Axtarış
The search found 105849 results in 0.06 seconds.
Search results
Bakılı milyarderlər Moskvanın mərkəzindəki Mərkəzi Bazarı aldılar
Əmlak Kralları” Nisanov və İliyev Moskvadakı Mərkəzi Bazarı alıblar.
Demokrat.az-ın Rusiya bürosu xəbər verir ki, Moskvadakı Rojdestvenski Bulvarındakı mərkəzi bazarın sahibi dəyişib.
Daşınmaz əmlakın vahid dövlət reyestrindən çıxarışa əsasən bazar binasının ümumi sahəsi 3,4 min kvadratmetrdir. Hazırda Mərkəzi bazarın ümumi sahəsi 5 min kvadratmetrdir.
Obyektin dəyəri təxminən 1,5-1,7 milyard rubldur. Mərkəzi bazarı gündə 12 mindən çox adam ziyarət edir və obyektin icarə haqqı 1 kvadrat üçün 25-40 min rubl təşkil edir.Muxalifet3 - 18-01-2020
Azərbaycanda daha 5 vəzifəli şəxs işdən çıxarıldı
Ötən il 31 nəfər yerli icra və probasiya qurumlarının əməkdaşları intizam məsuliyyətinə cəlb olunub.
Bu barədə Ədliyyə Nazirliyində yerli icra və probasiya qurumlarının rəhbərlərinin iştirakı ilə 2019-cu ildə icra və probasiya xidmətləri tərəfindən məhkəmə və digər orqanların qərarlarının icrası və probasiya nəzarəti sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş müşavirəsində ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirilib.Muxalifet3 - 18-01-2020
Parisdə "sarı jiletlər"in aksiyasında 30-dan çox etirazçı saxlanılıb - FOTO
Fransa polisi Parisdə "sarı jiletlər" hərəkatının şənbə günü keçirilən aksiyasında 32 etirazçını saxlayıb.
“Report”un məlumatına görə, bu barədə paytaxt polisi məlumat yayıb.
"Saat 15.45-də (Bakı vaxtı ilə saat 18:45) polis prefekturasının əməkdaşları 32 nəfəri saxlayıb", - deyə asayiş keşikçilərinin “Twitter”də yerləşdirilmiş xəbərində bildirilir.
Muxalifet3 - 18-01-2020
Minlərlə qadın yürüşə hazırlaşır - GENDER BƏRABƏRLİYİ VƏ QADIN HÜQUQLARI...
Birləşmiş Ştatların bir neçə şəhərində minlərlə qadın dördüncü illik Qadınların Marşında iştirak etməyi planlaşdırır. Onlar bir neçə məsələni, o cümlədən gender bərabərliyi və qadınların insan haqlarını təbliğ etmək istəyir.
Onlarla şəhərdə yürüşlərin keçiriləcəyi gözlənilir. Onlar arasında Vaşinqton şəhəri də var ki, 2017-ci ildə orada prezident Tramp vəzifəsinin icrasına başlayandan bir gün sonra keçirilən ilk Qadınların Marşında yüz minlərlə insan iştirak etmişdi.
Muxalifet4 - 18-01-2020
İrandan AÇIQLAMA: Qara qutular Ukraynaya göndəriləcək
İran Tehranda vurulmuş “Boeing”in qara qutularını Ukraynaya göndərəcək.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın Mülki Aviasiyası Təşkilatının Hadisələrin Araşdırılması Bölməsinin başçısı Həsən Rezayefar məlumat verib.
Həsən Rezayefar bildirib ki, İranda qara qutuların şifrəsini açmaq mümkün deyil:
Muxalifet4 - 18-01-2020
Rusiyalı milyarderin eks-həyat yoldaşı başqa bir milyarderə ərə getdi - FOTO
Rusiyalı iş adamı Roman Abromoviçin keçmiş həyat yoldaşı Daşa Jukova ikinci dəfə ərə gedib.
Dünən İsveçrənin Müqəddəs Moritz xizək kurortunda 38 yaşlı Daşa Jukova ilə 34 yaşlı Stavros Niarxosun təntənəli toy mərasimi baş tutub.
Ötən payız gizli şəkildə rəsmi nikaha daxil olan cütlük bütün sevdiklərini bu münasibətlə ətrafına toplayaraq böyük bir məclislə qeyd edib. 500 nəfərin qonaq olduğu toydan fotolar sosial şəbəkələrdə yayılıb. Yeri gəlmişkən, mərasim bəyin ailəsinə məxsus olan oteldə baş tutub.
Muxalifet4 - 18-01-2020
Fransız milyarder dünyanın ən varlı adamı oldu
Dünyanın ən varlı insanlarının sıralama cədvəlində dəyişiklik olub.
