Axtarış
The search found 105849 results in 0.041 seconds.
Search results
İstanbulda 3 azərbaycanlı həbs olundu - ƏMƏLİYYAT
Türkiyənin İstanbul şəhərində oğurluqla məşğul olan 3 azərbaycanlı saxlanılıb.
Hadisə Beşiktaşdakı bir ticarət mərkəzinin yeməkxana bölümündə yaşanıb.
Yerli mətbuatın yazdığına görə, oğrulardan biri yemək sifariş verməyə gedən qadının çantasını götürərək aradan çıxıb. Həmin anlar isə kameraya düşüb. Hadisədən xəbər tutan həmin xanım isə polisə məlumat verib.
Muxalifet4 - 24-01-2020
TƏHLÜKƏLİ VİRUSDAN BELƏ QORUNA BİLƏRSİNİZ... - Səhiyyə Nazirliyi vətəndaşlara müraciət etdi
Çində aşkarlanmış yeni koronavirusun artıq bir çox ölkəyə yayıldığı açıqlanıb. Mütəxəssislərin fikrincə, insanlardan bir-birinə keçə biləcək bu virus pnevmoniyanın bir növüdür və ölkələrin əksəriyyəti bu xəstəliyin yayılması ilə bağlı mübarizəyə başlayıb.
Muxalifet.az xəbər verir ki, Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyevin "Turan" agentliyinə verdiyi məlumatına görə, ölkədə koronavirusa yoluxma halı aşkarlanmayıb. Onun sözlərinə görə, bu virus Azərbaycan ərazisində yoxdur.
Muxalifet4 - 24-01-2020
Bakıda sürücülər cərimədən yayınmağın yeni üsulunu tapdılar - MARAQLI GÖRÜNTÜLƏR
Paytaxtda Bakı Nəqliyyat Agentliyinin cəriməsindən yayınmaq istəyən bəzi sürücülər maraqlı üsula əl atıblar.
Yenisabah.az xəbər verir ki, avtomobili yol kənarında park edən sürücülər qeydiyyat nişanını gizlətmək üçün baqajlarını açıq qoyurlar.
Muxalifet4 - 24-01-2020
Mingəçevirdəki silahlı insidentlə bağlı RƏSMİ AÇIQLAMA - Saxlanılanlar var
Xəbər verildiyi kimi, yanvarın 20-də Mingəçevir şəhər sakini Ziyad Mirzəyevin odlu silahdan açılmış atəş nəticəsində xəsarət alaraq xəstəxanaya daxil olması faktı ilə bağlı Mingəçevir şəhər prokurorluğunda cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin olunmuş, eləcə də iş üzrə digər zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Muxalifet4 - 24-01-2020
9-cu mərtəbədən yıxıldı, ayağa durub getdi - VİDEO
Rusiyada yaşayış binasının 9-cu mərtəbəsindən yıxılan qadın bir neçə saniyə sonra ayağa qalxaraq yoluna davam edib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, yerdəki qar yığını və üst qış geyimi qadını xilas edib.
Buna baxmayaraq, yerə düşmə sərt olub. Yerə düşən qadın ayağa qalxaraq qonşularından “təcili yardım”ı çağırmasını istəyib.
Məlumata görə, xəstəxanaya yerləşdirilən qadının həyatına heç bir təhlükə yoxdur.
Muxalifet4 - 24-01-2020
Koronavirus xəstəsinin daşınma görüntüləri yayılıb - VİDEO
Koronavirus xəstəsinin daşınma görüntüləri yayılıb.
Muxalifet.az “Sputnik”ə istinadən xəbər verir ki, hadisə Çinin Hoyçjou şəhərində baş verib.
Videodan bu virusa yoluxan xəstənin xüsusi plastik boruda daşındığı məlum olur. Qoruyucu geyimdə olan tibb işçiləri koronavirusa yoluxmuş xəstəni xüsusi boruda “təcili yardım” maşınına yerləşdirirlər.
Xatırladaq ki, Çinin Vuhan şəhərində ortaya çıxan koronavirusa yoluxanların sayı 830-u ötüb, ölənlərin sayı isə 26-ya çatıb.
Muxalifet4 - 24-01-2020
Bakı polisi uşaq oğurladığı iddia olunan qadını tapdı - FOTO / RƏSMİ
"Sabunçu rayonunda yerləşən məktəblərin birində uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır, təsdiqini tapmayıb”.
