Axtarış

The search found 105849 results in 0.027 seconds.

Search results

  1. Trampın Rusiya üzrə məsləhətçisi işdən kənarlaşdırıldı - TƏFƏRRÜATLAR AÇIQLANMIR

    ABŞ Prezidenti Donald Trampın Rusiya üzrə məsləhətçilərindən biri Endryi Pik vəzifəsindən kənarlaşdırılıb.

    Bu barədə mənbələrinə istinadən “Axios” nəşri məlumat yayıb.

    Bildirilir ki, bu, “təhlükəsizlik məsələləri üzrə” onunla əlaqədar araşdırmanın aparılması ilə bağlıdır. Başqa təfərrüatlar açıqlanmır.

    Ağ Ev və Pik isə məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.

    Qeyd edək ki, Endryi Pik gələn həftə Davosda keçiriləcək Ümumdünya İqtisadi Forumunda Trampı müşayiət etməli idi./Virtualaz.org

    Muxalifet4 - 19-01-2020

  2. Makqreqor Sirounini 40 saniyəyə məğlub etdi - VİDEO

    İrlandiyalı döyüşçü Konor Makqreqor və ikiqat UFC çempionu, amerikalı “Kovboy” ləqəbli Donald Sirouni arasında maraqla gözlənilən döyüş baş tutub.

    Qeyd edək ki, titul döyüşü olmayan UFC-246 Las-Veqasda keçirilib.

    Konor Makqreqorun inamlı və ardıcıl zərbələrindən sonra hakim 40-cı saniyədə döyüşü dayandırıb.

    Muxalifet4 - 19-01-2020

  3. Prezidentin yerini sosial şəbəkədə paylaşan jurnalist saxlanıldı

    Fransa prezidenti Emmanuel Makronun dünən teatrda olduğunu sosial şəbəkədə paylaşan jurnalist saxlanılıb.

    "Qafqazinfo" Xarici KİV-ə istinadən xəbər verir ki, jurnalist Taha Bouhafs paylaşımında teatr salonunda olduğunu və prezidentin oturduğu cərgədən 3 sıra arxada əyləşdiyini qeyd edib. Bundan sonra Fransada pensiyayla bağlı ediləcək dəyişikliyi qəbul etməyən insanlar teatr qarşısına toplaşaraq şüar səsləndiriblər.

    Etirazçılar teatr salonuna girməyə çalışsa da, polis buna mane olub. Makron teatrdan təhlükəsizlik qüvvələrinin köməyilə uzaqlaşdırılıb.

    Muxalifet4 - 19-01-2020

  4. Müsəlman ölkəsində ŞİDDƏTLİ TOQQUŞMA - 200 nəfər yaralandı

    Livanın paytaxtı Beyrutda parlament binası qarşısında polislə nümayişçilər arasında baş verən şiddətli toqquşmalar nəticəsində xəsarət alanların sayı 200-i ötüb.

    BBC xəbər verir ki, xəsarət alan etirazçılardan bir neçəsinin vəziyyəti ağırdır. Yaralılar arasında polislər də var.

    Qeyd edək ki, Livanda bir neçə aydır iqtisadi böhran hökm sürür. Etirazçılar sosial problemlərin həlli üçün hökumətdən islahatlar həyata keçirməyi tələb edir./Publika.az

    Muxalifet4 - 19-01-2020

  5. Balıqçının həyatı bir anda DƏYİŞDİ - Tora baxanda gözlərinə inanmadı / FOTO

    Çin hökuməti ölkə sahillərində xarici ölkəyə məxsus kəşfiyyatçı pilotsuz sualtı aparatı ələ keçirən yerli balıqçılara ümumilikdə 500 min yuen (təqribən 72 min dollar) pul mükafatı verib.

    Publika.az “euronews”ə istinadən xəbər verir ki, pilotsuz aparatların hansı ölkəyə məxsus olduğu məlum deyil. Bundan əlavə, Çin hökuməti 2019-cu ildə pilotsuz dəniz aparatlarını ələ keçirən 11 balıqçıya ümumilikdə 400 min yuen pul mükafatı verib.

    Qeyd edək ki, hər il mənşəyi məlum olmayan çox sayda pilotsuz aparat çinli balıqçıların toruna düşür.

    Muxalifet4 - 19-01-2020

  6. Süleymaninin ölüm anı: Komandirlə Trampın səs yazısı...

    ABŞ Prezidenti Donald Trampın SEPAH-ın Qüds briqadasının komandanı Qasım Süleymaninin öldürüldüyü hücumun son anlarını təsvir edən səsyazısı üzə çıxıb.

