YAP-ın yeni siyahısı: Hadı Rəcəbli var, Bahar Muradova yoxdur... / YENİLƏNİR

Baxış sayı:
5311

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, siyahıda bir sıra tanınmış YAP-çı deputatlar yer almayacaq. Belə ki, yüksək dövlət vəzifəsi tutan şəxslərin parlamentdə təmsil olunması məqsədəuyğun hesab edilməyib. YAP-ın yeni namizəd siyasında vitse-spiker Bahar Muradovan, Arif Rəhimzadə, Rövnəq Abdullayev, Şəmsəddin Hacıyev, Cavid Qurbanov, Hacı Salayev, İlham Əliyev, Əsabil Qasımov, Nəriman Əliyev, Sona Əliyeva, Rafiq Məmmədhəsənov, Yaqub Mahmudov, Mirzəcan Xəlilovun adları yoxdur. Əli Hüseynli, Aydın Mirzəzadə, Səməd Seyidov, İqbal Məmmədov, Hadi Rəcəbli, Əhliman Əmiraslanov, Hüseynbala Mirələmov, Eldar İbrahimov, Naqif Həmzəyev, Oqtay Əsədov, Elçin Quliyev, Malik Həsənov, Cavanşir Paşazadə, Cavid Osmanov, Sahibə Qafarova, Nəsib Məhəməliyev, Nizami Cəfərov, Hikmət Məmmədov, Məlahət İbrahimqızının namizədlikləri isə yenidən irəli sürüldüyü qeyd olunur. *** Yaxın dəqiqə və ya saatlarda hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlərinin siyahısı açıqlanacaq. Artıq YAP İdarə Heyətinin bu məsələyə həsr olunmuş iclası da başa çatıb - siyahının bəzi fraqmentləri məlumdur. Azpolitika.info-nun əldə etdiyi məlumata görə, köhnə komandadan xeyli adam namizədliyinin yenidən təsdiq olunmasına nail olub. Hakim partiyanın namizədlər siyahısı əhəmiyyətli dərəcədə yenilənsə də, Milli Məclisin son tərkibində yer alan deputatladan bir çoxunun da namizədliyi irəli sürülüb. Məsələn, deputatlar İqbal Məmmədov, Hadı Rəcəbli və Hüseynbala Mirələmovun yenidən hakim partiyanın siyahısına düşdükləri dəqiqləşib. *** Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin YAP qərargahında YAP keçirilən iclası başa çatıb. Muxalifet.az apa-ya istinadən xəbər veriri ki, YAP İdarə Heyəti üzvlərinin iştirak etdiyi iclasda 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində YAP-ın deputatlığa namizədlərinin irəli sürülməsi məsələsi müzakirə olunub. *** Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilir. Iclasda 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədlərinin müəyyənləşdirilməsi məsələsi müzakirə olunur. İclasdan sonra hakim partiyanın deputatlığa namizədlər siyahısı açıqlanacaq.