Liviya hökuməti Türkiyədən rəsmən hərbi yardım istədi - TÜRK ORDUSU LİVİYA YOLUNDA!

Dünya birliyi tərəfindən Liviya Milli Saziş Hökuməti rəsmi olaraq Türkiyədən hərbi dəstək istəyib. Muxalifet.az bu barədə "Hurriyet"ə istinadla bildirir. Bu barədə bildirən hökumət rəsmisi, Türkiyədən, Xəlifə Haftar qüvvələrinin paytaxt Tripoli istiqamətində hücumlarını dayandırmaq üçün "hava, quru və dənizdə hərbi dəstək" istədiklərini söyləyib. Rusiya, Misir və Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi keçmiş general Haftar bir müddətdir Tripolini ələ keçirmək üçün hücumlar edir. Daha əvvəl şərh edən MSH Daxili İşlər naziri Fəthi Başaga, "Hava bazalarını xarici dövlətlərə açan Haftarın muzdlu ordusuna qarşısını almaq üçün Türkiyədən rəsmi olaraq hərbi dəstək istəyəcəyik. Türkiyə ilə müqavilə imzaladıq. Türk ordusu bu razılaşma çərçivəsində Liviyaya gələcək", - deyib. Prezident Ərdoğan Liviyanın istəyi ilə bu ölkəyə qoşun göndərməyə hazır olduqlarını və lazımi qərarnaməni Məclisin səsverməsinə təqdim olunacağını söylədi. Digər tərəfdən Kremlin təmsilçisi Dmitry Peskov, "Hər hansı bir üçüncü tərəfin müdaxilə olması həll gətirməyəcək" - deyərək Rusiyanın Türkiyənin Liviyaya əsgər göndərməsinə qarşı çıxdığına işarə vurdu. Muxalifet.az