Axtarış

The search found 105849 results in 0.06 seconds.

Search results

  1. Ərdoğan Berlin konfransını niyə tez tərk etdi? - ŞOK DETALLAR

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Berlin konfransını 2 saat tez tərk etməsi marağa səbəb olub.
     
    Publika.az xəbər verir ki, onun bu addımı Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarla eyni masa arxasında oturmaq istəməməsi kimi şərh olunub.
     
    Türkiyə rəsmisi jurnalist Murat Yetkinin sualına bu cür cavab verib:
     

    Muxalifet3 - 20-01-2020

  2. Azərbaycanda kişi küçədə soyuqdan donub öldü

    Sumqayıt şəhərində ölüm hadisəsi baş verib.
     
    Muxalifet.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayon ərazisində qeydə alınıb.
    Belə ki, ötən gün axşam saatlarında yaşadığı mənzilə gələn 1956-cı il təvəllüdlü Əsgərov İnqilab Tapdıq oğlu bir müddət sonra oranı tərk edib. Sərxoş vəziyyətdə olan şəxs küçədə yıxılaraq orada qalıb. Onun meyiti səhər saatlarında qonşular tərəfindən aşkarlanıb.

    Muxalifet4 - 20-01-2020

  3. Bakıda temperatur 0 dərəcəyə qədər düşəcək - HAVA PROQNOZU

    Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal küləyi əsəcək.

    Havanın temperaturu gecə 0-3° isti, gündüz 7-9° isti, Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacaq.

    Atmosfer təzyiqi 763 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək.

    Muxalifet4 - 20-01-2020

  4. Məşhur meyxanaçının bacısı oğlunun intiharı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI

    Bakıda meyxanaçı Ələkbər Yasamallının bacısı oğlunun intiharı ilə bağlı cinayət işi başlanıb.

    Muxalifet.az-ın apa-ya istinadən məlumatına görə, faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri həyata keçirilir.

    Qeyd edək ki, ötən gün paytaxt sakini 1999-cu il təvəllüdlü Niftəliyev Şamxal Təbriz oğlu yaşadığı evdə özünü asıb.

    Muxalifet4 - 20-01-2020

  5. Bütün pullar bir ovuc adamın əlində cəmləşib… - OXFAM TƏŞKİLATININ YENİ HESABATI

    Dünyada kasıblığa qarşı mübarizə aparan OXFAM təşkilatının yeni hesabatına görə varlılar getdikcə daha çox varlanır, kasıbların isə sayı artır.

    Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, təşkilatın hesabatına əsasən dünyada 2153 milyarder var və onların cəmi kapitalı dünya əhalisinin 60 faizinin, yəni 4.6 milyard adamın cəmi pulundan çoxdur. Dünyanın 22 ən varlı adamı isə Afrika qitəsinin bütün sakinlərindən daha çox kapitala malikdir.

    Muxalifet4 - 20-01-2020

  6. Daha bir faciəli ölüm-Azərbaycanda kişi küçədə soyuqdan donub öldü

    Sumqayıt şəhərində ölüm hadisəsi baş verib.
     
    Muxalifet.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayon ərazisində qeydə alınıb.
    Belə ki, ötən gün axşam saatlarında yaşadığı mənzilə gələn 1956-cı il təvəllüdlü Əsgərov İnqilab Tapdıq oğlu bir müddət sonra oranı tərk edib. Sərxoş vəziyyətdə olan şəxs küçədə yıxılaraq orada qalıb. Onun meyiti səhər saatlarında qonşular tərəfindən aşkarlanıb.

    Muxalifet3 - 20-01-2020

  7. "Fitch" Azərbaycanın reytinqini təsdiqləyib

    "Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin xarici valyutada uzunmüddətli defolt reytinqini "BB+", reytinq üzrə proqnozunu isə sabit olaraq müəyyən edib.
    Bu barədə "Report"a agentlikdən məlumat verilib. Bundan əlavə qısamüddətli emitentin defolt reytinqi "B", yerli valyutada uzunmüddətli emitentin defolt reytinqi "BB+", valyutada qısamüddətli emitentin defolt reytinqi "B", ölkə tavanı "BB+" müəyyən edilib.

