Axtarış
The search found 105849 results in 0.037 seconds.
Search results
Xərçəngdən milyonlar qazanan “lal” deputatın biznes imperiyası - SİYAHI
Jurnalist Həbib Müntəzir Milli Onkologiya Mərkəzinin (MOM) direktor müavini, deputat Kəmaləddin Qafarovla bağlı maraqlı məlumat paylaşıb.
Muxalifet.az həmin məlumatı təqdim edir:
"Tanış olun, 9-cu Binəqədi ikinci seçki dairəsindən yenidən YAP namizədi olan, Milli Onkologiya Mərkəzinin (MOM) direktor müavini, deputat Kəmaləddin Qafarovun biznes şəbəkəsidir. Hər il aşağıdakı şirkətləri sayəsində on milyonlarla dəyəri olan tender və ya birbaşa müqavilələrin "qalibi” olur:
▪️ "AzəriMed” MMC,
▪️ "AzəriMed MNK” MMC
Muxalifet4 - 21-01-2020
"TERRORÇU İLƏ BİR MASA ARXASINA ƏYLƏŞMƏYƏCƏM" - Ərdoğan Haftarla danışıqlardan imtina etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Liviya milli ordusunun başçısı Xəlifə Haftarla danışıqlar masasına əyləşməyəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə “A Haber” telekanalı bildirib.
Muxalifet4 - 21-01-2020
İranlı general niyə Elçin Quliyevin barmağına üzük taxdı? – HƏRBİ-SİYASİ ANLAMI
Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik ötən gün Astarada iranlı həmkarı Qasım Rzayi ilə görüşüb.
Ovqat.com xəbər verir ki, xeyli mehriban şəraitdə keçən görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivindən danışan generallar əsasən dövlət sərhədində yeni buraxılış məntəqələrinin fəaliyyətə başlaması məsələlərini müzakirə ediblər.
Bunu jurnalistlərlə söhbətində Elçin Quliyev bildirib. Onun sözlərinə görə, İranla Azərbaycam arasında xoş münasibətlər var və bu, dünənki görüşlərdə də bir daha özünü büruzə verib.
Muxalifet4 - 21-01-2020
Kərkük millət vəkili Xədicə Türkmən: "12 ildən sonra İraqda türkcə kitab nəşr olundu"
Iraq Parlamenti Təhsil Komissiyası üzvü və Kərkük millət vəkili Xədicə Əli Türkmən, Təhsil Nazirliyinin türkcə tədris kitablarının nəşrinin tamamlandığını açıqladı.
“Kerkük.Net”in xəbərinə görə, türkcə tədris kitablarının daha əvvəldən Türkməneli Vəqfi, türkmən iş adamlarının təşəbbüsü və yardımı ilə işıq üzü gördüyünü Təhsil Nazirlyiniə bildirən Xədicə Əli Türkmən, türkcə kitab nəşrinin bitdiyini bildirdi.Muxalifet3 - 21-01-2020
Nazirlə deputatın şərikli biznesi... - Mirələmovla Qarayevi nə birləşdirir? - FOTOLAR
Azərbaycanda məmurların və deputatların böyük biznes şəbəkələrinə malik olmaları yeni məsələ deyil. Bu mövzuda mətbuatda və sosial şəbəkələrdə çoxsaylı faktlara və iddialara rast gəlmək mümkündür.
Muxalifet.az xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli son sosial şəbəkə paylaşımında Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevlə deputat Hüseynbala Mirələmovun ortaq biznesinin olduğunu iddia edib.
Muxalifet4 - 21-01-2020
Fərhad Əhmədovun keçmiş arvadı bu dəfə oğlu Teymuru məhkəməyə verir - ATASINA KÖMƏK ETDİYİNƏ GÖRƏ...
Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun keçmiş arvadı Tatyana Əhmədova onların birgə nigahdan olan oğulları Teymur Əhmədovun barəsində London Yüksək Məhkəməsində iddia qaldırmağa hazırlaşır.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Tatyana Əhmədova oğlunu atasına kömək etməkdə və nəticədə onun boşanma təzminatı kimi ödəməli olduğu 453 milyon funt sterlinqin (yarım milyard dollardan artıq) ödənilməsini əngəlləməkdə təqsirləndirir.
Muxalifet4 - 21-01-2020
18 nəfər deputatlığa namizədliyini geri götürdü - MSK-dan AÇIQLAMA
Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.
