Axtarış

The search found 105849 results in 0.129 seconds.

Search results

  1. SON DƏQİQƏ: Türkiyədə 4-cü ŞİDDƏTLİ ZƏLZƏLƏ baş verdi

    Manisa şəhərində daha bir zəlzələ meydana gəlib.Müxalifet.az xəbər verir ki, yerli vaxtla saat 11:34-də 3,9 bal gücündə yerlatı təkanlar qeydə alınıb.
     
    Gecə saatlarında baş verən 5,4 bal gücündəki zəlzələdən sonra saat 09:25-ə qədər 212 avterşok olub.
     

    Sarsıntılar Aydın, İzmir, Denizli, Çanakkale, Balıkesir, Eskişehir, Kütahya, Bursa, Yalova, İstanbul və Tekirdağın Marmara Dənizi sahilindəki qəsəbələrində hiss olunub.

    00:09
    Manisa valiliyindən baş verən yeraltı təkanlar barədə açıqlama verilib.

    Muxalifet3 - 23-01-2020

  2. Zelenski nömrəsini Hindistanın ən varlı milyarderinə verdi

    Ukrayna prezidenti Vladimir Zelenski “Arselor Mittal” şirkətinin sahibi, hindli iş adamı, milyarder Lakşmi Mittalın telefonuna şəxsi nömrəsini yazıb.

    Virtualaz.org bildirir ki, "Naftogaz"ın sözçüsü Alena Osmolovskaya yanvarın 22-də baş tutan görüşün fotolarını öz "Facebook" səhifəsində paylaşıb.

    "Vladimir Zelenskinin Lakşmi Mittal ilə necə səmimi ünsiyyət qurduğunu və şəxsi nömrəsini digər investorların gözü qarşısında onun telefonuna yazmasını görmək Davosdakı Ukrayna Evində olmağa dəyər", - Osmolovskaya yazıb.

    Muxalifet4 - 23-01-2020

  3. Azərbaycanda ŞOK OLAY - Sabiq məmur narkotiklə tutuldu

    Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin satışında və dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

    Muxalifet4 - 23-01-2020

  4. Əli Həsənovun “WikiLeaks” yazışmaları üzə çıxdı - Sabiq köməkçi Prezidentin siyasətinə qarşı çıxıb?/ FOTOLAR

    Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovun “WikiLeaks” yazışmaları üzə çıxıb. 

    Demokrat.az-ın əldə etdiyi məlumata görə, Əli Həsənov hələ Prezident Administrasiyasının ictimi-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsində çalışdığı zaman bəzən dövlətin siyasi dəsti-xəttinə zidd olan addımlar atıb. 

    ABŞ Dövlət Departamentinin daxili yazışmalarından aydın olur ki,  2008-ci il may ayının 15-də ABŞ səfiri xanım Ann Dersi Dövlət Departamentinə göndərdiyi məktubda Əli Həsənov ilə görüşündən və görüşdə müzakirə edilən məsələlər haqda yazır. 

    Muxalifet4 - 23-01-2020

  5. “Şiə düşüncəsinin İslam, Əhli-Beyt, Hz. Əli, ya da başqa birisi ilə əlaqəsi yoxdur" - “Hizbullah”ın keçmiş liderindən SENSASİON AÇIQLAMALAR

    Son zamanlar İranın Yaxın Şərqlə bağlı geostrateji layihəsi olan “Şiə hilalı” coğrafiyasında gərginliyin xeyli yüksəldiyi nəzərdən qaçmır. Xüsusilə Qasım Süleymani sui-qəsdindən sonra Yəməndən tutmuş Livana qədər “Şiə hilalı” xətti boyunca etiraz dalğalarının böyük vüsət aldığını müşahidə edirik. Xüsusilə Livanda baş verən son proseslər növbəti atəş ocağının İsrailin tam burnunun qabağında ortaya çıxacağından xəbər verir.

    Muxalifet4 - 23-01-2020

  6. Putin blokadada ölən qardaşı barədə danışdı

    Rusiya Prezidenti Vladimir Putin İsraildə blokadaya alınmış Leninqrad sakinləri və müdafiəçilərinin xatirəsinə həsr olunmuş abidənin açılışında çıxışı zamanı faciənin onun ailəsinə də toxunduğunu açıqlayıb.

    Bu barədə “RİA Novosti” informasiya yayıb.