Fransanın LVMH şirkətinin rəhbəri Bernard Arnault “Amazon” şirkətinin təsisçisi Ceff Bezosu “Forbes”in seiyahısında ilk pillədən aşağı endirib.
“Ria Novosti”nin xəbərinə görə, bu haqda “Forbes” dərgisi məlumat verib.
Qeyd olunur ki, Arnaultu ilk pilləyə yüksəldən səbəb onun şirkətinə məxsus səhmlərin qiymətinin 0,7 faiz artmasıdır. Bu artım fransalı biznesmənə 1,9 milyard dollar qazandırıb.
Muxalifet4 - 18-01-2020
"ABŞ İranın nüvə obyektlərinə zərbə endirmək niyyətində idi" - SENSASİON AÇIQLAMA
Vaşinqton Tehranın nüvə silahına sahib olmaması üçün İranın nüvə obyektlərinə preventiv zərbə endirilməsi imkanlarını nəzərdən keçirib.
Muxalifet4 - 18-01-2020
Müəllimlərin işə qəbul qaydalarına dəyişiklik edilir
Növbəti tədris ili (2020-2021) üçün dövlət ümumi təhsil müəsisələrinə müəllimlərin işə qəbulu (MİQ) qaydalarına bir sıra dəyişikliklər edilir.
Bu barədə Təhsil Nazirliyinin "Telegram" səhifəsində məlumat paylaşılıb.
Muxalifet4 - 18-01-2020
Onlar ən yaşlı deputatlığa namizədlərdir - SİYAHI
Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərində qeydə alınan namizədlər arasında pensiya yaşını ötmüş şəxslər də var.
Namizədliyi qeydə alınan 70 və daha yaşlı olan deputatlığa namizədlərin siyahısını təqdim edirik:
Yaşlı namizədlərdən biri 2 saylı Şərur Seçki Dairəsindəndir. Bu, hər kəsin tanıdığı, beşinci çağırış Milli Məclisin deputatı İsa Həbibəylidir. Eyni zamanda, AMEA-nın I vitse-prezidenti olan İsa Həbibbəyli 16 oktyabr 1949-cu ildə anadan olub.
Muxalifet4 - 18-01-2020
Məşhur meyxanaçıdan xəbər var - SƏNƏT DOSTLARI ONU ZİYARƏT ETDİ...
Uzun müddətdir xəstəlikdən əziyyət çəkən meyxanaçı Kərimin fotosu yayılıb.
Belə ki, müğənni Vasif Əzimov meyxanaçı dostları ilə birlikdə tanınmış meyxana ustadını evində ziyarət edib. O, görüşdən fotonu instaqramda paylaşıb.
Xatırladaq ki, meyxanaçı Ağamirzə bu yaxınlarda qonaq olduğu verilişdə həmkarına maddi və mənəvi yardım etdiyini söyləmiş, lakin artıq Kərimlə görüşə bilmədiyini etiraf etmişdi. Səbəb kimi Kərimin onu tanımadığını və bu halına dözə bilmədiyini göstərmişdi.
Ağamirzənin sözlərinə görə, Kərim artıq nitq qabiliyyətini itirib.
Muxalifet4 - 19-01-2020
Ərdoğanla Merkel Liviya məsələsini müzakirə etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Məlumata görə, Türkiyə prezidenti ilə Almaniya kansleri Liviyada yaranmış vəziyyəti müzakirə ediblər.
“Bizim prezident Angela Merkellə telefonla danışıb. Danışıqların gedişatında tərəflər regional məsələləri, xüsusən Liviyada yaranan vəziyyəti müzakirə ediblər”, - deyə xəbərdə bildirilir./Report
Muxalifet4 - 19-01-2020
Azərbaycanlı bloqqer sərvətini nümayiş etdirdi - VİDEO
Rusiyada yaşayıb, orada videobloqqerlik fəaliyyəti ilə məşhurlaşan, iş adamı və xeyriyyəçi, əslən Azərbaycanlı Hüseyn Həsənov yeni paylaşımı ilə diqqətləri üzərinə çəkib.
Oxu.az xəbər verir ki, bir çox məşhurlar qazanclarını gizlətdiyi bir vaxtda Hüseyn var-dövlətini telefonun kamerasına çəkərək “İnstagram” hesabının “Hekayə” bölümündə paylaşıb.
Bloqqer dəstə-dəstə yüzlük avro, dollar və rubl əskinasları iş masasının üstünə səpərək “Səmimi qəlbdən arzu edirəm ki, hər biriniz səhər yuxudan oyananda bunları görün” sözlərini deyib.
