Axtarış
The search found 105849 results in 0.154 seconds.
Search results
DİN polisin özünü yandırması haqda AÇIQLAMA YAYDI
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, Miri Fətiyevin özünü yandırmaq cəhdinin qarşısı iş yoldaşları tərəfindən alınıb:
"Əməkdaş özünü yandırmağa cəhd edib. Əllərindən yüngül xəsarətləri alıb. Hazırda Daxili İşlər Nazirliyinin Hospitalında müalicə alır. Vəziyyəti qənaətbəxşdir. Daxili İşlər Nazirliyinin aidiyyəti qurumu tərəfindən xidməti yoxlama aparılır. Yoxlamanın nəticəsində əməkdaşın hansı səbəbdən özünü yandırmağa cəhd etməsinin səbəbi məlum olacaq".
***
Muxalifet4 - 28-12-2019
"SÖZ DEMƏK ÜÇÜN TRİBUNA ÇOXDUR" - YAP-ın siyahısına düşməyən baş redaktor
"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev adının Yeni Azərbaycan Partiyasının deputat siyahısına salınmamasına münasibət bildirib.
Demokrat.az xəbər verir ki, B.Quliyev YAP-ın bu qərarına hörmətlə yanaşdığını deyib:Muxalifet4 - 28-12-2019
Gömrük Komitəsinin yüksək vəzifəli əməkdaşı İNTİHAR ETDİ / FOTO
Dövlət Gömrük Komitəsinin əməkdaşı intihar edib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Astara Gömrük Postunun Böyük inspektoru Zəkəriyyə Yahyayev özünü yaşadığı binadan atıb.
1993-cü il təvəllüdlü Z.Yahyayevin meyitini mərhumun yaxınları yaşadığı mənzildə aşkarlayıblar.
Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.Muxalifet4 - 28-12-2019
Salyanda özünü yandıran polisin qohumlarından Əli Həsənovun rəis qohumu ilə bağlı SENSASİON İTTİHAMLAR
Ötən gün axşam saatlarında Salyan rayon polis şöbəsinin həyətində polis nəfəri Miri Bəxtiyar oğlu Fətiyevin özünü yandırması cəhdi ilə bağlı bəzi səbəblər məlum olub.
Qohumları demokrat.az-a bildirib ki, Miri Fətiyevin özünü yandırmağa cəhd etməsinin əsas səbəbi verdiyi 3 min manat vəsaiti ala bilməməsi ilə bağlı olub.
Qohumları deyib ki, Salyan rayon polis şöbəsinin rəisi Cəbrayıl Vəliyev bütün polis işçilərinə rayonda ticarətlə məşğul olan şəxslərdən pul almağı tapşırıb:
Muxalifet4 - 28-12-2019
“Qara maşın yaxınlaşıb və...” - Şəkidəki “kitab yandırma qalmaqalı” ilə bağlı ilginc açıqlamalar / FOTO
Şəkinin Daşüz kənd orta məktəbinin direktoru Anjilixa Əmirseyidovanın "Gəl danış" layihəsi çərçivəsində şagirdlərə paylanan kitabları yandırdığı iddia edilir. bu barədə layihə rəhbəri Ümman Səfərov sosial şəbəkə hesabında məlumat paylaşıb.
“Yeni Sabah”a açıqlama verən Ü. Səfərov 2018-ci ildən bu təşəbbüslə çıxış etdiklərini, ölkənin müxtəlif regionlarına yollanaraq imkansız ailələrin uşaqlarına bədii kitablar, məktəb ləvazimatları, ərzaq və s. payladıqlarını bildirib:
Muxalifet4 - 28-12-2019
YAP-ın hansı namizədləri dairəsini dəyişib?
Yeni Azərbaycan Partiyasının namizədlər siyahısında yer alan Elman Nəsirov, Səməd Seyidov və Mixail Zabelin seçki dairəsini dəyişib.
Yenisabah.az xəbər verir ki, beşinci çağırış Milli Məclisin deputatı olan hər üç şəxs hansısa səbəbdən bu dəfə təmsil olunduqları dairələrdən namizəd olmayıblar.
2015-ci ildə 89 saylı Göyçay – Ağdaş seçki dairəsindən mandat qazanan Elman Nəsirov bu dəfə seçki yarışına 68 saylı Cəlilabad kənd seçki dairəsindən qatılıb.
Muxalifet4 - 28-12-2019
İstintaq Gülalıyevlə bağlı araşdırmanın nəticəsini ortaya qoydu - AÇIQLAMA
29 oktyabr 2019-cu il tarixdə paytaxtın Nəsimi rayonunun 28 May və Puşkin küçələrinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində piyada, Bakı şəhər sakini Oqtay Gülalıyevin avtomobillə vurulması faktı üzrə başlanmış cinayət işi üzrə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq tədbirləri davam etdirilir.
