İran bu səhəri zəlzələ ilə açdı
27-12-2019 11:08
Baxış sayı:
3394

İranın cənubunda Buşehr nüvə zavodu yaxınlıqında 5,1 bal gücündə zəlzələ olub. Muxalifet.az bu barədə "Azadlıq.org"a istinadla bildirir. Məlumatı ABŞ və Avropa ekspertləri bu gün səhər yayıb. ABŞ Geoloji Xidməti zəlzələni orta səviyyəli kateqoriyaya salıb. Zəlzələnin mərkəzi Buşehrdən 53 kilometr şərqə düşüb. Avropa Aralıq Seysmoloji Mərkəzi də 5,1 bal gücündə zəlzələ baş verdiyini bildirib. Muxalifet.az