    Bu barədə CNN televiziyası məlumat yayıb. Trampla komandirlər arasında baş tutan dialoqun səsyazısının Ağ Evdəki müzakirə otağında qeydə alındığı bildirilib:

    “İkisi bir aradadır. (Hücuma) 2 dəqiqə 11 saniyə qaldı. Maşının içərisindədirlər və silahlıdırlar. Cənab, son bir dəqiqə qaldı, 30 saniyə, 10, 9, 8... (Bundan sonra anidən buum...) Məhv edildilər, cənab”.

    Muxalifet4 - 19-01-2020

  7. Meyvezer Makqreqor və Nurməhəmmədova meydan oxudu - FOTO

    Beş çəki dərəcəsində eks-dünya çempionu Floyd Meyvezer UFC-nin keçmiş çempionu Konor Makqreqora qarşı revanş-matç elan edib.

    O, özünün “Instagram” hesabında yazıb:

    “Getdik, çempion!”

    Qeyd edək ki, Meyvezerlə Makqreqor arasında 2017-ci ilin avqustunda baş tutan döyüş Makqreqorun 10-cu raundda nokaut olması ilə yekunlaşmışdı.

    Ardınca Meyvezer öz sosial media hesabında UFC çempionu rusiyalı Həbib Nurməhəmmədova da döyüş elan edib. O Həbiblə şəklini paylaşaraq belə bir şərh yazıb:

    “Kim bu döyüşü görmək istəyir?”

    Muxalifet4 - 19-01-2020

  8. "20 yanvar hadisələri insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, sifarişçiləri və icraçıları cəzalandırılmalıdır” - AZƏRBAYCAN XİN

    Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi 1990-cı il 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.

    XİN-in bəyanatında deyilir:

    “1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26.000 nəfərlik sovet ordusu Azərbaycanın Bakı və Sumqayıt şəhərlərinə, eləcə də ölkənin digər şəhərlərinə yeridilərək “Udar” adlı əməliyyatı həyata keçirdi. Bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxs qətlə yetirildi və 744 nəfər ağır xəsarət aldı. Bu hadisə müasir Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil oldu.

    Muxalifet4 - 19-01-2020

  9. ABŞ əsgərləri rus hərbçilərin yolunu kəsdi

    Suriyada terror təşkilatı PKK-nın işğalı altında olan ərazilərdə xidmət göstərən ABŞ əsgərləri Haseke əyalətindəki neft sahəsinə çatmaq istəyən rus əsgərlərini dayandırıblar.

    Haberglobal.com-un məlumatına görə, ABŞ qoşunları rus patrulundan Hasekenin şimal-qərbindəki Amuda bölgəsindən geri dönmələrini istədikdə tərəflər arasında qısamüddətli gərginlik yaşanıb.

    ABŞ aviabazasının yerləşdiyi Rümeylana çatmasının qarşısı alınan rus əsgərləri daha sonra gəldikləri nöqtəyə qayıtmalı olublar./Oxu.az

    Muxalifet4 - 19-01-2020

  10. İlon Mask Marsa 2050-ci ilə qədər milyon nəfər göndərəcək – HAZIRLIQ GEDİR

    ABŞ-ın “SpaceX” şirkətinin təsisçisi İlon Mask Marsa 2050-ci ilə qədər bir milyon insanı göndərmək fikrindədir.

    Bu barədə “Business Insider” yazır.

    Qeyd edilir ki, “SpaceX” şirkəti tərəfindən “Dragon Crew” gəmisinin tikintisi Marsın kolonizasiyası üzrə planın bir hissəsidir.  Mask artıq 2050-ci ildə  bu planetə gündə orta hesabla üç gəmi yollamağı nəzərdə tutub.

    “SpaceX”in təsisçisi “Dragon Crew”nu elə təkmilləşdirmək istəyir ki, gəmi 100 adam və 100 ton yükü daşıya bilsin.

    Muxalifet4 - 19-01-2020

  11. ​PKK TERRORÇULARI TÜRK HƏRBÇİLƏRİNƏ TƏSLİM OLDU - Bu proses sürətlənir...

    PKK terror qruplaşmasının bir neçə silahlısı Türkiyənin təhlükəsizlik qüvvələrinə könüllü təslim olub.
    Muxalifet.az
    xəbər verir ki, bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.
    Ölkənin Daxili İşlər Nazirliyinə istinadən yayılan xəbərdə qeyd edilir ki, təhlükəsizlik qüvvələrinin uğurlu əməliyyatları PKK terror qruplaşmasının dağılmasını sürətləndirib. Əməliyyatlara ayrı-ayrı ailələrin dəstəyi ilə keçirilən inandırma üsullarının əlavə edilməsi ilə terrorçuların təslim olmaları son illər ərzində ən yüksək həddə çatıb.

