Axtarış

The search found 105849 results in 0.028 seconds.

Search results

  1. Sizin haqqınızın layiqli vəkili olacam! - DAŞQIN NURİYEVƏ SƏS VERƏK! (R)

    Azərbaycan Demokrat Partiyasının (ADP) 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Nuriyev Daşqın Ağarza oğlunun seçki platroması:

    Muxalifet4 - 21-01-2020

  2. NATO Gürcüstanda hərbi kontingent yerləşdirmək istəyir

    NATO bu il Gürcüstanda hərbi kontingent yerləşdirmək niyyətindədir.

    AzərTAc xəbər verir ki, hərbi qüvvələrin 2020-ci ildə həyata keçiriləcək “Avropanın müdafiəçisi – 2020” təlim layihəsi çərçivəsində Gürcüstana gətiriləcəyi gözlənilir.

    Məlumata görə, layihə çərçivəsində NATO Gürcüstandan əlavə Baltikyanı ölkələrə, Almaniya və Polşaya da hərbi qüvvələr yerləşdirəcək.

    Qeyd edilir ki, təlimlər NATO-nun hərbi gücünün yoxlanılması məqsədi daşıyır.

    Muxalifet4 - 21-01-2020

  3. RUS ORDUSUNDAN DƏHŞƏTLİ HÜCUM - 26 ölü, çox sayda yaralı var

    Rusiya qırıcılarının Suriyanın İdlib şəhərində təşkil etdiyi hava hücumu nəticəsində azı 26 dinc insan həyatını itirib. Çox sayda yaralı var.

    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə yerli müxalif mənbələr məlumat yayıb. Bildirilir ki, Rusiya hava qüvvələri səhər saatlarından başlayaraq hücumları intensivləşdirib. Hazırda ərazidə partlayış səsləri eşidilir.

    Muxalifet4 - 21-01-2020

  4. "СƏFƏR CƏFƏROV RƏHBƏRLİK ETDİYİ UNİVERSİTETDƏ "SOYQIRIM" HƏYATA KEÇİRİB..." - Tanınmış baş redaktor ADPU-nun rektorunu "yıxıb-sürüdü" / VİDEO

    "Xural" qəzetinin və Xural TV-nin baş redaktoru, tanınmış jurnalist Əvəz Zeynallı uzun zamandır Muxalifet.az saytının çoxsaylı yazılar həsr etdiyi problemi bir daha gündəmə gətirib. 

    Belə ki, tanınmış jurnalist Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərovun qanunsuz əməlləri, peşəkar işçiləri özünün savadsız qohumları ilə əvəzləməsi və s. digər biabırçı olaylarla bağlı rəhbərlik etdiyi televiziyada geniş veriliş hazırlayıb.

    Muxalifet4 - 21-01-2020

  5. Putin yeni hökumətin tərkibini təsdiq etdi

    Rusiya prezidenti Vladimir Putin Baş nazir Mixail Mişustinin təqdim etdiyi hökumətin tərkibini təsdiq edib.

    "Ria novosti" agentliyi xəbər verir ki, Mixail Mişustinin doqquz müavini olacaq. Əvvəlki hökumətdə isə bu say 10 idi. Yeni hökumətdə Xarici İşlər naziri Sergey Lavrov, Müdafiə naziri Sergey Şoyqu, Enerji naziri Aleksandr Novak, Daxili İşlər naziri Vladimir Kolokoltsev postlarını qoruyub.

    Putin yeni hökumətlə təşkil edilən ilk toplantıda nazirlərə tapşırıqlar verərək, uğurlar arzulayıb./Publika.az

    Muxalifet4 - 21-01-2020

  6. TANINMIŞ KRİMİNAL AVTORİTET SAXLANILDI - Üzərindən və evindən silah çıxdı... / FOTOLAR

    Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş "Osman Gəncinski" kimi tanınan 28 yaşlı Osman Mərdənov saxlanılaraq Polis İdarəsinə gətirilib.

    Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat daxil olub. 

    Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd üzərində "Makarov” sözü yazılan, qaz tapançası aşkar olunaraq götürülüb.

    Muxalifet4 - 21-01-2020

  7. MSK Gülər Əhmədovaya "yox" dedi - 161 İMZASI SAXTADIR...

    Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 16 saylı Yasamal ikinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Əhmədova Gülər Mikayıl qızının müraciətinə baxılıb.

