Axtarış
The search found 105849 results in 0.032 seconds.
Search results
Jurnalistlər canlı yayımda bir-birini təhqir etdi: “Sizin kimi utanmazlar ...” - VİDEO
Məşhur türkiyəli jurnalistlər Nedim Şener və Sevilay Yılman, “Habertürk” kanalında yayımlanan “Eninə Uzuna” proqramının qonağı olublar.
Müzakirələr zamanı qəfildən studiyada qışqırıq səsləri ucalıb.
Belə ki, efirdə qonaq olan jurnalistlər bir-birini təhqir edib.
Muxalifet4 - 19-01-2020
DƏHŞƏT: Tanınmış meyxanaçının bacısı oğlu özünü asdı
Bakıda intihar hadisəsi baş verib.
Muxalifet.az apa-ya istinadən bildirir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
Rayon sakini, 1999-cı il təvəllüdlü Niftəliyev Şamxal Təbriz oğlu yaşadığı evdə özünü asıb.
Qeyd edək ki, özünü asan Şamxal məşhur meyxanaçı Ələkbər Yasamallının bacısı oğludur və hərbi xidmətdən yeni qayıdıb.
Muxalifet4 - 19-01-2020
Makqreqorun 40 saniyəlik qələbəsinin danışılımış olduğu iddia edilir
Amerikalı MMA döyüşçüsü Neyt Dias irland Konor Makqreqorla amerikalı Sirouni arasında baş tutan döyüş ədalətli olmayıb. O, özünün “Twitter” hesabında bu barədə yazıb.
Muxalifet.az xəbər verir ki, 34 yaşlı döyüşçü hesab edir ki, qarşılaşma tamaşaçıların aldadılması olub:
“Bu zibildir – başdan-ayağa yalandır”.
Muxalifet4 - 19-01-2020
Zelenski aviaqəza qurbanlarının vida mərasimində - VİDEO
Ukraynanın Kiyev vilayətində yerləşən “Borispol” Beynəlxalq Hava Limanında ölkənin hərbi-hava qüvvələrinə məxsus “İl-76” təyyarəsi eniş edib.
Demokrat.az-ın “TASS”a istinadən məlumatına görə, hava gəmisinin göyərtəsində İranda aviqəza nəticəsində həlak olan 11 ukraynalının cəsədi var.
Cəsədlərdən doqquzu ekipaj üzvlərinə, digər ikisi isə sərnişinlərə məxsusdur.
Muxalifet4 - 19-01-2020
Rusiya 20 yanvar hadisəsinə görə kompensasiya ödəməlidir? - EKSPERTLƏRDƏN AÇIQLAMA
1990-cı il yanvarın 20-də Sovet rejiminə qarşı müxalif hərəkatların gücləndiyi Azərbaycan paytaxtına əsgəri qüvvə yeridildi.
Mərkəzi hakimiyyət öz addımlarına haqq qazandıraraq bildirirdi ki, Bakıya göndərilən hərbçilər erməni əhalisinə qarşı zorakılığa son qoyacaq, sabitliyi bərpa edəcək.
Lakin artıq bir çox insan bunlara inanmırdı. Onlar əmin idilər ki, bu, öz süqutuna doğru irəliləyən kommunist hakimiyyətini qorumaq cəhdindən başqa bir şey deyil.
Muxalifet4 - 19-01-2020
Bakıda kirayə üsulu ilə satılacaq mənzillərin QİYMƏTLƏRİ
Kirayə üsulu ilə veriləcək evlər tam təmirli və faizsiz olacaq. Mənzillərin sayı 331-dir. Bu mənzillərin 208-i Bakı şəhəri, Nizami rayonu M.Abbasov küçəsində (“Neftçilər” və “Qara Qarayev” metrostansiyaları ətrafında), 40-ı Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində, 58-i Abşeron rayonu, Xırdalan şəhəri 21-ci məhəllədə, 25-i isə Sumqayıt şəhəri Sülh küçəsində yerləşir.
