Cahangir Hacıyevin bacısı dövlət qurumlarını məhkəməyə verdi

Baxış sayı:
5511

Hazırda həbsdə olan, Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin bacısı dövlət qurumunu məhkəməyə verib. 

Muxalifet.az “Yeni Sabah”a istinadən xəbər verir ki, Hacıyeva Əminə Fevzi qızı Bakı İnzibati Məhkəməsinə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Bakı İstintaq Təcridxanasının inzibati hərəkətlərindən ərizə ilə şikayət edib. Məhkəmənin hazırlıq iclası aprelin 3-də hakim Pərviz Hüseynovun sədrliyi ilə keçiriləcək. 

Qeyd edək ki, Əminə Hacıyeva Bakı İstintaq Təcridxanasında saxlanılan qardaşı Cahangir Hacıyevlə görüşə bilmədiyi, telefon danışıqlarına icazə verilmədiyi üçün məhkəməyə müraciət edib. 

Xatırladaq ki, Cahangir Hacıyev müxtəlif maddələrlə təqsirli bilinərək 16 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.