    “Atam cəbhədə doğma şəhərini müdafiə edirdi, anam isə 42-ci ilin qışında ölən və minlərlə, yüz minlərlə şəhər sakinlərinin arasında Sankt-Peterburqdakı Piskarevski Memorial Məzarlığında dəfn edilən körpəsi ilə blokadadakı şəhərdə idi”, - Putin söyləyib.

    Muxalifet4 - 23-01-2020

  7. "Polad Bülbüloğlu ya tarixi yaxşı oxumayıb, ya da..." - QABİL HÜSEYNLİ SƏFİRİ "YIXIB-SÜRÜDÜ"

    Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım mərasimi keçirilib. Tədbirdə çıxış edən səfir Polad Bülbüloğlu mərasim iştirakçılarına -  səfirlərə, Dövlət Dumasının deputatlarına, Rusiyanın tanınmış adamlarına təşəkkürünü bildirib və deyib ki, “Azərbaycan heç bir halda bu cinayəti müasir demokratik Rusiya ilə əlaqələndirmir. Bu, Sovetlər İttifaqında baş verib, bu qərar Sovetlər İttifaqının rəhbərliyi, Qorbaçov tərəfindən qəbul olunub. Bu cinayət heç vaxt unudulmayacaq”.

    Muxalifet4 - 23-01-2020

  8. “Deputat olduğuma peşman oldum” - Namizədliyini geri götürən Hacı Salayev DANIŞDI

    44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizəd Hacı Salayev namizədliyini geri götürüb.

    Muxalifet.az bildirir ki, Hacı Salayev modern.az-a açıqlamasında xəbəri təsdiqləyib.

    Namizədliyini geri götürmüş Hacı Salayev bəzi məqamlara aydınlıq gətirib:

    Muxalifet4 - 23-01-2020

  9. Bakıda sürücü "Gelandewagen"lə əks yola çıxıb avtoxuliqanlıq etdi - VİDEO

    Sosial şəbəkələrdə sürücünün kobud qayda pozuntusu kameraya çəkilib.

    “Tik-Tok”da paylaşılan videodan göründüyü kimi, sürücü əks yola çıxaraq qəza şəraiti yaradır.

    Bakıda çəkilən bu görüntülər sosial şəbəkələrdə marağa səbəb olub. “Şükürov004” adlı istifadəçi öz “Tik-Tok” hesabında çox sayda belə videolar paylaşıb.

    Rusiya Federasiyasında qeydiyyata alınan “E100YE” (10) dövlət nömrə nişanlı “Gelandewagen”lə qayda pozan sürücü bir anda diqqət mərkəzinə düşüb.

    Muxalifet4 - 23-01-2020

  10. Namizədliyini geri götürən Mais Səfərli: “Özünü buraxmış yaşlı deputatlar da geri çəkilsinlər”

    “Namizədliyimi geri götürməyimin əsas səbəbi gənclərə üstünlük verilməsi, onlara yol açılması prosesinə töhfə göstərməkdir”.

    Bunu Modern.az-a açıqlamasında 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən namizədliyini geri götürən Milli Məclisin keçmiş deputatı, Yurddaş Partiyasının sədri Mayıs Səfərli deyib. O, Milli Məclisdə daha çox gənclərin təmsil olunmasına üstünlük verdiyini vurğulayıb:

    Muxalifet4 - 23-01-2020

  11. PREZİDENT YENİ İSLAHATLARIN ANONSUNU VERDİ - "İslahatlar davam edəcək və..."

    Prezident İlham Əliyev Azərbaycanda islahatların davam edəcəyini deyib. 

    Muxalifet4 - 23-01-2020

  12. Nərmini öldürməkdə ittiham olunan İlkin Süleymanov AZADLIĞA BURAXILIB? — QARDAŞINDAN AÇIQLAMA

    10 yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham olunan İlkin Süleymanovun həbsdən azad edilməsilə bağlı sosial şəbəkələrdə informasiya yayılıb.

    Muxalifet4 - 23-01-2020

  13. Baş infeksionistdən DƏHŞƏTLİ XƏBƏRDARLIQ - Dünyanı lərzəyə gətirən virus Azərbaycanda da yayıla bilər

    Ötən ilin 31 dekabrında Çinin Vuhan şəhərində sirli virus ortaya çıxdı. 9 yanvarda Çin hökuməti mediaya açıqlama verərək bunun yeni koronavirus olduğunu bildirdi. Kod adı 2019-nCoV olan virus ölkənin 25 əyalətində yayılıb və 17 nəfərin ölümünə səbəb olub.

