Axtarış

The search found 105849 results in 0.121 seconds.

Search results

  1. Şri-Lanka itkin düşən 20 min insanın öldüyünü açıqladı

    Şri-Lanka hökuməti ölkədə 26 il sürən vətəndaş müharibəsində itkin düşən təqribən 20 min insanın öldüyünü açıqladı.

    Muxalifet3 - 22-01-2020

  2. İmişli Şəkər Zavodu bağlandı, yüzlərlə işçi aksiya keçirdi

    “Azərsun Holdinq”ə məxsus İmişli Şəkər Zavodunun yüzlərlə işçisi bu gün zavodun qarşısında aksiya keçirib. Aksiyaya səbəb 500-ə yaxın əməkdaşın işdən azad olunmasıdır.
    Muxalifet.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Bildirilir ki, aksiya iştirakçıları zavodun qarşısına toplaşaraq işdən azad olunmalarına etiraz edirlər.

    Muxalifet3 - 22-01-2020

  3. Livanda etirazlar davam edir

    Livan təhlükəsizlik qüvvələri paytaxt Beyrutda yeni hökumətin qurulduğu parlamentin xaricində toplaşmış qəzəbli etirazçılara qarşı su şırnağı və gözyaşardıcı qaz istifadə edib.
    Muxalifet.az bu barədə "Amerikanın Səsin"nə istinadla bildirir. Nümayişçilər bir neçə saat əvvəl Baş Nazir Həsən Diab hökumətinin yaradıldığı parlament binası qarşısında yeni qurulmuş barrikadaları dağıtmağa çalışıblar.
    Diabın yeni hökuməti keçən ilin oktyabr ayında Baş Nazir Saad Haririnin istefası ilə başlayan çıxılmaz vəziyyətə son qoyub.

    Muxalifet3 - 22-01-2020

  4. Tramp: ABŞ-a giriş qadağası siyahısına daha bir neçə ölkə əlavə ediləcək

    ABŞ Prezidenti Donald Tramp çərşənbə günü administrasiyasının bəzi ölkələrdən olan insanların Birləşmiş Ştatlara girişi qadağan edən siyahıya daha bir neçə ölkənin adının əlavə edilməsini elan etməyə hazırlaşdığını deyib.
    "Dünyada nələrin baş verdiyini görürsünüz, ölkəmiz təhlükəsiz olmalıdır" - deyə, o, İsveçrənin Davos şəhərində jurnalistlərə bildirib.
    O, ölkələrin sayını və adlarını açıqlamayıb və detalların çox qısa müddətdə elan ediləcəyini bildirib.
    Mövcud siyahıya İran, Liviya, Somali, Suriya, Yəmən, Venesuela və Şimali Koreya daxildir.

    Muxalifet3 - 22-01-2020

  5. BMT Bezosun telefonuna mümkün haker hücumu ilə bağlı təhqiqata çağırır

    BMT rəsmiləri çərşənbə günü Səudiyyə Ərəbistanlı hakerlərin Amazon şirkətinin təsisçisi Ceff Bezosun telefonunu sındırdığına dair kifayət qədər sübutların olduğunu və həm krallıq, həm də ABŞ-ın bununla bağlı araşdırma aparmalı olduğunu bildiriblər.

    Muxalifet3 - 22-01-2020

  6. Mövlud Çavuşoğlundan Moskvaya çağırış: "Suriyada təcavüzü dayandırmaq Rusiyanın borcudur"

    Türkiyənin xarici işlər naziri çərşənbə günü, üsyançıların nəzarətindəki bölgədə azı 17 nəfərin ölümünə səbəb olan hava zərbələrindən bir gün sonra Rusiyanı Suriya hökumətinin müharibə şəraitində olan bu ərəb ölkəsində hücumlarının qarşısını almağa çağırıb.
    Muxalifet.az bu barədə "Hurriyet"ə istinadla bildirir. Xarici İşlər Naziri Mövlud Çavuşoğlu çıxışında Rusiyanın vətəndaş müharibəsində Suriya prezidenti Bəşər Əl-Əsəd qüvvələrinə davamlı dəstək verdiyi üçün zorakılığı dayandırmağın məhz Moskvanın məsuliyyətində olduğunu deyib.