APA-nın Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən verdiyi məlumata görə, indiyə qədər 1542 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Qeyd edək ki, MSK sədri Məzahir Pənahov MSK-nın yanvarın 19-da keçirilən iclasında 1560 nəfərin deputatlığa namizədliyinin qeydə alındığını bildirmişdi. Beləliklə, ötən 2 gün ərzində 18 nəfər deputatlığa namizədliyini geri götürüb.
Muxalifet4 - 21-01-2020
Paşinyanın köhnə məqaləsi təkrar dərc edildi: "20 Yanvar günü bakılıları 1 dəqiqlik sükutla yad etdim" - FOTO
Ermənistan mətbuatı Baş nazir Nikol Paşinyanla bağlı sensasion məqaləni üzə çıxarıb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı İrəvanın “Politik.am” saytı yayıb.
Sayt Paşinyanın jurnalist işləyərkən Ermənistanda o vaxtlar ən məşhur “Mollak” qəzetindəki yazısını arxivdən taparaq ictimailəşdirib.
Muxalifet4 - 21-01-2020
"Azərsu" 186 manata kanalizasiya qapağı alır - İşlənmişi 40 manata satılır
"Azərsu" ASC-nin 30 dekabr 2019-cu il tarixində keçirdiyi quyu qapaqlarının (lyuk) satın alınması ilə bağlı tenderin nəticəsi bu gün - 21.01.2020-ci il tarixində dərc olunub.
Muxalifet4 - 21-01-2020
Qazaxıstan çekistləri beynəlxalq mafiyanın azərbaycanlı “bankirini” yaxaladı - PULLARI XARİCƏ KÖÇÜRÜRMÜŞ... - VİDEO
Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi beynəlxalq cinayətkar qruplaşmanın “bankiri” olan Azərbaycan vətəndaşını saxlayıb.
Virtualaz.org Komitənin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, əməliyyat yanvarın 15-də keçirilib. Milli Təhlükəsizlik Komitəsinin Nur-Sultan şəhəri üzrə departamenti xüsusi təyinatlı “A” dəstəsinin döyüşçülərinin dəstəyi ilə Azərbaycan vətəndaşını saxlayıb. Həmin şəxsin adı açıqlanmır, o transmilli cinayətkar sindikatın fəaliyyətini maliyyələşdirməkdə ittiham olunur.
Muxalifet4 - 21-01-2020
““Atabank” ciddi maliyyə problemləri ilə üzləşib“ - Mərkəzi Bankdan AÇIQLAMA
Ölkə prezidentinin fərmanı ilə Azərbaycan Mərkəzi Bankı (AMB) vahid maliyyə nəzarəti və tənzimləmə qurumuna çevrildikdən sonra "Atabank" ASC-də ilkin araşdırmalar aparılıb.
Bu barədə Bankdakı əmanətlərin geri götürülməsində problemlərin olub-olmaması ilə bağlı "Report"un sorğusuna cavab olaraq AMB-dən bildirilib.
Muxalifet4 - 21-01-2020
Qonşular "Hamama kişi salmısan" deyib, qadını döydülər - Azərbaycanda DƏHŞƏT
Yanvarın 12-si Lənkəran şəhəri, Vidadi küçəsi, ev 315 ünvanında yaşayan 1986- cı il təvəllüdlü Quliyeva Gülnarın yaşadığı ünvana qonşusu basqın edib. Hadisə nəticəsində onu və oğlunu döyüblər.
Muxalifet.az sonxeber.az -a istinadən xəbər verir ki, hadisə haqqında saytımıza danışan şikayətçi Gülnar xanım ayın 12- si, gecə saat 1 radələrində oğlunun yuyunmaq üçün hamama girdiyini və hadisənin elə bunda sonra yaşandığını bildirib:
Muxalifet4 - 21-01-2020
“Kirayə mənzillər sosial yox, biznes layihəsidir” - NARAZILIQ
Uzun müddətdir satışı gözlənilən kirayə mənzillərlə bağlı açıqlanan ilkin məlumatlar geniş müzakirələrə səbəb olub. Təəssüf ki, uzun illərdir ev sahibi olmaq üçün bu fürsətdən yararlanmaq istəyənlər üçün şərtlər əlçatan deyil. Müzakirələrin əsasını da bu amil təşkil edir.