Muxalifet4 - 19-01-2020
Oljas Süleymanov 20 yanvar həqiqətləri haqda yazdı - ŞOK FAKTLAR
Sabah, 20 yanvar tarixində Qazaxıstanın aparıcı nəşrləri ölkənin xalq yazıçısı, məşhur Oljas Süleymenovun 1990-cı ilin qışında Bakıda baş vermiş faciəli hadisələr barədə məqaləsi ilə çıxacaq. Oljas müəllim materialını yayımlamağı eksklüziv olaraq haqqin.az-a da təklif edib.
Muxalifet4 - 19-01-2020
Anasının zorla Bakıya gətirdiyi qız Rusiyaya yola salındı
Anası tərəfindən zorla Bakıya gətirilən 18 yaşlı Sevgiya Sübhani İsmayılova vətəndaşı olduğu Rusiyaya yola salınıb.
“Report” xəbər verir ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə yerləşdirilən gənc qızın əlindən alınan sənədləri Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşlarının araşdırmalarından sonra özünə qaytarılıb.
BŞBPİ-nin əməkdaşları tərəfindən təhlükəsizliyi yüksək səviyyədə təmin edilən S.İsmayılova bu gün Rusiyadan gəlmiş qanuni nümayəndəsi ilə birlikdə Moskva şəhərinə göndərilib.
Muxalifet4 - 19-01-2020
Олжас Сулейменов: «Азербайджанцы обратились ко мне: только вы скажете правду!»
Завтра, 20 января, ведущие издания Казахстана выйдут со статьей народного писателя страны, знаменитого Олжаса Сулейменова о трагических событиях в Баку зимой 1990 года. Олжас муаллим предложил и haqqin.az эксклюзивно опубликовать свой материал.
Muxalifet4 - 19-01-2020
"Azərbaycanlılar yanvarın 19-da Yazovdan Bakıya hücum planını sabahadək təxirə salmağı xahiş etsələr də..." - CƏMİL HƏSƏNLİ 20 YANVAR FACİƏSİ HAQDA
(Qanlı yanvar silsiləsindən dördüncü və beşinci yazı)
Muxalifet4 - 19-01-2020
Elmar Məmmədyarovun biznes ortağı Elxan Azayev kimdir? - NAZİRİN BÖYÜK BİZNES ŞƏBƏKƏSİ AŞKAR OLUNDU / FOTOFAKT
Araşdırmaçı jurnalist Cavanşir Həsənli xarici işlər naziri Elmar Məmmədyarovun biznes şəbəkəsi ilə bağlı növbəti faktları açıqlayıb.
Muxalifet.az jurnalistin Facebook profilində paylaşdığı yazını və sənədləri oxucularına təqdim edir:Muxalifet4 - 19-01-2020
HAMININ EVDƏN GETDİYİNƏ ƏMİN OLDUQDAN SONRA... - Məşhur meyxanaçanın bacısı oğlunun intiharının təfərrüatı
Xəbər verdiyimiz kimi tanınmış meyxanaçı Ələkbər Yasamallının 20 yaşlı bacısı oğlu Şamxal intihar edib.
Muxalifet.az xəbər verir ki, Şamxal itihardan əvvəlki gün dayısı ilə gecə saatlarına kimi söhbət edib.
Söhbət zamanı o, Ələkbərə heç bir şey deməyib.
Şamxal daha sonra hamının evdən getdiyinə əmin olduqdan sonra özünü asaraq intihar edib.
Mərhumun hansı səbəbdən intihara əl ətması bəlli deyil. Hazırda hadisə ilə bağlı istintaq gedir.Muxalifet4 - 19-01-2020
Cəsədlər vətənlərinə gətirildi - İnsanlar diz çöküb göz yaşı tökdülər / FOTOLAR
Tehranda sərnişin təyyarəsinin vurulması nəticəsində həlak olan Ukrayna vətəndaşlarının cəsədləri vətənlərinə gətirilib.
Publika.az xəbər verir ki, cəsədlərin gətirilməsi ilə bağlı rəsmi mərasim təşkil olunub. Mərasimdə prezident Vladimir Zelenski də iştirak edib. Cəsədlər daşınarkən duyğulu anlar yaşanıb. Hava yolları şirkətinin bəzi əməkdaşları diz çökərək göz yaşları töküblər. Hələlik 11 cəsəd gətirilib.
