Axtarış

The search found 105849 results in 0.037 seconds.

Search results

  1. 763 nəfər hərbi qulluqçuya ev veriləcək - NAZİRLİKDƏN AÇIQLAMA

    Dekabrın 21-də ölkə prezidentinin "Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib. Məlumata görə, fərman Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunmasını nəzərdə tutur.

    Muxalifet4 - 23-12-2019

  2. Liviyadan Türkiyəyə sərt xəbərdarlıq - MÜLKİ TƏYYARƏLƏR DƏ VURULACAQ

    Marşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu silah daşınması üçün istifadə olunan mülki təyyarələrin vurulacağını açıqlayıb. Virtualaz.org rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Liviya Milli Ordusunun rəsmi nümayəndəsi Əhməd əl-Mismari deyib. Liviya Milli Ordusu İstanbuldan Liviyaya uçan “Boeing 747-412” təyyarəsinin izləndiyini açıqlayıb. İddiaya görə, təyyarənin göyərtəsində hərbi texnika olub. “Əks halda, istənilən təyyarə vurulacaq” sözləri ilə əl-Mismari mülki təyyarələrlə silah daşıyanlara xəbərdarlıq edib.

    Muxalifet4 - 23-12-2019

  3. Azərbaycan İsveçrə jurnalistlərinə qarşı cinayət işi açır - SƏFİR REDAKSİYAYA MƏKTUB GÖNDƏRDİ...

    İsveçrənin "Schweizer Monat" ("İsveçrə ayı") jurnalının redaksiyasına Azərbaycanın Berndəki səfiri Xanım İbragimova tərəfindən jurnalın baş redaktoru Ronni Grob və üç əməkdaşının Azərbaycanda persona non-qrata elan ediləcəyi barədə məktub daxil olub. Bu barədə virtualaz.org “Neue Zürcher Zeitung” nəşrinə istinadən xəbər verir. Səfir həmçinin baş redaktora və həmkarlarına Bakıdan icazə almadan Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə əlaqədar cinayət işinin açılacağını bildirib.

    Muxalifet4 - 23-12-2019

  4. “Azəriqaz” qazdan istifadə limitinin sıfırlanmasına aydınlıq gətirdi

    İlin sonu yaxınlaşdıqca artıq ictimai müzakirələrdə, internet səhifələrində və sosial şəbəkələrdə qazdan istifadə üzrə illik ayrılmış 10 qəpiklik limitin sıfırlanma məsələsinə diqqət artır. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov bildirib. Onun sözlərinə görə, bir çoxları, hətta bəzi hüquq müdafiəçiləri bu məsələdən danışarkən səhvlərə yol verirlər, çaşqınlıq yaradacaq məqamlar ortalığa çıxır: “Abonentlərimiz bu məsələdə çaşqın duruma düşə bilərlər.

    Muxalifet4 - 23-12-2019

  5. Prezident yeni mərkəzin yaradılması ilə bağlı fərman imzaladı

    Prezident İlham Əliyev Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında fərman imzalayıb.

    Muxalifet.az xəbər verir ki, fərmanda deyilir:

    Muxalifet4 - 23-12-2019

  6. Bəyaz Hərəkat parlament seçkilərində iştirak edəcək

    2 illik müddətdə ərzində göstərdiyi fəaliyyətlə milli mücadilənin əsas öncüllərindən olan Hərəkat seçki təbliğatına qısa zaman ayrılmasına baxmayaraq bütün fikir, ideya, məram, məqsəd və hədəflərimizi fərdi, kollektiv görüşlər və digər təbliğat vasitələri ilə millətimizə çatdıraraq üçün 9 fevral Milli Məcilisə seçkilərdə iştirak edəcək. Muxalifet.az bildirir ki, bu barədə Bəyaz Hərəkat təşkilatının rəhbəri Hürri Əliyev facebookda səhifəsində paylaşım edib.

    Muxalifet3 - 23-12-2019

  7. “XALQDAN QORXMURSANSA, ALLAHDAN QORX...” - Prezident həbs edilən icra başçılarının dəhşətli əməllərindən danışdı

    Bu gün prezident İlham Əliyev bir qrup yerli jurnalistə müsahibə verib. Prezident müsahibədə bir sıra mövzular, o cümlədən ölkədə aparılan kadr islahatları barədə ətraflı danışıb. Prezident bu günlərdə həbs edilən icra hakimiyyəti başçıları ilə bağlı da danışıb. Bildirib ki, bu, genişmiqyaslı islahatların tərkib hissəsidir. İlham Əliyev bu mövzuya toxunmazdan əvvəl son zamanlar yeni təyin olunan məmurlarla görüşlərinin ictimailəşdirilməsinin məqsədindən danışıb. Deyib ki, buna ehtiyac var. “Onu da deməliyəm ki, mənim iş qrafikim çox gərgindir, demək olar ki, iş qrafikimdə fasilə yoxdur.