    Muxalifet3 - 22-01-2020

  7. İraq prezidenti Davosda Trampla görüşüb

    Vaşinqtonun İraqın ABŞ ordusunu ölkədən çıxarması tələbini rədd etməsindən sonra İraq prezidenti Bəhram Salih bu məsələni müzakirə etmək üçün çərşənbə günü Davosda Birləşmiş Ştatlar prezidenti Tarmpla görüşüb.
    Muxalifet.az bu barədə xarici KİV-lərə istinadla bildirir. "Görüş zamanı xarici qoşunların ixtisarı və İraq xalqının ölkənin suverenliyini qorumaq tələblərinə hörmət edilməsinin vacibliyi müzakirə edilib" - deyə, bəyanatda bildirilib.​

    Muxalifet3 - 22-01-2020

  8. İmmun sistemində kəşf xərçəngin universal müalicəsinə yol aça bilər

    Kardiff Universitetinin tədqiqatçıları immun sistemində xərçəng xəstəliklərinin müalicəsində istifadə edilə bilən mexanizmi müəyyən ediblər.
    Nature Immunology jurnalında dərc edilən araşdırmaya görə, bəzi T hüceyrələri yalnız laboratoriya şəraitində olmasına baxmayaraq, prostat, döş, ağciyər və digər xərçəng növlərini öldürmək üçün hazırlana bilər.
    T-hüceyrələr qanda xərçəng xəstəlikləri infeksiyaları daxil olmaqla, insan orqanizmi üçün təhlükələri axtarıb məhv edə bilən limfositlərin bir növüdür.

    Muxalifet3 - 22-01-2020

  9. Ağ Evdən hansı ölkələrə viza məhdudiyətləri olacağına dair BƏYANAT

    ABŞ prezidenti Donald Tramp administrasiyasının, Asiya və Afrikadan 7 ölkəyə viza məhdudiyyəti tətbiq etməyi planlaşdırdığı bildirildi.
    ABŞ mediyasında yer alan xəbərlərə görə, söhbət mövzusunun Belarus, Eritreya, Qırgızıstan, Birma, Nigeriya, Sudan və Tanzaniya olduğu bildirildi.
    Səlahiyyətli Ağ Ev rəsmisinin, siyahının hələ dəqiqləşmədiyinin və bir-neçə ölkənin yenə əlavə oluna biləcəyinin bildirildiyi ifadə edildi.

    Muxalifet3 - 22-01-2020

  10. LUKAŞENKO BELARUS - RUSİYA BİRLİYİNƏ MÜQAVİMƏT GÖSTƏRİR.../Detallar

    Belarus Norveçi Rusiya ilə alovlu qarşıdurmaya sürükləyir. Münaqişə tərəfləri üçün bu nə vəd edir? Rusiyalı professor hesab edir ki, Lukashenko Putinə təzyiq göstərməyə çalışır, amma bacarmayacaq. Ancaq, İngilis mütəxəssisi burada ikiqat "dərin quyu" tapdı.
    Norveç nefti Belarus və Rusiya arasında yaranan münaqişənin bir hissəsinə çevrildi. Belarus Rusiyadan neft tədarükünün azalmasını kompensasiya etmək üçün Norveçdən 80 min ton neft aldı.

    Muxalifet3 - 23-01-2020

  11. Azərbaycanda ölüm olan şadlıq sarayının sahibkarı həbs edildi

    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, rayonda yerləşən “Aygün” restoranında Rəşid Məmmədovun hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı istintaq zamanı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkənin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.

    Muxalifet4 - 23-01-2020

  12. Fazil Məmmədovun bankı tanınmış teleaparıcını da çətin duruma saldı

    Tanınmış idman jurnalisti, teleaparıcı Pərviz Musayev də “AtaBank”la bağlı şikayətini dilə gətirib.

    Bu barədə sosial şəbəkədə paylaşım edən həmkarımız 2 aydır sösügedən bankdan maaşını çıxara bilmədiyini bildirib:

    Muxalifet4 - 23-01-2020

  13. “Seçicilərimin sarsılmış ümidlərini bərpa edəcəyəm” - VÜQAR MƏMMƏDOV

    “Məqsəd və məramım bu dövlətə, bu xalqa boğazdan yuxarı yox, bütün varlığımla xidmət etməkdir”
     
    “Seçki platformamı bir cümlə ilə belə ifadə edə bilərəm: Hər şey dövlətim, xalqım və millətim üçün!”

    Müsahibimiz “Hürriyyət” qəzetinin baş redaktoru, 25 saylı Nizami ikinci seçki dairəsindən deputatlığa namizəd Vüqar Məmmədovdur.

    - Vüqar bəy, seçkidə iştirak edən hər bir namizədin fərqli məqsəd və məramı olur. Sizin növbədəkənar parlament seçkilərinə qatılmağınızda məqsədiniz nədir?

    Muxalifet4 - 23-01-2020

  14. ​“Ölkənin ən nəhəng qida şirkətlərindən birinin 3 ildir ziyanla işləməsi...” – RÖVŞƏN AĞAYEV SƏBƏBLƏRDƏN DANIŞDI

    “Son iqtisadi müşavirədə Mərkəzi Bankın sədri demişdi ki, ölkədə fond bazarının formalaşmasına nəhayət ki, başlamaq üçün "pioner şirkətlər"i üzə çıxarmağa ehtiyac var. İdeya müəllifi "pioner şirkətlər" deyərkən bu işin önünə çıxarılacaq aparıcı milli şirkətləri nəzərdə tutur. Və çox güman ki, onun düşündüyü belə şirkətlər iqtisadiyyatın brendləri olan, dayanıqlı və geniş maliyyə potensialına malik, şəffaf korporativ menecmentə keçidə, rəqabətli və hər cür imtiyazlı, diskriminasiyalı himayədən uzaq mühitdə çalışmağa tam hazır olmalıdırlar”.

