SON DƏQİQƏ: Azərbaycanda 18 direktor İŞDƏN ÇIXARILDI
27-12-2019 13:00
Baxış sayı:
3631

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil müəssisələrinə 2019-cu təqvim ili ərzində 26 nəfər direktor vəzifəsinə işə qəbul olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Muxalifet.az-a verilən məlumata görə, eyni zamanda 13 direktorun iş yeri dəyişdirilib, 111 məktəb direktorunun isə müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Həmçinin çalışmanın yaş hədinə çatmış 30 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb. 18 direktorla bağlanmış əmək müqaviləsi isə ləğv edilib.