Muxalifet.az xəbər verir ki, bu barədə "Report"a Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Muxalifet4 - 24-01-2020
Çinə gedənlərin nəzərinə: Bu ölkənin 10 şəhərinə giriş qadağandı - DƏHŞƏTLİ VİRUS TƏHLÜKƏSİ
Çində 10 şəhərə giriş rəsmən qadağan olunub.
Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, səbəb bu şəhərlərdə koronavirusun tüğyan etməsidir.
Məlumata görə, Uxan, Eçjou, Çibi, Çjiszyan, Xuanşi, Syantao, Enşi, Tzyantzyan və daha iki şəhərə giriş rəsmən qadağan olunub. Bu şəhərlərdə kafe və restoranlar, kinoteatrlar, bağlanıb. İctimai nəqliyyat işləmir. Yalnız ərzaq mağazaları günün müəyyən saatlarında fəaliyyət göstərir.
Muxalifet4 - 24-01-2020
Azərbaycanın gömrük-sərhəd məntəqələri gücləndirilmiş rejimə keçdi - KORONAVİRUS TƏHLÜKƏSİ
Dünya yeni təhlükəli virusla üz-üzə qalıb. Artıq Çində koronavirus infeksiyalarına yoluxanların sayı 830-nı, bu virus nəticəsində ölənlərin sayı isə 26-i ötüb.
Koronavirusun qeydə alındığı Çinin Hubei əyalətində giriş-çıxışın məhdudlaşdırıldığı şəhərlərin sayı 9-a çatıb. Uhan şəhərindən sonra Eçjou, Xuanqan, Syantao, Çjiçzyan, Çyançzyan, Xuanşi, Enşi və Syannin şəhərlərinə də giriş-çıxış bağlanıb.
Muxalifet4 - 24-01-2020
“Suriyada yol verilən səhvlər Liviyada təkrarlanmamalıdır” - ƏRDOĞAN
“Almaniya ilə birlikdə Liviya münaqişəsinin həllinə çalışırıq. Beynəlxalq aləm Suriyada yol verdiyi səhvi Liviyada təkrarlamamalıdır”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
Türkiyə Prezidenti ölkəsində səfərdə olan Almaniya kansleri Angela Merkellə birlikdə Türk-Alman Universitetinin kampusunun açılış mərasimində iştirak edib.
Muxalifet4 - 24-01-2020
ŞOK: "Azərbaycanda koronavirusa yoluxma riski var" - RƏSMİ AÇIQLAMA
“Çindən Azərbaycana gələnlər mütləq hava limanında koronavirusla bağlı yoxlamadan keçirilməlidirlər”.
Muxalifet.az xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.
Onun sözlərinə görə, Çinə gedən Azərbaycan vətəndaşları da ehtiyatlı olmalı, özlərini qorumalıdırlar: “Azərbaycanda koronavirusa yoluxma riski var. Çünki Azərbaycanla Çin arasında sıx gediş-gəliş mövcuddur. Çindən ölkəmizə gələnləri mütləq yoxlamaq lazımdır”.
Muxalifet4 - 24-01-2020
Qasim Süleymani sui-qəsdinin yeni detalları üzə çıxdı: O, Əbu Mehdi Mühəndisin güdazına gedib?
Yanvarın 3-də Bağdad Beynəlxalq hava limanında ABŞ tərəfindən öldürülən Qasim Süleymani və Əbu Mehdi Mühəndis sui-qəsdinin yeni detalı ortaya çıxıb.
Ovqat.com-un əldə etdiyi məlumata görə, Həşdi Şabi qruplaşmasının İrana yaxınlığı ilə seçilən əsas lideri Əbu Mehdi Mühəndis ABŞ-ın qara siyahısına düşübmüş.
Muxalifet4 - 24-01-2020
Çindən dünyaya yayılan virusun səbəbi ortaya çıxdı: dəhşətli detallar - FOTO
Çinin Vuhan şəhərində yayılan və 30-a yaxın insanın ölümünə səbəb olan koronavirusun ortaya çıxması ilə bağlı versiyalar analiz edilib.
Yeni tip koronavirus Kəskin Tənəffüs Yolu Sindromu (SARS-CoV) və Yaxın Şərq Tənəffüs Çatışmazlığı Sindromu (MERS-CoV) ilə eyni mənbədən gəlir. Bu iki sindromda da virusun qaynağı yarasadır. Lakin onun insana keçməsi üçün "vasitəçi" heyvan lazımdır.