Muxalifet4 - 19-01-2020
Türkiyə ABŞ gəmilərinin Bosfordan keçidinə icazə vermir
Türkiyə NATO gəmilərinin Aralıq dənizindən Qara dənizə keçməsinə mane olmağa başladı və bununla da Şimali Atlantika Alyansına qarşı mövqeyini göstərdi.
“Ruexpert”in məlumatına görə bu barədə “Nordic Monitor” xəbər yayıb.
Bildirilir ki, NATO hərbi gəmilərinin Aralıq dənizindən Qara dənizə keçməsinə qoyulan məhdudiyyətlər artıq qüvvədədir və buna görə ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri də Qara dəniz bölgəsinə sərbəst girə bilmir.
Muxalifet4 - 19-01-2020
Zaqatala sakinindən maraqlı ixtira: Telefonu ilə evinin enerji sistemini idarə edə bilir - VİDEO
Zaqatala sakini evinin bütün enerji sistemini idarə etmək üçün xüsusi qurğu hazırlayıb.
44 yaşlı Sahib Şahmalıyevin ərsəyə gətirdiyi kənardan idarə edilən kombi sistemi öz üstünlükləri ilə ağıllı ev sistemindən fərqlənir.
Belə ki, bu sistem vasitəsi ilə, yalnız kombi və yaxud hansısa qaz cihazını deyil, evdə istifadə edilən bütün enerji sistemini yalnız internet şəbəkəsinə qoşulmuş smartfon telefonları ilə istənilən məsafədən idarə etmək mümkündür.
Muxalifet4 - 18-01-2020
Medvedev hökumətin istefasından danışdı - "Bu, qeyri-adi deyil..."
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, sabiq Baş Nazir Dmitri Medvedev hökumətin istefaya göndərilməsindən danışıb.
Medvedev “Birinci kanal”a müsahibəsində bildirib ki, hökumətin istefaya göndərilməsi sakit şəkildə qəbul edilməlidir, çünki bir kabinet formalaşdırılarkən onun istefası barədə planları həmişə müzakirə olunur.
Muxalifet4 - 19-01-2020
Bakıda 36 yaşlı kişi müəmmalı şəraitdə ağır xəsarət alıb
Bakıda 36 yaşlı kişi müəmmalı şəraitdə ağır xəsarət alıb.
“Report”un məlumatına görə, hadisə “Nəsimi” rayonunda baş verib.
“28 May” metrostansiyasının yaxınlığında 36 yaşlı Anar Bağırov müəmmalı şəraitdə ağır xəsarət alıb.
O, 1 saylı Kliniki Şəhər Xəstəxanasına çatdırılıb. Yaralıya qarnın kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və o, cərrahi əməliyyat edilib.
Yaxınlarının dediyinə görə, A.Bağırov yıxılıb. Bu zaman onun qarnına dəmir əşya batıb.
Muxalifet3 - 19-01-2020
ABŞ-ın İraq əməliyyatı uğurlu olmasa, İRAN-ın təsiri artacaq / TƏHLİL
Donald Tramp ABŞ-ın dağıdıcı müharibələrinə son qoymaq vədinə baxmayaraq qoşunlarını İraqdan çıxarmadı. ABŞ bölgədən sıxışdırılıb çıxarılmaq ehtimalı ilə üz-üzədir və bu, İran üçün böyük qələbə olardı.
Tehranla güclü bağları olan İraq parlamentinin rəsmiləri, Bağdadda iki iraqlı komandir Qasm Süleymani öldürüldükdən sonra ABŞ-ın ölkədə hərbi varlığına son vermək üçün bir proses başlatdılar.Muxalifet3 - 19-01-2020
Zerkalo Klaranın gəlini TUTULDU
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, tədbir nəticəsində üzərində narkotik vasitə saxladığına görə paytaxt sakini Abdulla Salmanov saxlanılıb.
Muxalifet3 - 19-01-2020
“Qrip üçün olan toz dərmanları qarışdırıb içməyin!” — Xəbərdarlıq
Bütün dünyada qaraciyərin toksiki zədələnməsi üzrə birinci qrup dərmanlar qeyri-steroid iltihabəleyhinə preparatlar hesab olunur.
Bunların arasında parasetamol və nimesil ən təsiredici sayılır
Qış - xəstəliklər fəslidir. Havaların soyuması ilə kəskin respirator virus infeksiyaları və kəskin respirator qrip infeksiyası - yəni yuxarı və aşağı tənəffüs yollarının xəstəlikləri yayılmağa başlayır. Bu xəstəliyə yoluxan şəxslər həkimə müraciət etmədən aptekdən müxtəlif toz dərman vasitələri alaraq onları qarışdırıb içirlər.
Muxalifet3 - 19-01-2020