Rusiya Qırğızıstandakı bazasını "kimə qarşı" gücləndirir - Çinə qarşı?

Baxış sayı:
3079

Rusiya prezidenti Vladimir Putin dekabrın 26-da Dövlət Dumasına müzakirə üçün protokol təqdim edib. Bu protokol Rusiyanın Qırğızıstandakı hərbi bazasında pilotsuz təyyarələrin və dronların yerləşdirliməsini nəzədə tutur. Burada söhbət əsasən Rusiya pilotsuz təyyarələrininQırğızıstan üzərində maneəsiz uçuşundan gedir. Protokolda habelə Rusiya tərəfinin Qırğızıstandakı hərbi bazadan istifadəsinin illik icarə haqqı göstərilib. Sənədə əsasən, Rusiya bazadan istifadə üçün Qərğızıstana ildə 4 milyon 794 min dollar ödəməlidir. Bu da qeyd olunur ki, yeni protokol Rusiya hərbi bazasının yerləşdiyi ərazinin böyüdülməsini nəzərdə tutr. Yeni razılaşmaya əsasən, bazanın ərazisi 58 hektara çatdırılmalıdır. Rusiya Qırğızıstandakı Kant hərbi aerodromundan istifadə edir. Moskva bildirir ki, bu baza KTMT-nin çevik əməliyyat qüvvələrinin əsas istehkamıdır. Bu aerodromdakı 20022 nömrəli hərbi hissədə 500 rus hərbçisi xidmət edir. Bazada Su-25 qırıcıları və Mi-8 helikopterləri yerləşdirlib. Muxalifet.az