Xorvatiyada prezident seçkilərinin birinci turunun qalibi bilindi
24-12-2019 00:58
Baxış sayı:
2881

Müxalif Sosial-Demokrat Partiyasından olan Zoran Milanoviç Xorvatiyada keçirilən prezident seçkilərinin birinci turunun qalibi olub. “Qafqazinfo” xəbər verir ki, o, seçicilərin 50%-dən çoxunun səsini toplayıb. İkinci yerdə hazırkı prezident Kolinda Qrabar-Kitaroviç qərarlaşıb. Qeyd edək ki, seçkilərdə seçici fəallığı 51,19% təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 100 min nəfər çoxdur. İkinci mərhələ 2020-ci il yanvarın 5-də keçiriləcək. Həmin turda Milanoviçlə Qrabar-Kitaroviç mübarizə aparacaqlar.