"Bir daha Həftər ilə masa arxasında oturmayacağıq" - Liviyanın baş naziri Fəyaz Sərrac

Baxış sayı:
2473

Liviyanın BMT tərəfindən tanınmış qanuni Milli Barışıq Hökumətinin başçısı Fəyaz Sərrac 19 yanvar tarixində Berlində keçirilmiş konfransdan bəhs edərkən deyib: “Atəşkəs qərarına hörmətlə yanaşırıq, ona riayət eləmək istəyirik. Lakin Həftər ilə bir daha masa arxasına keçməyəcəyik”.

Sərrac qiyamçı Həftərin yolunu kəsdiyi neft limanlarının bağlı qalmağa davam edəcəyi təqdirdə Liviyanın xaotik bir vəziyyətlə qarşılaşacağını deyib. Həftərə bu mövzuda təzyiq göstərilmədiyini ifadə edib.

Xəbər verdiyimiz kimi, Həftərin 12 ölkənin nümayəndəsinin iştirak elədiyi Berlin konfransını yarımçıq tərk elədiyi iddia edilir.

Xəlifə Həftər Rusiya ilə Türkiyənin vasitəçiliyi ilə keçirilən, Fəyaz Sərracın da iştirak elədiyi Moskva danışıqlarında da əvvəlcə əldə edilmiş razılaşmanın şərtlərini qəbul etmiş, sonda isə atəşkəs sənədini imzalamaqdan imtina eləmişdi.

Həmçinin, Liviyada atəşkəs əldə edilməsi ilə bağlı keçirilən Berlin konfarnsının ertəsi günü, 20 yanvar tarixində Liviyada qiyamçı generel Xəlifə Həftərin başçılıq elədiyi ordu atəşkəsi pozaraq, Tripolinin cənubundakı Səlahəddin rayonunu mina atəşinə tutmuşdu./Hurriyyet.org