Muxalifet4 - 28-12-2019
İsa Həbibbəyli və İbrahim Quliyev birinci vitse-prezident seçildilər
Xəbər verdiyimiz kimi dekabrın 28-də AMEA-nın illik ümumi yığıncağı çərçivəsində akademiyanın birinci vitse-prezidentləri vəzifələrinə seçkilər keçirilib.
Muxalifet.az AZƏRTAC-a istinadən xəbər verir ki, səsvermə nəticəsində akademik İsa Həbibbəyli AMEA-nın humanitar və ictimai elmlər üzrə birinci vitse-prezidenti, akademik İbrahim Quliyev təbiət və dəqiq elmlər üzrə birinci vitse-prezidenti seçiliblər.
Qeyd edək ki, indiyədək AMEA-da ancaq vitse-prezident vəzifəsi vardı.
Muxalifet4 - 28-12-2019
SON DƏQİQƏ! - Azərbaycanda icra hakimiyyətinin sabiq əməkdaşı həbs edildi
Saatlı Rayon İcra Hakimiyyətinin (RİH) sabiq əməkdaşı həbs olunub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı RİH-də Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının müdafiəsi üzrə komissiyanın keçmiş əməkdaşı Ağayev Nəriman Mirhadı oğlu Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) maddəsi ilə təqsirli bilinir.
Onun barəsində məhkəmənin qərarı ilə üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Muxalifet4 - 28-12-2019
"Onlar "pakazuxa"lıqla məşğul olublar" - RAMİZ MEHDİYEV
"Yaradılmasından 3 il keçməsinə baxmayaraq Yüksək Texnologiyalar Parkında da işlər müasir tələblər səviyyəsində qurulmayıb. Onlar rusların bir sözü var - "pakazuxa"lıqla məşğul olublar".
Bunu AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademiyanın Ümumi yığıncağında çıxışı zamanı deyib.
O təəssüflə bildirib ki, akademiya mühüm dövlət proqramlarının icrası istiqamətində lazımi səviyyədə iştirak etmir.
R.Mehdiyev qeyd edib ki, hər bir institut dövlət proqramlarından irəli gələn məsələnin həllində öz yerini müəyyən etməlidir:
Muxalifet4 - 28-12-2019
DEPUTAT SEÇKİ İLƏ BAĞLI ŞEİR YAZDI – “Qatar gedir, zaman ötür…”
Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yazdığı şeirdən bir parça paylaşıb.
S.Seyidovun şeiri Qazaxla bağlıdır. O yazıb:
“Qatar gedir, zaman ötür,
Qazax tərzdə dönür ömür,
Doğma diyar səsləyəndə,
Könül dildən şeir tökür...”
Qeyd edək ki, S.Seyidov Yeni Azərbaycan Partiyasının 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizədədir.Muxalifet4 - 28-12-2019
Piyadalar üçün 500 yeni yol nişanı quraşdırılacaq - BİRİNİN QİYMƏTİ 1840 MANATA
Bakı Nəqliyyat Agentliyi (BNA) 2020-ci ildə Bakıda piyadalar üçün 500 yeni yol nişanı quraşdıracaq. Bir yol nişanı dövlətə 1840 manata (1082 ABŞ dollarına) başa gələcək.
Muxalifet.az xəbər verir ki, dövlət satınalma reyestrinə əsasən, müqavilə dekabrın 24-də “MG Construction” MMC-yə verilib.
Müqavilənin ümumi dəyəri 920 min manatdır.
Şirkətin veb saytında (mgconstruction.az/shop-2/) onun istehsalında yol nişanlarının olması barədə məlumat yoxdur.(Marja)
Muxalifet4 - 28-12-2019
“Qlobal iqtisadi böhran olacaq, insanlar içməyə su axtaracaq” - Türkiyəli astroloqun 2020-ci il PROQNOZLARI
Türkiyənin tanınmış astroloqu Uygur Gür “Milliyet” qəzetinə 2020-ci illə bağlı proqnozlarını verib. Astoloq 2020-ci ildə ölkədə və dünyada siyasi və iqtisadi baxımdan ciddi dəyişikliklərin olacağını söyləyib.
Muxalifet.az modern.az-a istinadla tanınmış astroloqun müsahibəsini ixtisarla təqdim edir.
- 2020-ci ildə Türkiyəni nə gözləyir?