“Məsələyə yenidən baxılmalıdır”
Məsələ ilə bağlı modern.az-a danışan V çağırış Milli Məclisin deputatı Vahid Əhmədov şərtlərin əlverişsiz olduğunu dilə gətirib:
Muxalifet4 - 21-01-2020
"Bir daha Həftər ilə masa arxasında oturmayacağıq" - Liviyanın baş naziri Fəyaz Sərrac
Liviyanın BMT tərəfindən tanınmış qanuni Milli Barışıq Hökumətinin başçısı Fəyaz Sərrac 19 yanvar tarixində Berlində keçirilmiş konfransdan bəhs edərkən deyib: “Atəşkəs qərarına hörmətlə yanaşırıq, ona riayət eləmək istəyirik. Lakin Həftər ilə bir daha masa arxasına keçməyəcəyik”.
Sərrac qiyamçı Həftərin yolunu kəsdiyi neft limanlarının bağlı qalmağa davam edəcəyi təqdirdə Liviyanın xaotik bir vəziyyətlə qarşılaşacağını deyib. Həftərə bu mövzuda təzyiq göstərilmədiyini ifadə edib.
Muxalifet4 - 21-01-2020
Bakılı milyarder qadın və onun ərinin sərvəti dünyanın gündəmində - FOTOLAR
Anqolanın sabiq prezidenti Jise Eduardi Dos Santosun qızı haqqında mətbuata sızan bilgilər ciddi gərginlik yaradıb.
İzabel Dos Santos Afrikanın ən zəngin qadını sayılır.
Mətbuata sızdırılan məlumatlarda İzabel və əri Sindika Dokolun dövlət hesabına zəngin olmaları qeyd olunur. Məlumatlara görə, bu barədə 700-ə yaxın sənəd yayılıb.
Anqola Afrikanın neft və almaz kimi yeraltı sərvətlərlə zəngin ölkələrindən biridir. Bu ölkə telekommunikasiya sənayesi və daşınmaz əmlak üçün də cəlbedici investisiya bölgələrindən biridir.
Muxalifet4 - 21-01-2020
Kaş yeni Məclis köhnə kişilərdən xali olmasın!
Milli Məclis buraxıldı, URA!
Yaşasın Milli Məclis, URA!
Köhnə Milli Məclisin özünü buraxması ilə yeni Milli Məclisin formalaşmasına sayılı günlər qalır. Dünən özünü yarıtmaz sayanların yenidən “milləti yarıtmazlıq” kampaniyasına qoşulmaları, yumşaq desək, anlaşılan deyil. Milləti yarıdan idinsə, niyə özünü buraxırdın? Millətin səsi isə yenə də “ura” oldu. Milli Məclis buraxıldı, - ura! Milli Məclis formalaşır, - ura! Necə deyərlər, Məclis öldü, yaşasın Məclis!Muxalifet4 - 21-01-2020
“Kobud rəftardan çəkinin, nəzakətli olun” - Nazir yol polislərinə XƏBƏRDARLIQ ETDI
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) 2019-cu ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Muxalifet4 - 21-01-2020
“Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı uğurla inkişaf edəcək” - ZAKİR HƏSƏNOV
“Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hər iki ölkə xalqlarını dostluq və qardaşlıq ənənələri birləşdirir.Muxalifet4 - 21-01-2020
Məzahir Pənahov qəsdən qeydə alınmaq istəməyən namizədlər aşkarlayıb - “BU ADDIM NƏYƏSƏ XİDMƏT EDİR...”
“Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində elə namizədlər var çalışır ki, biz onları qeydə ala bilməyək".
Belə bəyanatla MSK sədri Məzahir Pənahov çıxış edib. Onun MSK-nın iclasında bildirdiyinə görə, belə namizədlər qəsdən öz sənədlərini düzgün təqdim etmirlər.
“Bu addım nəyəsə xidmət edir. Mərkəzi Seçki Komissiyası maraqlı deyil. Ancaq onlar qəsdən sənədləri elə təqdim edirlər ki, biz onları qeydə ala bilməyək. Onların bu məqsədi kimə və nəyə xidmət edir mən bilmirəm” - MSK sədri əlavə edib.Muxalifet4 - 21-01-2020
İranda Putin haqda yazılan “Rus əfsanəsi” kitabının təqdimatı oldu
İranda Rusiya Prezidenti Vladimir Putin haqqında fars dilində “Rus əfsanəsi” kitabı çapdan çıxıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, İRNA xəbər agentliyinin binasında keçirilən təqdimat mərasimində kitabın müəllifi Əli Məhdumi çıxış edib.
O bildirib ki, kitabda Rusiya Prezidentinin psixoloji portreti yaradılıb. Yeni nəşrdə V. Putinin həyata keçirdiyi siyasi və iqtisadi islahatlardan, eləcə də Rusiyanın inkişafından bəhs olunub.
Muxalifet4 - 21-01-2020