    Muxalifet3 - 20-01-2020

  8. Türkiyə XİN başçısı 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib

    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 20 Yanvar 1990-cı il faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq Azərbaycan xalqına başsağlığı verib.
     
    "Report" xəbər verir ki, bununla bağlı M.Çavuşoğlu rəsmi "Twitter" hesabında bildirib.
     
    "Qardaş Azərbaycanın azadlığı uğrunda 30 il əvvəl canlarını qurban verən 20 Yanvar şəhidlərini rəhmətlə anıram", - Türkiyə XİN başçısı vurğulayıb.

    Muxalifet3 - 20-01-2020

  9. Türkiyənin axtarışa verdiyi şəxs Küveytdən Bakıya gələndə tutuldu

    Türkiyə dövlətinin “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Bakıda tutulub.
     
    37 yaşlı Türkiyə vətəndaşı Dinçer Mazlum Küveyt - Bakı reysi ilə Azərbaycana gələn zaman hava limanında saxlanılıb.
     
    Həmin şəxs Türkiyədə şantaj və digər ağır cinayət işlərinə görə axtarışda olub.

    Muxalifet3 - 20-01-2020

  10. "BAŞQA SEÇİMİM YOX İDİ..." - Şahzadə Harri tituldan imtinası barədə

    Şahzadə Harri krallıq vəzifələrindən imtina etməyin onu kədərləndirdiyini açıqlayıb.
    Müxalifet.az bildirir ki, bu barədə “Sky News” nəşri yazıb.
    Şahzadə qərarın çətin olduğunu, lakin başqa şanslarının olmadığını qeyd edib.
    “Mən bilirəm ki, heç də həmişə düzgün hərəkət etməmişəm, lakin başqa seçimim yox idi. Mən izah etmək istəyirəm ki, biz getmirik, biz sizi tərk etmirik.

    Muxalifet3 - 20-01-2020

  11. Gün ərzində onlarla oğurluq: Xəz paltolar, zinət əşyaları və ərzaq məhsulları

    Hər gün Bakıda onlarla oğurluq hadisəsi törədilir. Hazırda bir cinayətin qurbanı olmaq üçün evdə təkcə böyük miqdarda pul və qiymətli zinət əşyaları saxlamaq lazım deyil. Kriminal ünsürlər kiçik oğurluqdan tutmuş, ərzaq məhsullarına qədər hər şeyi qarət edirlər.
     
    Bakı sakini mənzil oğurluğu nəticəsində üç xəz paltosundan məhrum olub.

    Muxalifet3 - 20-01-2020

  12. Miqrasiya qanunvericiliyini pozan azərbaycanlılar deport olundu

    Rusiyanın Belqorod vilayətindən azərbaycanlı miqrantlar deportasiya edilib.
     
    Belgorodtv.ru-nun Federal Xidmət İdarəsinə istinadən yaydığı xəbərə görə, qanunu pozan 182 miqrant arasında azərbaycanlılar da olub.
     
    Miqrasiya qanunvericiliyini pozan həmin şəxslər ölkə ərazisindən deport olunub.
     
    Onlar məhkəmə icraçılarının nəzarəti altında Moskva və Voronej hava limanından ölkələrinə göndəriliblər.

    Muxalifet3 - 20-01-2020

  13. Avstraliyada yanğın böhranı: Yağış da qarşısını ala bilmədi

    Avstraliyanın şərqində yanğına məruz qalan bölgələrə güclü yağış yağıb. Buna baxmayaraq səlahiyyətli qurumlar bölgədə yanğın böhranının hələ də davam etdiyini bildirirlər.
     

    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Yeni Cənubi Uelsdə və Viktoriyada 80-dən çox yanğın ocağı hələ də sönməyib.
     
    Melburn və Kanberra bölgəsi isə güclü fırtınaya məruz qalıb və bəzi ərazilərə qolf topu boyda dolu düşüb.

    Muxalifet3 - 20-01-2020

  14. Ələkbər Yasamallının bacısı oğlu niyə intihar edib? - Səbəb bu imiş...

    Ötən gün Bakıda intihar edən 21 yaşlı Niftəliyev Şamxal Təbriz oğlununun özünə qəsd etməsiylə bağlı bəzi təfərrüatlar məlum olub.