Muxalifet4 - 24-01-2020
Kutoyan niyə depressiyaya düşərək, sağa sola atəş edirdi? - YENİ DETALLAR
Yanvarın 17-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Georgi Kutoyanın meyiti mənzilində tapıldı. Hadisədən 4 gün keçib və bir çox sual hələ cavablandırılmayıb. Maraqlısı budur ki, bu, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra keçmiş yüksək vəzifəli məmurun bilinməyən şəraitdə ikinci ölüm hadisəsidir.Muxalifet4 - 24-01-2020
"Feysbuk çalışacaq ki, Tramp yenidən prezident seçilsin" - CORC SOROS
Feysbuk ABŞ Prezidenti Donald Trampa 2020-ci ildə yenidən seçilməyə kömək edəcək.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu Davos Forumunda çıxışı zamanı amerikalı milyarder Corc Soros deyib.
“Düşünürəm ki, Tramp və Feysbuk qarşılıqlı yardım əməliyyatının razılaşdırılması barədə müqavilə üzərində çalışır. Feysbuk çalışacaq ki, Tramp yenidən seçilsin, Tramp isə Feysbuku müdafiə edəcək”, – deyə o bildirib.
Muxalifet4 - 24-01-2020
Türkiyə hava limanında ölümcül virus həyəcanı
Çində yayılan ölümcül koronavirus səbəbindən Türkiyə Səhiyyə Nazirliyi İstanbul
Muxalifet3 - 24-01-2020
ÜST xəbərdarlıq etdi: Ölümcül virus digər ölkələrə də yayıla bilər
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Beynəlxalq Tibbi Sanitariya Qaydaları (2005) üzrə Fövqəladə Hallar Komitəsinin yeni koronavirus (2019-nCov) alovlanması ilə bağlı bəyanat yayıb.
Bu barədə Müxalifet.Az-a Ümumdünya Səhiyyə Təşkilatından məlumat verilib.
Məlumata görə, ÜST-nin Baş direktoru Çin Xalq Respublikasında meydana çıxan, Koreya Respublikası, Yaponiya, Tayland və Sinqapura yayılan yeni koronavirus alovlanması ilə bağlı Beynəlxalq Tibbi Sanitariya Qaydaları (2005) üzrə Fövqəladə Hallar Komitəsini çağırıb.
Muxalifet3 - 24-01-2020
Şəhərsalmada baş verən pozuntu halları
Azərbaycanda ötən il 2 minə yaxın tikinti obyekti üzrə şəhərsalma qanunvericiliyinin pozulması halı qeydə alınıb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ötən il səyyar və kameral qaydada 15 şəhər və rayonda ümumilikdə 1866 tikinti obyekti üzrə şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmada nöqsanlar qeydə alıb, onların aradan qaldırılması məqsədilə aidiyyəti yerli icra hakimiyyəti orqanlarına icrası məcburi olan göstərişlər ünvanlayıb.Muxalifet3 - 24-01-2020
Sorosun 1 milyardlıq ŞOK PLANI: dünya qarışacaq, Tramp 10 aydan sonra devriləcək və...
Dünyada “inqilabların atası” olaraq tanınan amerikalı milyarder Corc Soros Davosda çıxışı zamanı yeni inqilabların anonsunu verib.
Soros bəşəriyyətin seçim nöqtəsində olduğunu, baş verənlərin ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpinin, eyni zamanda, bütün dünyanın taleyini həll edəcəyini bildirib.
Muxalifet4 - 24-01-2020
Türkiyədə 3 şiddətli zəlzələ: 225 yaralı, ölü sayı artır... - Video
Türkiyənin Elazığ vilayətinin Sivricə ilçəsində yerli vaxtla 20:55-də 6,8 bal gücündə zəlzələ baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə Qəndilli rəsədxanası məlumat yayıb.
Zəlzələ Türkiyənin bir çox şəhərlərində və İraqın şimalında da hiss edilib.
Yeraltı təkanlar əhali arasında panikaya səbəb olub.
Zəlzələ zamanı Malatyanın Doğanyol ərazisində 1 nəfər həyatını itirib.
Bu barədə Türkiyə Daxili İşlər naziri Süleyman Soylu NTV-də çıxışı zamanı deyib.Muxalifet3 - 25-01-2020