Muxalifet4 - 19-01-2020
Rusiyadan Türkiyə və Yunanıstana çağırış
Afina və Ankara Egey dənizində problemləri dialoq yolu ilə həll etməlidir.
Muxalifet.az rus KİV-nə istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov deyib.
“Bu anlaşılmazlıqlar dialoq, görüşlər yolu ilə həll edilməlidir”, - diplomat bildirib.
Muxalifet.azMuxalifet3 - 20-01-2020
Çində robotlaşdırılmış restoran açıldı
Çində bütün işləri robotlar görən ilk restoran açıldı.
Foodom adlı qeyri-adi iaşə obyekti Quanjou şəhərində yerləşir və Country Garden Holdings Co. Ltd-nin təşəbbüsüdür. Restorana gələn müştəriləri robotlar qarşılayır. Məhz elə onlar sifarişləri qəbul edir və yeməkləri hazırlayır.
Məlumata əsasən, mətbəxdə 32 robot-aşpaz fəaliyyət göstərir.
Xüsusi alqoritlərin sayəsində robotlar lazım olan məhsulları, onların çəkisini və yeməyin hazırlanması üçün tələb olunan zamanı müəyyən edə bilirlər.
Muxalifet.azMuxalifet3 - 20-01-2020
“Arqumenti i Nedeli” 20 yanvar hadisələri və Rusiya KİV-lərinin erməni təbliğatına dəstək verməsi haqda yazdı
Bu gün sovet ordusunun Bakıda törətdiyi qətliamın 30 ili tamam olur.
Muxalifet.az bildirir ki, 20 yanvar hadisələrinin növbəti ildönümü ilə bağlı Rusiyanın “Arqumenti i Nedeli” həftəliyi ermənilərin apardığı təbliğat, guya sovet ordusunun Bakıya “erməni qırğınlarını” dayandırmaq üçün yeridildiyi versiyasını illərdir təliğ etməsi haqda yazıb. Və əlavə edib ki, bəzi Rusiya KİV-ləri də ermənilərin bu təbliğatına dəstək verir.Muxalifet3 - 20-01-2020
Ukraynalı deputat: "Bakıda törədilən qırğın Sovet imperiyasının iç üzünü açdı"
1990-cı ildə Bakıda Sovet imperiyasının əsgərləri tərəfindən öz vətəndaşlarına qarşı törədilən qırğın imperiyanın iç üzünü açdı. Bu, təkcə azərbaycanlılara qarşı yox, bütün ittifaq ölkələrinin xalqlarına qarşı ehtiva olunan mahiyyət idi”.
Bunu “Report”un Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının (parlament) deputatı Mixail Bondar bildirib.
O qeyd edib ki, Sovet qoşunlarının həmin vaxt dinc Bakı sakinlərinə qarşı törətdiyi qırğınlar bütün SSRİ xalqlarını sarsıdıb:
Muxalifet3 - 20-01-2020
Bu gün Dünya İqtisadi Forumu başlayır
Bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun 50-ci iclası işinə başlayır.
“Report” xəbər verir ki, yanvarın 24-dək davam edəcək iclasın başlıca mövzusu maraqlı tərəflərin kapitalizmi (stakeholder capitalism) olacaq.
Muxalifet3 - 20-01-2020
"Qoca"nın qardaşı həbs edildi - FOTO
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, eləcə də qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Muxalifet4 - 20-01-2020
Medvedevin yeni vəzifəsi - PUTİNİN “SAĞ ƏLİ” OLDU
Rusiya Dövlət Duması yanvarın 20-də keçmiş Baş nazir Dmitri Medvedevin tutacağı Təhlükəsizlik Şurasının sədr müavini vəzifəsinin yaradılmasını təsdiqləməlidir. Bəzi ekspertlər bu təyinatı “vəzifənin endirilməsi” kimi qiymətləndirsə də, əslində, Medvedev Putinin təhlükəsizlik sahəsində “sağ əli”, ən vacib orqanlardan birində isə ikinci şəxs olacaq.
Virtualaz.org rus KİV-lərinə istinadən bildirir ki, Medvedin səlahiyyətlərinin çərçivəsi hələlik müəyyən deyil, çünki buna qədər Rusiyada sözügedən vəzifə mövcud olmayıb.
Muxalifet4 - 20-01-2020