    Muxalifet4 - 24-12-2019

  8. İlham Əliyev Avropa Birliyi ilə sazişin imzalanmamasının səbəblərini açıqladı - İLK DƏFƏ

    Biz Avropa İttifaqı ilə sazişi ona görə imzalamaq istəyirik ki, bu saziş əlaqələrimizi yeni mərhələyə çıxarsın və maraqlarımız təmin edilsin. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində deyib. Prezident İlham Əliyev bildirib: "Bir neçə ildir Avropa İttifaqı ilə yeni saziş üzərində iş aparılır. Bizim əvvəlki saziş uzun illər bundan əvvəl imzalanmışdır və yeni sazişə əlbəttə ki, ehtiyac var.

    Muxalifet4 - 24-12-2019

  9. “Deputat seçilir, sonra da dairəsi ilə maraqlanmır” - ÖLKƏ BAŞÇISI PARLAMENT SEÇKİLƏRİ HAQDA / VİDEO

    Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev yerli jurnalistlərə müsahibə verib. Dövlət başçısı müsahibə zamanı gələn ilin 9 fevral tarixində keçiriləcək növbədənkar parlament seçkilərindən də danışıb. Dövlət başçısının sözlərinə görə, növbədənkənar parlament seçkilərinin əsas məqsədi ondadır ki, vaxt itirmədən yeni çağırışlara uyğun qanunvericilik bazası formalaşsın və qanunvericilik sahəsində atılan addımlar ümumi islahatlar kursunu dəstəkləsin.

    Muxalifet4 - 23-12-2019

  10. Qaz limitini keçən abonentlərin nəzərinə - SAYĞACLAR BU TARİXDƏ SIFIRLANACAQ / VİDEO

    Yeni ilin ilk günündən etibarən təbii qazın illik limiti sıfırlanacaq. Muxalifet.az xəzərxəbər-ə istinadən xəbər verir ki, Smart İTRON məişət qaz sayğaclarında bu limit avtomatik qaydada hesablandığı halda, mexaniki qaz sayğaclarında "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşlarının monitorinqi ilə müəyyənləşdirilir. "Azəriqaz" İstehsalat Birliyindən bildiirlib ki,mexaniki qaz sayğaclarında limitlərin hesablanmasına yeni ilin ilk iş günündən başlanılacaq. Mexaniki sayğaclarda hesabat dövrü hər ayın 5-dən digər ayın 5-nə qədər olan müddəti əhatə edir.

    Muxalifet4 - 24-12-2019

  11. Bakıda dərsdə “teloxranitel” ilə oturan şagird görün hansı vəzifəlinin nəvəsi imiş... - FOTO

    Bakıda dərsdə "teloxranitel" ilə oturan məmur nəvəsinin kimliyi məlum olub. Muxalifet.az xəbər verir ki, demokrat.az-ın əldə etdiyi məlumata görə, sözügedən məktəbli qız Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun ikinci sinfdə təhsil alan nəvəsidir. O, hazırda təhsil aldığı 134 saylı məktəbə mühafizəçi ilə gedib-gəlir. Azyaşlı şagirdin bu hərəkəti məktəbdə təhsil alan digər şagirdlərin ciddi narahatlığına səbəb olub. Məzahir Pənahovun nəvəsi olan şagirdin bundan öncə isə 6 saylı məktəbdən intizamsızlığına görə çıxarıldığı deyilir.

    Muxalifet4 - 23-12-2019

  12. Tatarovun "bərkgedən" günləri - "Özünü kimə göstərirsən, əə?" / VİDEO

    Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyevin birinci müavini olmuş Ramiz Tatarovun videosu yayılıb. "Yeni Sabah" xəbər verir ki, videoda vətəndaşın müavinə şikayət etməsi və Tatarovun kobud davranışı və problemi inkar etməsi əks olunub. Həmin videonu təqdim edirik:

    Muxalifet4 - 23-12-2019

  13. Polislər küçədə çılpaq gəzən qızı geyindirməyə çalışdılar - VİDEO

    Rusiyanın Yaroslav şəhərində polislər küçədə çılpaq gəzən qızı geyindirməyə çalışıblar. Bu barədə “76.ru” portalı kadrlar yayımlayıb. Bildirilir ki, gənc qız küçədə çılpaq dayanaraq nəsə qışqırırmış. Bu vaxt yaxınlıqdan keçən hüquq mühafizəçilər onu görüblər. Ona yaxınlaşaraq əynini geyindirməyə çalışıblar, qız isə polislərə müqavimət göstərib. Nəhayət, onlar təcili yardım çağırmalı olurlar. Qız xəstəxanaya aparılıb.

    Muxalifet4 - 24-12-2019

  14. 79 yaşlı Səmədzadə yenə deputat olmaq istəyir - Namizədliyini irəli sürəcəyi dairə dəyişməz qalır

    Milli Məclisin ağsaqqal deputatlarından sayılan Ziyad Səmədzadə parlament seçkilərində iştirak edəcək. Muxalifet.az xəbər verir ki, deputat bunun bağlı Modern.az-a danışmaq istəməsə də, onun yaxınları məlumatı təsdiqləyiblər. Onun namizədliyini irəli sürəcəyi dairənin də dəyişməz qaldığını vurğulanıb: “Həmişəki qaydada 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyini sürəcək. O, yenidən deputat seçiləcəyi təqdirdə göstərilən etimadı doğrultmağa çalışacaq”.