    "Report" xəbər verir ki, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

    O deyib ki, G.Əhmədova pozulmuş hüquqlarının bərpası üçün MSK-ya müraciət edib: 

    “G.Əhmədova iddia edir ki, imzalar yoxlanılarkən onun prosesdə iştirakı təmin edilməyib. Dairə seçki komissiyası namizədin təqdim etdiyi imzaların 161-ni etibarsız hesab edib”. 

    Muxalifet4 - 21-01-2020

  8. İlham Əliyev Vahid Ələkbərovla görüşdü - FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.

    Muxalifet4 - 22-01-2020

  9. “Ziya Məmmədovun yaxın qohumuna qul kimi fəhləlilik etmişik...” - "4 mərtəbəli evinin tikintisində 8 ay çalışdıq, amma..."

    23 fəhlənin zəhmət haqqını ödəməyən villa sahibi nazirin adından istifadə edib?
     
    Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu kimi tanınan Zamin Məmmədov adlı şəxsin evində fəhlə və usta kimi çalışdıqlarını bildirən Ramil Ataşov və Eldəniz Abbasovun adından redaksiyamıza daxil olan şikayət məktubunda qeyd edilir ki, adıçəkilən şəxs onların halal zəhmət haqqını ödəmək istəmir.
     

    Muxalifet4 - 22-01-2020

  10. ÖZÜNÜ, YOXSA VARİSİ QORUMAQ? – Putin öz rejiminin tarixin yanlış tərəfində olduğunu bilir - TƏHLİL

    Vladimir Putin, görünür, prezidentlik möhlətinin bitməsindən sonra da Rusiyanın lideri qalmaq istəyir və bu, heç kimi təəccübləndirməməlidir. Bu həftənin əvvəlindəki illik müraciətində, o, böyük Konstitusiya dəyişikliyini nəzərdə tutaraq, Rusiyanın siyasi qurumlarının əsaslı təmiri üçün yol xəritəsini açıqlayıb. Baş nazir Dmitri Medvedevin rəhbərlik etdiyi bütün kabinə dərhal istefa verib.

    Muxalifet4 - 22-01-2020

  11. Səudiyyə şahzadəsi dünyanın ən varlı adamının intim görüntülərini ələ keçirib yaydı - Məhəmməd bin Salman Ceff Bezosa virus göndərib...

    Dünyanın ən varlı adamı, “Amazon” şirkətinin sahibi olan Ceff Bezosun boşanmasına və keçmiş arvadına rekord həcmdə -33 milyard dollar təzminat ödəməsinə səbəb olan qalmaqalın səbəbkarı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, ölkənin faktiki hökmdarı Məhəmməd bin Salmandır.

    Muxalifet4 - 22-01-2020

  12. Davosda rusiyalı casuslar saxlanıldı - İSVEÇRƏ MƏTBUATI

    Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda casus olduğu güman edilən 2 Rusiya vətəndaşı saxlanılıb.

    Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu İsveçrənin gündəlik “Tages-Anzeiger” qəzeti yazıb. 

    Muxalifet4 - 22-01-2020

  13. “Aİ ilə yeni sazişin 90 faiz hissəsi razılaşdırılıb” - Azərbaycan Prezidentinin köməkçisi

    “Avropa İttifaqı (Aİ) ilə münasibətlər Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir”.

    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev euractiv.com saytına müsahibəsində deyib.

    O bildirib ki, Azərbaycanla Avropa İttifaqı müxtəlif sahələrdə əməkdaşlıq edirlər.

    Muxalifet4 - 22-01-2020

  14. 10 milyon manatlıq sistem niyə çökdü? - “Ciddi məsuliyytətsizlik ediblər”

    Bu gün səhərdən İpoteka və Kredit Zəmanət Fondunun elektron ipoteka sistemində problemlər yaranıb. Məlum olduğu kimi Fond bu gün saat 10-dan kirayə evlər üçün elektron formada müraciətləri qəbul etməliydi. Əldə etdiyim məlumata görə müraciətlərin sayı çox olduğundan İpoteka və Kredit Zəmanət Fondunun serveri yüklənməyə tab gətirməyib və çöküb. Hazırda eGov portalından e-ipoteka sisteminə ASAN imza ilə daxil olmaq mümkün deyil”.

