Axtarış
The search found 105849 results in 0.086 seconds.
Search results
““Milyarderlər İttifaqı”nda bircə milyarder vardı...” – İLHAM RƏHİMOV
Muxalifet.az hüquq elmləri doktoru, professor İlham Rəhimovun moderator.az-a müsahibəsini təqdim edir:
Muxalifet4 - 28-12-2019
ReAL seçkidə iştirakdan imtina edə bilər - İlqar Məmmədov BƏYANAT YAYDI
"Real Cümhuriyyətçilər" Bloku bəyanatla çıxış edərək parlament seçkilərindən geri çəkilə biləcəklərini açıqlayıb.
ReAL Partiyasının rəhbəri İlqar Məmmədov bildirib ki, seçkilərdə hər hansı şərt irəli sürmədən iştirakı haqqında mövqelərinə yenidən baxıblar. Və qərara gəliblər ki, bloger Mehman Hüseynovun döyülməsində iştirak edən şəxslər cəzalandırılmalı, reper Pasterin həbsi ilə başlanmaqda olan bu repressiv tədbirlər dayandırılmalıdır.
Muxalifet4 - 28-12-2019
Bakıda polisin də zəhərlənərək öldüyü saxta içki bu sexdə düzəldilib - ŞOK VİDEO
Bakıda iki nəfərin ölümünə səbəb olan saxta içkilərin istehsal olunduğu sex aşkarlanıb.
Muxalifet.az-ın məlumatına görə, sex paytaxtın Binəqədi rayonunda aşkarlanıb.
Sexin Səxavət adlı şəxsə aid olduğu bildirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl paytaxtdakı restoranlarda yeddi nəfər saxta viskidən zəhərlənib. Onlardan ikisi ölüb, birinin isə hər iki gözü kor olub.
Qurbanlardan biri Nərimanov rayonu 18-ci Polis Bölməsinin cinayət-axtarış şöbəsinin müdiri 32 yaşlı Bayramov Sərxan Niyazi oğlu olub.
Muxalifet4 - 28-12-2019
Almaniyada 31 avroya satılan nişanı BNA 1840 manata alıb - KORRUPSİYA QOXUSU...
Bakı Nəqliyyat Agentliyinin (BNA) 2020-ci ildə Bakıda piyadalar üçün 500 yeni yol nişanı quraşdıracağı haqda xəbər vermişdik. Həmin nişanların birinin büdcəyə 1840 manata (1082 ABŞ dollarına) başa gəlməsi isə şok effekti yaradıb. Belə ki, bir nişanın bu qiymətə olması heç bir halda inandırıcı deyil.
Muxalifet.az xəbər verir ki, yenisabah.az məsələ ilə bağlı internet üzərindən qısa araşdırma aparıb və nəticədə ortaya şok reallıq çıxıb. Bəlli olur ki, Bakı Nəqliyyat Agentliyi bu nişanları Almaniyadan 30 dəfə, Rusiyadan isə düz 70 dəfə baha qiymətə “alıb”.
Muxalifet4 - 28-12-2019
Bakı Nəqliyyat Agentliyi KİV-ə müraciət etdi
Bakı Nəqliyyat Agentliyi (BNA) KİV-ə müraciət edib.
Müraciətdə deyilir:
Muxalifet4 - 28-12-2019
Baba Rzayevdən işçilərinə pul mükafatı yerinə pomidor hədiyyə etdi - YENİ İL "SÜRPRİZİ" / FOTOLAR
"Azərenerji"nin adının hallanmasını istəməyən əməkdaşı bildirib ki, qurumun işçilərə "bayrampulu" kimi təqdim edilməli olan 100azn doğru-dürüst ələ gəlib çatmayıb.
Muxalifet4 - 28-12-2019
“Azərenerji”-nin işçilərinə verdiyi pomidorlarla bağlı MARAQLI FAKTLAR / Fotolar
“Azərenerji” ASC-nin Xaçmaz rayonunda yerləşən modul elektrik stansiyasında dünyada analoqu olmayan hadisə baş verib. Belə ki, 30 hektar sahəyə malik olan bu strateji dövlət müəssisəsinin ərazisində 10-dan çox istixana quraşdırılıb. Bu ərazilərdə hər hansı bir sahibkarlıq subyektinin fəaliyyət göstərməsi qeyri-mümkün olsa da, artıq bir ildən çoxdur ki, radiaktiv şüalanmaya malik olan həmin istixanalarda pomidor məhsulu yetişdirilir.