    Muxalifet4 - 24-12-2019

  15. Tanınmış meyxanaçıdan xəbər var... - YADDAŞINI İTİRİB, HEÇ KİMİ TANIMIR / Video

    "Kərimin ailəsinə dostları kömək edir. Axırıncı dəfə Qurban bayramında getdim yanına. Ancaq peşman oldum". Bu sözləri meyxanaçı Ağamirzə "Ay Zaur" verilişində qonaq olarkən deyib. Sənətçi həmkarı Ağakərimin (Kərim Novruzov) səhhətindən bəhs edib. O bildirib ki, Ağakərim artıq heç kimi tanımır: "Kərim uzanıb gözümə baxırdı. Evdən deyirdilər Kərim, Ağamirzədi. Deyir, hə, hə. Beş dəqiqə keçəndən sonra yenə yaddaşı gedir. Övladlarımı da aparmışdım. Ondan sonra uşaqları aparıram, gedib dəyirlər. Özüm düşmürəm, ürəyim ağrıyır. Danışa bilmir, gözlərimə baxır. Maddi köməklik edirəm.

    Muxalifet4 - 24-12-2019

  16. Xorvatiyada prezident seçkilərinin birinci turunun qalibi bilindi

    Müxalif Sosial-Demokrat Partiyasından olan Zoran Milanoviç Xorvatiyada keçirilən prezident seçkilərinin birinci turunun qalibi olub. “Qafqazinfo” xəbər verir ki, o, seçicilərin 50%-dən çoxunun səsini toplayıb. İkinci yerdə hazırkı prezident Kolinda Qrabar-Kitaroviç qərarlaşıb. Qeyd edək ki, seçkilərdə seçici fəallığı 51,19% təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 100 min nəfər çoxdur. İkinci mərhələ 2020-ci il yanvarın 5-də keçiriləcək. Həmin turda Milanoviçlə Qrabar-Kitaroviç mübarizə aparacaqlar.

    Muxalifet4 - 24-12-2019

  17. “Bələdiyyələrə növbəti azad, demokratik və şəffaf seçkilər keçirilmişdir” - HAKİM PARTİYADAN AÇIQLAMA + VİDEO

    Yeni Azərbaycan Partiyasının mətbuat xidməti bələdiyyə seçkisi ilə bağlı açıqlama yayıb. Muxalifet.az xəbər verir ki, açıqlamada deyilir: Azərbaycan Respublikasında 23 dekabr 2019-cu ildə yerli və xarici müşahidəçilərin iştirakı və seçicilərin fəalliğı şəraitində yerli özünüidarəetmə orqanlarına – bələdiyyələrə növbəti azad, demokratik və şəffaf seçkilər keçirilmişdir. Yeni Azərbaycan Partiyası Bələdiyyə seçkilərinə “Xalq üçün” şüarı ilə qatılaraq seçki kampaniyasının bütün mərhələlərində uğurla iştirak etmişdir.

    Muxalifet4 - 24-12-2019

  18. Mövqelərimiz snayper və pulemyotlardan atəşə tutuldu - 10 İSTİQAMƏTDƏN

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağbulaq kəndlərində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

    Muxalifet4 - 24-12-2019

  19. Bələdiyyə seçkilərinin ilkin nəticələri AÇIQLANDI - 32,72 FAİZ SEÇİCİ FƏALLIĞI VƏ...

    Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb. Muxalifet.az xəbər verir ki, nəticələrlə MSK-nın “Seçkilər” İnformasiya Mərkəzinin saytında (infocenter.gov.az) tanış olmaq olar. Qeyd edək ki, bələdiyyə seçkiləri ölkə üzrə 5049 seçki məntəqəsində keçirilib. 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilir. Seçkilərdə 13 siyasi partiya iştirak edib, 41 462 namizəd qeydiyyata alınıb. Səs vermək hüququna malik 4 972 356 seçicinin adı seçici siyahısına daxil edilib.

    Muxalifet4 - 24-12-2019

  20. Azərbaycanı Rusiyaya birləşdirən yeni körpü... - BU GÜN AÇILIŞ OLACAQ

    Bu gün Azərbaycanla Rusiyanı birləşdirən və Samur çayı üzərindən keçən yeni körpünün rəsmi açılışı olacaq. Virtualaz.org xəbər verir ki, layihə Azərbaycan və Rusiya hökumətləri tərəfindən 6 il əvvəl razılaşdırılıb. Samur çayı üzərindən salınan əvvəlki körpü köhnəlmişdi və 1957-ci ildə tikildiyi üçün istismar müddətini baş vurmuşdu. Yeni körpünün uzunluğu 300 metrdir. “Exo Moskva” bildirir ki, körpünün açılışına Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin və digər rəsmilər qatılacaq. Azərbaycan tərəfdən də yüksək vəzifəli şəxslərin açılış mərasiminə qatılacağı bildirilir.

    Muxalifet4 - 24-12-2019

Pages