    Muxalifet4 - 23-01-2020

  14. "Parlament seçkiləri də saxtalaşdırılsa, ölkədə inqilab qaçılmaz olacaq” – ADP SƏDRİ

    "Əgər hadisələr belə gedəcəksə, o zaman Milli Məclisin yeni tərkibində real müxalifət təmsil olunmayacaq"
     
    Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, 15 saylı Yasamal I seçki dairəsindən millət vəkilliyinə namizəd Sərdar Cəlaloğlu ilə müsahibəmizdə rəhbərlik etdiyi siyasi təşkilatın növbədənkənar parlament seçkilərinə hazırlıq səviyyəsi, təbliğat-təşviqat kampaniyasının gedişi, parlamentin köhnə heyətinin yenidən seçkilərə qatılması və digər mühüm mövzularla bağlı söhbətləşdik.

    Muxalifet4 - 23-01-2020

  15. Gəncədə körpəsi əlindən alınan ana intihara cəhd etdi

    Gəncədə gənc ana intihara cəhd edib. 

    Muxalifet.az xəbər verir ki, şəhər sakini, 21 yaşlı Ə. A dərman zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. 

    Ona tibbi yardım göstərilib, vəziyyəti kafi qiymətləndirilir. Məlumata görə, ailə münaqişəsi zəminində 3 aylıq körpəsi qaynanası tərəfindən alındığı üçün Ə. A çoxlu dərman həbləri qəbul edərək intihara cəhd edib.  /qafqazinfo

    Muxalifet4 - 23-01-2020

  16. Bakıda polis əməliyyat keçirdi - SAXLANILANLAR VAR

    Bakı şəhər sakinlərindən külli miqdarda narkotik vasitə götürülüb.
    Demokrat.az-ın xəbərinə görə, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, 1993-cü il təvəllüdlü Nurlan Qurbanov saxlanılıb.
    Onun üzərinə baxış keçirilən zaman 1,145 qram heroin aşkar olunaraq götürülüb.

    Muxalifet3 - 24-01-2020

  17. Nərminin qətlində təqsirləndirilən şəxs barədə qərar verildi

    Sabunçu rayon Məhkəməsində Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən Süleymanov İlkin İbrahim oğlunun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.
    Müxalifet.az APA-ya istinadən xəbər verir ki, Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Apelyasiya Məhkəməsinin hakimləri tərəfindən baxılan prosesdə qərar elan olunub.
    Qərara əsasən, vəsatət təmin edilməyib və onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

    Muxalifet3 - 24-01-2020

  18. Kataloniya rəhbərini deputat mandatından məhrum etmək istəyirlər - PARLAMENTƏ 48 SAAT VAXT VERİLDİ

    Barselona vilayətinin seçki komissiyası Kataloniya parlamentinə Kataloniyanın rəhbəri Kim Torranın deputatlıq mandatını ləğv etməsi üçün 48 saat vaxt verib.

    Yerli KİV-lər xəbər verir ki, bundan öncə İspaniya Mərkəzi Seçki Komissiyası oxşar tələblə Kataloniya parlamentinin spikeri Roje Torrenə müraciət edib.

    Mətbuat hələlik Torranın deputat mandatından məhrum olacağı təqdirdə Kataloniya rəhbərliyindən də uzaqlaşdırılıb-uzaqlaşdırılmayacağı haqqında heç bir informasiyanın olmadığını bildirib.

    Muxalifet4 - 24-01-2020

  19. QORXUNC MƏNZƏRƏ: Çində yayılan virus insanları küçənin ortasında öldürür... / FOTOLAR

    Çinin Vuhan şəhərindən dünyaya yayılmağa başlayan və 2029-nCOV kod adı verilən koronovirusla bağlı vəziyyət getdikcə dramatik xarakter alır.

    Xarici KİV-lərxəbər verir ki, həmin şəhərdə virusdan ölənlərin sayı onlarla ölçülür. Çin mediası ölənlərdə yarısından çoxunun yaşının 80-dən çox olduğunu bildirir.

    Muxalifet4 - 24-01-2020

  20. Şəfiqə Məmmədova uşaq bağçası açdı, uğursuz biznes onu həbsə apardı

    Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan 62 yaşlı Şəfiqə Məmmədovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
    Virtualaz.org-un xəbərinə görə, Şəfiqə Məmmədovanın barəsində seçilmiş başqa yerə getməmək iltizam tədbiri dəyişdirlilb və məhkəmə zalından həbs olunub.

    Muxalifet3 - 24-01-2020

Pages