Muxalifet4 - 28-12-2019
Hicran Hüseynova öz qərarını ləğv etdi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kollegiyasının “Ölkələrarası övladlığa götürmə üçün müraciətin və sənədlərin qəbulu” və “Ölkədaxili övladlığa götürmə ilə bağlı məlumatların verilməsi” üzrə inzibati reqlamentlərin təsdiq edilməsi barədə 2013-cü il 15 aprel tarixli qərarı ləğv edilib.
Demokrat.az-ın məlumatına görə, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hicran Hüseynova qərar imzalayıb.
Qərarın icrasına nəzarət Komitənin sədr müavini Sədaqət Qəhrəmanovaya tapşırılıb.
Muxalifet4 - 28-12-2019
Rusiyanın ən varlı qadını barəsində cinayət işi qaldırıldı, AXTARIŞA VERİLDİ
Rusiyada mərhum Moskva meri Yuri Lujkovun arvadı və ölkənin ən varlı qadını Yelena Baturina cinayət işində fiqurantdır və onun barəsində axtarış elan edilib.
Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Baturina barəsində böhtan atma ittihamı ilə cinayət işi qaldırılıb. İddiaçı isə onun qardaşının biznesinin maliyyə işlərini idarə edən Erentsen Manjeyevdir. Baturinanın barəsində Kalmıkiya məhkəməsi axtarış elan edib.
Muxalifet4 - 28-12-2019
Qurbağa ayağından və ilbizdən nə qədər qazana bilərik? - EKSPERTLƏRDƏN AÇIQLAMA
“Avropa İttifaqı (Aİ) ölkələrinə heyvan mənşəli qidaların ixracı üçün konkret məhsullar üzrə səlahiyyətləndirmə prosedurundan keçmək lazımdır”.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müşaviri Elxan Mikayılov deyib.
Muxalifet4 - 28-12-2019
"Uğurlarım həyat tərzimin və zəhmətimin nəticəsidir” - RONALDO
"Yuventus"un futbolçusu Kriştiano Ronaldo karyerası haqda danışıb.
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı hücumçu fiziki cəhətdən oynamaq üçün hazır olmadığını görəndə futbolla vidalaşacağı deyib: "Bir neçə il əvvəl futbolçular 32-34 yaşlarına qədər oynayırdılar. Amma indi 40 yaşlı futbolçuları meydanda görə bilərsiniz. Bədənim meydançada düzgün işləməyəndə futboldan gedəcəm ".
Muxalifet4 - 28-12-2019
"Nərgiz mükafatı" hüquq müdafiəçisi Oqtay Gülalıyevə verildi - VİDEO
Mərhum ictimai fəal Nərgiz Yaqublunun adına təsis edilən mükafatın builki qalibi hüquq müdafiəçisi Oqtay Gülalıyevdir.
Müsavat partiyasının üzvü Nərgiz Yaqublu bir neçə il əvvəl xəstəlikdən vəfat edib.
Oktyabr ayında Oqtay Gülalıyevi Bakıda maşın vurub, o, indi komadadı.
Oqtay Gülalıyev "Tərtər işi", "Nardaran işi", "Kür daşqınları" kimi tanınan mövzularda zərərçəkmişlərin hüquqlarını müdafiə edib.
Hazırda Türkiyədə müalicə alan Oqtay Gülalıyevin yanında olan ailə üzvləri mükafatı qəbul edə bilməyiblər.
Muxalifet4 - 28-12-2019
YAP niyə bu dairələrdən namizəd irəli sürmədi? - SƏBƏB
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində partiyanın deputatlığa namizədlərini təsdiq edib.
Muxalifet.az Modern.az-a istinadla xəbər verir ki, YAP 125 seçki dairəsindən ikisində namizəd irəli sürməyib.
Belə ki, hakim partiyanın 3 saylı Babək-Kəngərli-Naxçıvan və 122 Xankəndi seçki dairələrindən namizədi yoxdur.
Muxalifet4 - 28-12-2019
Oqtay Gülalıyev haqda xoş xəbər - HƏR İKİ GÖZÜNÜ AÇIB VƏ...