Muxalifet4 - 28-12-2019
Şirkət Bakıda evi sakinin başına uçurdu, daha sonra aldadıb aradan çıxdı... - DAHA BİR TİKİNTİ FIRILDAĞI
2014-cü ildə qonşuluqdakı çoxmərtəbəli binanın divarının uçması nəticəsində Süleyman Tağızadə 115 ünvanında yaşayan ailənin evi dağılıb. Dağıntılar altında qalan 5 nəfər ailə üzvünü Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çıxarıblar. Bədbəxt hadisədən xilas olsalar da, evlə bərabər bütün əmlakları əllərindən çıxıb.
Bu şikayətlə redaksiyamıza zərərçəkmiş Elçin Hacıyev müraciət edib. Şikayətçi deyir ki, elə o vaxtdan ailəsi ilə birlikdə küçələrdə qalıb.
Muxalifet4 - 28-12-2019
AMEA Rəyasət Heyətinin yeni tərkibi müəyyənləşdi - SİYAHI
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yeni tərkibi müəyyənləşib.
Yeni tərkib barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademiyanın illik Ümumi yığıncağında məlumat verib.
O bildirib ki, yeni tərkib 11 nəfərdən ibarətdir. Həmin şəxslər bunlardır:
- Akademiyanın prezidenti akademik Ramiz Mehdiyev
- Birinci vitse-prezident akademik İsa Həbibbəyli
- Birinci vitse-prezident akademik İbrahim Quliyev
- Vitse-prezident akademik Tofiq Nağıyev
- Vitse-prezident akademik Dilqəm TağıyevMuxalifet4 - 28-12-2019
"Köhnə komanda islahatlar prosesini geri döndərə bilər" - ASLAN İSMAYILOV
"Parlament seçkilərində də saxtakarlıq olarsa, onda mən bunun günahının hamısını prezidentdə görəcəm"
Muxalifet4 - 28-12-2019
Qısqanc ər güllə ilə bacanağının gözündən vurdu - Bakıdakı qətlin TƏFƏRRÜATLARI
Dekabrın 27-də səhər saatlarında Bakının Xətai rayonunda törədilən qətlin qısqanclıq zəminində baş verdiyi məlum olub.
Muxalifet.az xəbər verir ki, bu barədə Oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Xatırladaq ki, saat 08:00 radələrində Səməd bəy Mehmandarov küçəsində, 74 nömrəli binanın yaxınlığında 45 yaşlı paytaxt sakini Cəfərov Xəyal Aydın oğlu öldürülüb.
Faktla bağlı X.Cəfərovun bacanaqları Mahmudov Kamran Tərlan oğlu və Eminov Nazim Rəşid oğlu saxlanılıb.
Muxalifet4 - 28-12-2019
Gecə klubunda Pərvin Abıyevaya görə dava düşdü - FOTO
Dünən gecə Bakıda yerləşən klubların birində kütləvi dava baş verib.
Muxalifet.az Oxu24.com-a istinadən xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, dava baş verən zaman klubda Pərvin Abıyeva və işdən çıxarılan polis əməkdaşı olan sevgilisi də olub.
Şahidlərin bildirdiyinə görə, dava zamanı Pərvin Abıyevanın sevgilisi də bərk əsəbiləşib.
Daha sonra dava edən şəxslər küçəyə çıxaraq səs-küy yaradıblar.
Həmin məşhur klub şəhərin mərkəzində, Nizami küçəsində yerləşir.
Muxalifet4 - 28-12-2019
Maliyyə fırıldaqçılığında ittiham olunan bankdan açıqlama - "O, BİZİM KEÇMİŞ ƏMƏKDAŞIMIZDIR..."
“Sənədlərə əsaslansaq Valeh bəyin bir çox iddiası əsassızdır. Amma məsələnin araşdırılmasında rəhbərlik də maraqlıdır. Çünki ehtimal var ki, kimsə nəsə eləyə bilər”.
Muxalifet.az xəbər verir ki, bu sözləri mətbuatda adı 70 min dollarlıq fırıldaqçılıq qalmaqalında hallanan “AccessBank”ın PR meneceri İlkin Əhmədov məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verərkən deyib.
O bildirib ki, hazırda məsələ bank daxilində də araşdırılır və bu çərçivədə Valeh Dadaşavun özü də dəvət olunacaq:
Muxalifet4 - 28-12-2019
56 nəfər parlament seçkilərində iştirakını dayandırdı - RƏSMİ
Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1611 nəfər müraciət edib".
Muxalifet.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, namizədlərin 293 nəfəri 17 siyasi partiya tərəfindən irəli sürülüb: "13 nəfər təşəbbüs qrupları tərəfindən, 1305 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb".
Muxalifet4 - 28-12-2019