Məzahir Pənahov qəsdən qeydə alınmaq istəməyən namizədlər aşkarlayıb - “BU ADDIM NƏYƏSƏ XİDMƏT EDİR...”

Baxış sayı:
1971

“Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində elə namizədlər var çalışır ki, biz onları qeydə ala bilməyək".
Belə bəyanatla MSK sədri Məzahir Pənahov çıxış edib. Onun MSK-nın iclasında bildirdiyinə görə, belə namizədlər qəsdən öz sənədlərini düzgün təqdim etmirlər.
“Bu addım nəyəsə xidmət edir. Mərkəzi Seçki Komissiyası maraqlı deyil. Ancaq onlar qəsdən sənədləri elə təqdim edirlər ki, biz onları qeydə ala bilməyək. Onların bu məqsədi kimə və nəyə xidmət edir mən bilmirəm” - MSK sədri əlavə edib.
M.Pənahov deyib ki, indiyə qədər 1542 nəfərin namizədliyi qeydə alınıb.Həmin namizədlər 19 siyasi partiyalar tərəfindən irəli sürülüb. MSK sədri qeyd edib ki, parlament seçkilərində 95 nəfər namizədliyini geri götürərək mübarizəni dayandırıb.