    Muxalifet.az xəbər verir ki, hərbi xidmətdən yeni qayıdan gəncin sevdiyi qıza görə intihara əl atdığı bildirilir.

    Belə ki, Şamxalın ailəsi onun sevdiyi qızla münasibətlərini rəsmiləşdirməsinə razı olmayıblar. Onun bu səbəbdən nənəsinə məxsus evin eyvanında intihar etdiyi qeyd olunur.

    Muxalifet4 - 20-01-2020

  15. “Heydər Əliyevin tapşırığı ilə topladığım materialları Fatma Abdullazadə yox elədi” - QULU KƏNGƏRLİ

    Muxalifet.az "Ayna"ya istinadən 20 Yanvar faciəsindən bəhs edən "Şəhidlər”, ”Şəhidlər-2” bukletlərinin, "Qara yanvar şəhidləri”, "Erməni lobbisi: Azərbaycan faciəsi”, "Qanlı şənbəyə gedən yol” kitablarının müəllifi, "Bakıda insan ovu” adlı sənədli filmin ssenari müəllifi, tanımış jurnalist Qulu Kəngərli ilə müsahibəni təqdim edir.

    Qeyd edək ki, illərdir AZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə müxbiri olan Qulu Kəngərli, 1990-cı il yanvar ayının 19-dan 20-ə keçən gecə Sovet ordusu tərəfindən Bakıda törədilmiş qırğının canlı şahidi olub.

    Muxalifet4 - 20-01-2020

  16. Ramzan Kadırov öz mümkün istefası haqda

    Rusiya Federasiyası Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov onun başqa vəzifəyə keçirilməsi ilə bağlı yayılan şayiələrin həqiqəti əks etdirmədiyini, karyerasına öz respublikasında yekun vuracağını bildirib.
    Müxalifet.az RİA Novosti-yə istinadən bildirir ki, R. Kadırov deyib: “Heç vaxt respublikadan kənarda, respublikanı tərk edərək işləmək marağım olmayıb və mənə başqa vəzifə təklif eedilməyib. Karyeramı respublikamda bitirmək istəyirəm, heç yerə getmək istəmirəm".

    Muxalifet3 - 20-01-2020

  17. Araz Ağalarov yeni baş nazir haqqnda danışdı

    Azərbaycan əsilli rusiyalı milyarder-oliqarx Araz Ağalarov bu günlərdə ölkədə baş vermiş dəyişiklikləri və Federal Vergi Xidmətinin keçmiş rəhbəri Mixail Mişustinin baş nazir təyin edilməsini şərh edib.
    Müxalifet.az xəbər verir ki, Ağalarov “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində Mişustinin “dünyada ən mükəmməl vergi sistemi” qurduğunu bildirib.

    Muxalifet3 - 20-01-2020

  18. İlham Əliyevin İsveçrəyə işgüzar səfəri başladı

    Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb. 

    AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Prezident İlham Əliyev yanvarın 20-də Davosda “VTB Bank”ın prezidenti-idarə heyətinin sədri Andrey Kostinlə görüşüb. 

    Muxalifet4 - 20-01-2020

  19. AZƏRBAYCAN SƏFİRİNDƏN QALMAQALLI AÇIQLAMA - "20 Yanvar faciəsinin Rusiya ilə əlaqəsi yoxdur"

    Azərbaycanın Rusiyadakı səfirliyində 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım mərasimi keçirilib.

    Tədbirdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu 20 yanvar faciəsinin tarixi haqqında məlumat verib.

    Muxalifet4 - 20-01-2020

  20. DƏHŞƏT: 16 yaşlı qız intihar etdi - NİŞANLI OLUB...

    İmişlidə intihar hadisəsi baş verib. 

    Muxalifet.az xəbər verir ki, İmişli rayonunun Otuziki kənd sakini, 2003-cü il təvəllüdlü Səmədova Dünyaxanım Abid qızı hamamda özünü asaraq intihar edib. 

    İntihar edən qızın nişanlı olduğu bildirilir. 

    Faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./APA

    Muxalifet4 - 21-01-2020

Pages