Türkiyənin İstanbul şəhərindəki Amerikan Xəstəxanasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev gözlərini açıb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev bildirib.
Onun sözlərinə görə, O.Gülalıyev gözlərini açmağa başlayır:
"Atam bu gün uzun zamandır tərpətmədiyi sol gözünü az da olsa aça bildi. Artıq hər iki gözünü açmağa başlayır. Ümid edirik ki, tezliklə komadan ayılacaq və aramıza geri dönəcək".
Bir neçə gün bundan öncə O.Gülalıyev sağ gözünü də açıb.
Muxalifet4 - 28-12-2019
TÜRK ORDUSU LİVİYA YOLUNDA... - Böyük Millət Məclisi tarixi qərar verə bilər
Türkiyə Böyük Millət Məclisində ölkənin hərbi qüvvələrinin Liviyada istifadə edilməsini özündə ehtiva edən qanun layihəsi 2020-ci ilin yanvar ayının 2-də müzakirəyə çıxarıla bilər.
Bu barədə “Anadolu” agentliyiməlumat yayıb.
Qeyd olunub ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl parlament üzvlərinin tətildən qayıtdıqdan qısa müddət sonra, 7 və ya 8 yanvarda ölkənin hərbi qüvvələrinin Liviyada istifadə edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyəcəklərinə ümid etdiyini bildirib.Muxalifet4 - 28-12-2019
Ağsu İcra Hakimiyyətində ANALOQSUZ ÖZBAŞINALIQ - Noyabrda işdən çıxarılan müavin dekabrda RİH adından məktub imzalayıb
Ağsu RİH -dəki köhnə yönətim özbaşınalığına təzə başçı da son qoya bilmir, ya da son qoymaq istəyində görünmür.
Muxalifet4 - 28-12-2019
"MƏNZİL SİYAHISINDA 11-Cİ OLSAQ DA, 9 İLDİR BİZƏ NÖVBƏ ÇATMIR" - Ermənilərin başına 3 milyon qoyduğu şəhid döyüşçünün ailəsi illərdir daxmada yaşayır / MÜRACİƏT
Şəki rayonun Aşağı Göynük kəndində yaşayan şəhid anası Əbdürəhimova (Zamanova) Məfkurə Zaman qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də digər səlahiyyətli qurumalrın rəhbərlərinə müraciət edən şikayətçi yazır:
Muxalifet4 - 28-12-2019
BAKIDA DƏHŞƏTLİ QƏTL - 24 yaşlı qadın əri tərəfindən amansızlıqla öldürüldü
Paytaxtda 24 yaşlı qadın xüsusi amansızlıqla öldürülüb.
Məlumata görə, hadisə üç gün bundan öncə, 26 dekabr tarixində paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib.
Belə ki, 24 yaşlı Nuranə Əliyevanı döyən həyat yoldaşı onu ağır vəziyyətdə heç kimin görməməsi üçün yol kənarındakı kolluğun içərisinə atıb.
Lakin bir müddət sonra geri dönərək Ə. Nuranəni 3 saylı Şəhər Klinik Xəstəxanasının həyətinə gətirib və tibb işçilərinə təhvil vermədən hadisə yerindən uzaqlaşıb.
Muxalifet4 - 29-12-2019
Ermənilər 7 istiqamtdən mövqelərimizi atəşə tutdu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Quşçu Ayrım kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Muxalifet4 - 29-12-2019
Qrip olan uşaqların məktəbə gəlməsi qadağandır - RƏSMİ
Son zamanlar uşaqlar arasında yayılan qrip virusu valideynləri ciddi narahat edir.
Ümumiyyətlə xəstəlik daşıyıcısı olan uşağın məktəbə gəlməsi nə dərəcədə doğrudur, qrip və bu kimi infeksion xəstəliyə yoluxan uşaqlar uşaqlar neçə gün dərsə gəlməməlidir?
Məsələ ilə bağlı açıqlama verən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov istər məktəbəqədər müəssisə istərsə də orta məktəblərdə qrip olan uşaqların yaxınlıqdakı tibb müəssisələrinə göndərilməli olduğunu bildirib:
Muxalifet4 - 29-12-2019