    Muxalifet4 - 23-01-2020

  15. ​AZƏRBAYCANDA DƏHŞƏTLİ VİRUSDAN ÖLÜM HALLARI ARTIR – Qubad İbadoğlu: “Səhiyyə Nazirliyi virusun mənşəyinə dair açıqlama verməlidir”

    “Rəsmi məlumatlara görə, son 10 gündə ərzində Azərbaycanda 2 nəfər soyuqdəymədən dünyasını dəyişib. 11 yanvarda 2010-cu il təvəllüdlü Mahatov Turan Tural oğlu Balakən rayon Mərkəzi Xəstəxanasına kəskin respirator virus infeksiyası ilə gətirilib. 12 yanvar 2020 tarixində səhhtinin ağırlaşma səbəbindən vlideynləri tərəfindən Bakıya aparılarkən yolda dünyasını dəyişib. 20 yanvarda Şəkidə iki uşaq anası soyuqdəymədən ölüb. Xəstə X .İsayevanın səhhətində yüksək hərarətlə müşahidə edilən soyuqdəymə olub.

    Muxalifet4 - 23-01-2020

  16. Ermənilər məşhur Şuşa qalasında restavrasiya işlərinə başlayır - “GÖVHƏRAĞA” MƏSCİDİNİN ARDINCA...

    Dağlıq Qarabağdakı qondarma rejim işğal edilmiş Azərbaycan ərazilərində qalan tarix-mədəniyyət abidələrini bir-birinin ardınca erməniləşdirir və ya farslaşdırır.

    Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, ermənilər Şuşadakı məşhur “Gövhərağa” məscidini İran arxitektorlarının köməyi ilə “fars məscidi” kimi restavrasiya edəndən sonra bu dəfə tarixi Şuşa qalasının restavrasiyasına başladıqlarını elan ediblər.

    Muxalifet4 - 23-01-2020

  17. “10 milyonluq elektron sistemin çökməsi ciddi bir siqnaldır” - OSMAN GÜNDÜZ

    “Fondun rəhbərliyi adı çəkilən şirkətlərin məsuliyyəti məsələsini qaldırmalıdır”
     
    “Bu gün İpoteka Fondunun 10 milyonluq elektron sisteminin çökməsini bir xeyli araşdırdım. Bu qədər vəsait, bu qədər dövlət dəstəyi qarşılığında, dövlət tərəfindən vətəndaşların sosial durumunun yaxşılaşmasına yönələn dövlət əhəmiyyətli bir layihənin bu tip uğursuzluğu çox ciddi bir siqnaldır”.

    Muxalifet4 - 23-01-2020

  18. Deputatlığa namizəd Əli Həsənovun "trol şəbəkəsi"ni ifşa etdi - ŞOK FAKTLAR / FOTOLAR

    110 saylı Zaqatala seçki dairəsindən Parlament seçkilərində namizədliyini irəli sürən Nurlana Cəlil həmin dairədən rəqibi olan Elşən Musayev və Prezidentin sabiq köməkçisi Əli Həsənovla bağlı sensasion ittihamlar səsləndirib. 

    Demokrat.az xəbər verir ki, Nurlana Cəlil  özünün feysbuk səhifəsində Elşən Musayevin hələ də Əli Həsənov tərəfindən himayə olunduğunu bildirib. 

    Nurlana Cəlilin fikirlərini təqdim edirik: 

    "İpin ucunu tutmuşam, corab söküyü kimi gedəcək...

    Qeyd: Uzun yazıdı, vaxtınızı ayırdığınız üçün minnətdaram.

    Muxalifet4 - 23-01-2020

  19. Deputatın biznes imperiyası ilə bağlı YENI FAKTLAR - Vəliyevin xaricdəki biznesini oğlu idarə edir / FOTOLAR

    İstanbulun tam mərkəzində, Sultanəhməd məscidi yaxınlığında yerləşən Aybar oteli 2015-ci ildə istifadəyə verilib.

    Dördmərtəbəli dördulduzlu otelin sahibi Milli Məclisin deputatı, "Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevdir.

    Bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.

    Muxalifet4 - 23-01-2020

  20. Almaniyada yol qəzası baş verib, 2 məktəbli ölüb

    Almaniyanın Türingiya əyalətinin Bad Berka qəsəbəsində məktəb avtobusunun dumanlı havada buz bağlamış yoldan çıxaraq yamacdan yuvarlanması nəticəsində 2 uşaq ölüb.
     
    “Report” MDR-ə istinadən xəbər verir ki, avtobusda olan 20 uşaq və sürücü xəsarət alıb.

    Muxalifet3 - 23-01-2020

Pages