış və həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilmişdir.

    Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1957-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşının səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməmiş və pasiyent vəfat etmişdir. Onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

    Muxalifet4 - 31-03-2020

  10. “Azərbaycanda virusa yoluxma dinamikası gündəlik artmaqdadır” – OPERATİV QƏRARGAHDAN NÖVBƏTİ XƏBƏRDARLIQ

    Hazırda əksər dövlətlər və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən görülən tədbirlərə və birgə səylərə baxmayaraq koronavirus (COVID-19) infeksiyasının dünyada yayılmasının qarşısını almaq mümkün olmamışdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bugünədək dünyada 787 469 nəfər COVID-19 infeksiyasına yoluxmuş, 37 846 nəfər isə bu xəstəlikdən vəfat etmişdir.

    Muxalifet4 - 31-03-2020

  11. ​BAKI METROSUNUN FƏALİYYƏTİ DAYANDIRILDI - Bakıda sərnişindaşımaları müntəzəm və ekspres xətt avtobusları ilə həyata keçiriləcək / RƏSMİ AÇIQLAMA

    Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınması üzrə tibbi-profilaktik tədbirlər davam etdirilir. Buna baxmayaraq ölkə ərazisində infeksiyanın sürətlə yayılması müşahidə olunmaqdadır.

    Muxalifet4 - 31-03-2020

  12. "Yaxın günlərdə çox geniş iqtisadi paketin icrası nəzərdə tutulur" - İLHAM ƏLİYEV

    "Çox geniş iqtisadi paket artıq məruzə edildi və yaxın günlərdə bunun icrası nəzərdə tutulur. Eyni zamanda sosial paket işləyən vətəndaşların işlərinin itirilməməsi üçün sahibkarlara çağırış və nəyinki çağırış sahibkarlara dəstək olunacaq. Biz başa düşürük ki, onlar əziyyət çəkirlər, onlar itkilərə məruz qalırlar və kim onlara dəstək verməlidir?! Əlbəttə ki, dövlət və hər zaman olduğu kimi dövlət və dövlət bunu edib".

    Bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

    Muxalifet4 - 31-03-2020

  13. “İnsanlar virusdan çox, işsizlikdən və aclıqdan ölə bilərlər” - Lukaşenko prezident seçkilərini təxirə salmağa hazırlaşmır

    Belarus prezidenti Aleksandr Lukaşenko 2020-ci il üçün nəzərdə tutulmuş dövlət başçısı seçkilərini təxirə salmaq üçün əsas görmədiyini bəyan edib.

    Lukaşenko deyib: “Biz prezident seçkilərini nəinki müzakirə eləməli, həm də planlaşdırmalıyıq. Hələ ki, prezident seçkilərini təxirə salmaq üçün əsasımız yoxdur. Baxmayaraq ki, bəzi rəqiblərmi deyim, yoxsa düşmənlərmi, bizə yol göstərirlər. Siyasi məsələləri müzakirə eləmək lazımdır”.

    Muxalifet4 - 31-03-2020

  14. “Elman Rüstəmov və onun oliqarx qardaşları bütün pullarını dollarda saxlayır” - QADİR İBRAHİMLİ

    “Elman Rüstəmovun “B” planından bir hissə - Mərkəzi Bank konvertasiyanı məhdudlaşdırıb. Yəni dollar kartlarına yalnız 850 manat yükləmək (500 dollar) olar. Məntiq yenə ölüb. Niyə? Tutaq kiminsə 3-5 min manat ehtiyatı var, onu kartına yükləyib ehtiyat saxlamaq istəyir. Bu, onun haqqıdır. Elman Rüstəmov və onun oliqarx qardaşları bütün pullarını dollarda saxlayır”. 
    Hurriyyet.org xəbər verir ki, bu barədə “Güzəran” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli  sosial şəbəkə hesabında qeyd edib.

    Muxalifet4 - 31-03-2020

  15. ​Azərbaycanla Rusiya arasında hava uçuşları və dəmir-yol sərnişin daşıması dayandırıldı – QARŞILIQLI ANLAŞMA

    Koronavirus qlobal pandemiyası ilə əlaqədar qarşılıqlı razılıq əsasında Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müntəzəm sərnişin hava uçuşları və dəmir-yol sərnişin daşıması dayandırılıb.
    Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, vətəndaşların qarşılıqlı şəkildə qəbulu məqsədilə iki ölkənin quru sərhədi boyunca Samur sərhəd-keçid məntəqəsi məhdudlaşdırıcı rejimdə və müəyyən olunmuş qrafik çərçivəsində fəaliyyət göstərir.

    Muxalifet4 - 31-03-2020

  16. Koronavirusa yoluxan Rüştünün vəziyyəti ağırdır

    Bir neçə gün öncə koronavirusa yoluxan Türkiyə millisinin və "Fənərbağça" klubunun sabiq qapıçısı Rüştü Rəçbərin vəziyyəti ağırdır.

    Bu barədə İspaniyanın "Marca" nəşri xəbər yayıb.

    Bildirilib ki, hazırda xəstəxanada olan veteran oyunçunun səhhəti həkimləri narahat edir.

    Qeyd edək ki, Rüştü Rəçbərdə koronavirusun simptomları martın 29-da aşkarlanmışdı.

    Muxalifet4 - 31-03-2020

  17. Avropada koronavirusdan ən gənc ölüm qeydə alındı - 12 YAŞLI QIZ ÖLDÜ

    Belçikada 12 yaşlı qız koronavirus pandemiyasının qurbanı olub. 

    "Reuters" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

    Belçika mətbuatı isə faktın Avropada infeksiyadan ən gənc ölüm hadisəsi olduğunu yazıb. 

    Qeyd edək ki, Belçikada indiyədək 705 nəfər pandemiyanın qurbanına çevrilib, 12 775 nəfər isə virusa yoluxub. 

    Xatırladaq ki, bundan əvvəl Portuqaliyada 14 yaşlı yeniyetmə koronavirusdan ölüb./Report

    Muxalifet4 - 31-03-2020

  18. "Qarabağdakı qondarma "seçkilər" beynəlxalq hüquqa ziddir" - Ukrayna XİN

    Ukrayna Xarici İşlər Nazirliyi martın 31-də Dağlıq Qarabağ ərazisində keçirilən qondarma “prezident” və “parlament” “seçkilər”ini qətiyyətlə pisləyir.

    Bu barədə adıçəkilən qurumun yaydığı bəyanatda bildirilir.

    Muxalifet4 - 31-03-2020

  19. Türkiyədə yüksək vəzifəli şəxs koronavirusa yoluxdu

    Türkiyənin Kırklareli şəhərinin valisi Osman Bilginə koronavirus diaqnozu qoyulub. 

    "Habertürk" xəbər verir ki, bu barədə Kırklareli Valiliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb. 

    Bildirilib ki, O.Bilginin koronavirus testi pozitiv çıxıb. Bu səbəbdən vali özünü 14 gün müddətinə qaldığı iqamətgahda təcrid edib və işlərə uzaqdan nəzarət edəcək./Report 

    Muxalifet4 - 31-03-2020

  20. DƏHŞƏT: İtaliyada 12 428 nəfər koronavirusdan öldü

    İtaliyada daha 837 nəfər pandemiyanın qurbanı olub. 

    "CNN Türk" xəbər verir ki, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 12 428 nəfərə çatıb. 

    Muxalifet4 - 31-03-2020

Pages