    Muxalifet4 - 19-01-2020

  12. Almaniya ABŞ-ın İran siyasətini tənqid etdi - SƏBƏB

    Almaniya Xarici İşlər naziri  Hayko Mas ABŞ-ın təhdidlərinin və hərbi aksiyalarının İranın Yaxın Şərq siyasətini dəyişməyə kömək etmədiyini bildirib.
    APA-nın xəbərinə görə, Almaniya XİN rəhbəri “Bild am Sonntag” qəzetinə müsahibəsində deyib ki, xaricdən təsir nəticəsində İranda rejim dəyişikliyinin avtomatik situasiyanı yaxşılaşdıracağını düşünmək düzgün deyil.

    Muxalifet4 - 19-01-2020

  13. Almaniya jurnalı Azərbaycandakı alman irsi haqqında yazıb - FOTO

    Almaniyanın “Mortimer Reisemagazin” jurnalında dərc edilən “Helenendorf – Azərbaycandakı alman irsi” adlı məqalədə 200 il öncə Azərbaycanda məskunlaşmış alman ailələrinin irsi haqqında məlumat verilir.

    Muxalifet4 - 19-01-2020

  14. Prezident 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı paylaşım etdi - FACEBOOK SƏHİFƏSİNDƏ / VİDEO

    Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı paylaşım edilib.
    APA-nın məlumatına görə, paylaşım edilən videoçarx "20 Yanvar - 30 il" adlanır.
     

    Muxalifet4 - 19-01-2020

  15. "Onlar bütün hüquq və azadlıqlarından məhrum ediliblər" - Ucqar dağlardan hamıya məktub!

    Hörmətli azərbaycanlılar, sizə o yerdən yazıram ki, havası kirlənməmiş, suyu bulanmamış, öz təməlinə sadiq təbiəti ilə, gözəlliyi və məğrurluğu ilə görənləri valeh edir o yerlər. Sizə o yerdən yazıram ki, flora və faunasında ağılalmaz zənginliyi, sakinlərinə bəxş etdiyi uzun ömürləri ilə tanınır. 

    Muxalifet4 - 19-01-2020

  16. Pensiyalar nə qədər artacaq? - Rəqəmlər açıqlandı

    “Təklif edirəm ki, bu ildən bütün növ sosial müavinətlər də inflyasiya səviyyəsinə görə indeksləşdirilsin”.

    Bunun iqtisadçı Qubad İbadoğlu deyib. O bildirib ki, bu ildən peniyalar 15 faiz səviyyəsində indeksləşdirilərək artırılmalıdır”

    Muxalifet4 - 19-01-2020

  17. İran Ukraynanın xahişini yerinə yetirdi - Qara qutu göndərildi

    İranın paytaxtı Tehran yaxınlığında raketlə vurulan və 186 nəfərin öldüyü Ukraynaya məxsus təyyarənin qara qutusu Kiyevə göndərilib.

    Publika.az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının Təhqiqatlar şöbəsinin rəisi Həsən Rezayifər bildirib. O deyib ki, Ukraynanın xahişinə əsasən qara qutu Kiyevə göndərilib. Fransa, Kanada və ABŞ-dan olan mütəxəssislər qutunu tədqiq edərək qəzadan əvvəl nələrin baş verdiyini öyrənəcəklər.

    Qeyd edək ki, Ukraynanın Baş Prokurorluğu təyyarənin qara qutusunun təhvil verilməsi haqqında İrana sorğu göndərmişdi.

    Muxalifet4 - 19-01-2020

  18. Azərbaycanın bu ərazilərinə qar yağacaq - PROQNOZ

    Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağan yağıntının səhər tədricən kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Muxalifet.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, səhər bəzi yerlərdə duman olacaq, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 6-8° isti olacaq.

    Muxalifet4 - 19-01-2020

  19. Ərdoğan və Putin bir araya gəldi - BERİLİNDƏ

    Berlində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş olub.

    "Anadolu" agentliyi xəbər verir ki, görüş zamanı iki ölkə arasındakı münasibətlərlə yanaşı regiondakı münaqişələr müzakirə edilib. Dövlət başçıları bildiriblər ki, Ankara və Moskvanın səyləri nəticəsində Suriyada və Liviyada gərginliyin aradan qaldırılması üçün vacib addımlar atılıb.

    Qeyd edək ki, Ərdoğan və Putin Liviya münaqişəsinə dair toplantıda iştirak etmək üçün Berlində səfərdədir.

    Muxalifet4 - 19-01-2020

  20. "Heç kimə heç nə sübut etməli deyilik" - PUTİN

    Rusiya heç kimə heç nə sübut etməli deyil, Böyük Vətən müharibəsi barədə tarixi qorumalıdır.

    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rusiya 1” kanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişində deyib.

    “Biz heç kimə heç nə sübut etməli deyilik, amma biz hər şey etməliyik ki, bu həqiqət unudulmasın”, - Putin bildirib.

    Qeyd edək ki, Putin İkinci Dünya müharibəsinə aid bütün tarixi sənədlərin toplandığı və hamı üçün əlçatan olan mərkəz yaradılması haqda qərar verib.

    Muxalifet4 - 19-01-2020

Pages