"Azərsu" 186 manata kanalizasiya qapağı alır - İşlənmişi 40 manata satılır

Baxış sayı:
4215

"Azərsu" ASC-nin 30 dekabr 2019-cu il tarixində keçirdiyi quyu qapaqlarının (lyuk) satın alınması ilə bağlı tenderin nəticəsi bu gün - 21.01.2020-ci il tarixində dərc olunub.

Muxalifet.az yeniavaz.com-a istinadən xəbər verir ki, tenderin qalibi "Azərtexnolayn" MMC 17.01.2020-ci il tarixindən 17.01.2021-ci il tarixinə kimi "Azərsu" ASC-yə üzərində "Azərsu" loqosu olan 2330 ədəd çuqun quyu qapaqları (lyuk) satacaq.
Quyu qapaqlarının (lyuk) diametri 615 mm olacaq. Onlardan 2300 ədədi 40 ton, 30 ədədi isə 25 ton ağırlığa davamlı olacaq. "Azərsu" ASC 2330 ədəd quyu qapağı üçün "Azərtexnolayn" MMC-yə ümumilikdə 434 min 627 manat 4 qəpik ödəyəcək. Bu isə o deməkdir ki, bir ədəd  quyu qapağı üçün ödəniləcək məbləğ 186 mant 50 qəpik olacaq.
Məlumat üçün onu da qeyd edək ki, mətbuatda tez-tez kanalizasiya qapaqlarının oğurlanması ilə bağlı məlumatlar yayılır. Ötən il polis Bakının Bülbülə qəsəbəsində 42 ədəd kanalizasiya qapağını oğurlayan şəxsin saxlanması barədə məlumat yayıb.
Qeyd edək ki, müxtəlif elan sayıtlarında kanalizasiya qapaqlarının satılması ilə bağlı elanlara da rast gəlmək mümkün olur. Elan saytlarında satılan kanalizasiya qapaqlarının orta qiyməti təxminən  40-50 manat arasında dəyişir.