    Bunu tanınmış ekspert, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib. O. Gündüz sözlərinə belə davam edib:

    Muxalifet4 - 22-01-2020

  15. Podratçı Səlim iki azərbaycanlı fəhlənin pulunu vermədi, üstəlik onları cəzalandırmaq üçün ağlasığmaz plan qurdu

    Türkiyədə inşaat şirkətinin rəhbəri Səlim Ö. ondan əmək haqlarını tələb edən və ala bilməyən azərbaycanlı işçilərini cəzalandırmaq üçün onlara tələ qurub, lakin  özü polis tərəfindən saxlanılıb.

    Muxalifet4 - 22-01-2020

  16. Hüquq müdafiəçiləri Əfv Komissiyasına kimlərin adını təqdim edəcəklər? - Siyahıda 19 nəfərin adı var

    “Əfv Məsələləri Komissiyası, eləcə də İşçi Qrupuna daxil olan qeyri-hökumət təşkilatları, hüquq müdafiəçiləri də öz növbəsində işlərini davam etdirirlər. Bizə daxil olan məlumatlar əsasında məhkumların ailə üzvlərilə görüşürük. Bunun əsasında biz də müraciət hazırlayırıq. Həmin müraciətlər Komissiyaya təqdim edilib, amma vaxt yaxınlaşdıqca, siyahı yenilənəcək. Biz son siyahını komissiyaya təqdim edəcəyik”.

    Muxalifet.az xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı bildirib.

    Muxalifet4 - 22-01-2020

  17. SON DƏQİQƏ: Liviya Milli Ordusu Tripolini vurdu

    Haftarın ordusu Tripolinin Mitiqa aeroportuna raket zərbəsi endirib.
    Muxalifet.az “CNN Türk”ə istinadən xəbər verir ki, Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu Liviyanın paytaxtı Tripolinin aeroportuna qrad raketi ilə 6 zərbə endirib.
    Bu barədə məlumatı Liviya Milli Saziş Höküməti yayıb.

    Muxalifet3 - 22-01-2020

  18. İranı silkələyən qətl: Daha bir komandir öldürüld

    İran Bəsic qüvvələrinin Şadeqan rayonunun komandiri Əbdülhüseyn Məcdəmi qətlə yetirilib.
    Muxalifet.az
    bildirir ki, bu məlumatı Gənc Jurnalistlər Klubu yayıb. Onun Xuzistan vilayətində öldürüldüyü bildirilib.
    Komandirin öz evi qarşısında naməlum şəxslər tərəfindən qətlə yetirildiyi vurğulanıb.
    İran hakim dairələri insidentdən bir neçə saat sonra qətli törədən şəxsləri ələ keçirdiklərini açıqlayıblar.
    Qeyd edək ki, Bəsic qüvvələri SEPAH-ın tərkibində yer alan könüllülərdən ibarət yarımhərbi təşkilatdır.
    Muxalifet.az

    Muxalifet3 - 22-01-2020

  19. Davosta Pakistandan Azərbaycana Qarabağ dəstəyi

    Pakistanın Baş naziri İmran Xan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Pakistanın Qarabağ münaqişəsində Azərbaycana dəstəyini bir daha təkrarladı.
    Muxalifet.az bu barədə "Euronews"a istinadla bildirir. Pakistan Baş nazirinin verdiyi açıqlamaya görə, İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun (WEF) iclaslarına qatılan Xan, İlham Əliyev, Sinqapur Baş naziri Lee Hsien Loong və Çalık Holdinq İdarə heyəti Başçısı Əhməd Çalık ilə görüşdü.

    Muxalifet3 - 22-01-2020

  20. Trampdan AB-yə daha bir TƏHDİD...

    ABŞ prezidenti Donald Tramp, Avropa Birliyi (AB) ticarət barəsində ortaq məxrəcə gəlinə bilməməsi halında avtomobil idxalında əlavə vergi tətbiq etməklə hədələdi.
    Muxalifet.az bu barədə "Hurriyet"ə istinadla bildirir. Tramp, Davosta baş tutan 50-ci Dünya İqtisadi Forumunda “CNBC”-yə verdiyi müsahibədə ABŞ ilə AB arasındakı ticari məsələlərdən danışdı.

    Muxalifet3 - 22-01-2020

Pages