Axtarış
The search found 105849 results in 0.027 seconds.
Search results
"Onun əli ilə biz şairlər döyülmüşük, güllələnmişik..." - FİKRƏT QOCA
Xəbər verdiyimiz kimi, bu günlərdə xalq şairi Fikrət Qoca Yazıçılar Birliyinə şeir həsr edib. "Anam birliyim mənim" adlı şeir qurumun 85 illiyinə ithaf olunub. Qeyd edək ki, xalq şairinin "Yazıçılar Birliyim, Doğma odum-ocağım. Əliylə döyüldüyüm, Sürdülər, sürgündə oldum" misraları ilə başlayan bu şeiri sosial şəbəkələrdə xeyli müzakirələrə səbəb olub. Belə ki, izləyicilərin əksəriyyəti şeirin çox bəsit şəkildə yazıldığını bildirib, bəziləri isə onu əməkdar artist Elza Seyidcahanın şeirləri ilə müqayisə edib.
Muxalifet4 - 22-12-2019
Britaniya şahzadəsi yetim uşaqlar üçün "Santa Klaus" oldu - FOTO, VİDEO
Britaniya şahzadəsi Harri Santa Klaus paltarında yetim uşaqları Milad bayramı münasibətilə təbrik edib. "Report" xəbər verir ki, bu barədə "Daily Mail" bildirib. Qeyd edilir ki, şahzadə valideynləri Böyük Britaniya ordusunda xidmət etmiş azyaşlıları sevindirib. "Sizin qarşıda sehrli gələcəyiniz və Milad nağılınız var", - o uşaqlara deyib. Hersoq videomüraciətində qeyd edib ki, ölkə heç vaxt uşaqları unutmayacaq. Onların qohumu heç vaxt yaddan çıxmayacaq.
Muxalifet4 - 22-12-2019
"Vilyam Hacıyev ac-yalavac da ölüb gedəcək" - HAFİZ HACIYEV İCRA BAŞÇISI OLAN ƏMİSİ OĞLU HAQDA
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qohumu olan İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin ailəsi ilə bərabər yataqxanada kirayə qalması barədə verdiyi açıqlamasına münasibət bildirib. Hafiz Hacıyev demokrat.az-a açıqlamasında deyib ki, Vilyam Hacıyevin yataqxanada kirayə qalması barədə verdiyi açıqlama tamamilə yalandır: "Mən 10-12 ildir ki, onunla heç bir əlaqə saxlamıram. Çünki o, bədbəxt adamdır. Vilyam Hacıyev ac-yalavac da ölüb gedəcək. Mən onun əmlakları haqqında yayılan siyahıya baxmışam. Doğrusu, o siyahıda da reallıqdan uzaq məqamlar var.
Muxalifet4 - 22-12-2019
Bakıda yük maşınının körpüdən aşdığı anın görüntüsü – VİDEO
Bakıda yük maşınının körpüdən aşması anı kameraya düşüb. BAKU.WS xəbər verir ki, hadisə Binəqədi rayonu, Xocəsən qəsəbəsində qeydə alınıb. Kadrlardan da göründüyü kimi “Shacman” markalı yük maşınının sürücüsü qəfil idarəetməni itirib və körpüdən aşıb. Həmin anlar yaxınlıqdakı yanacaq doldurma məntəqəsinin kamerası vasitəsi ilə qeydə alınıb. Qeyd edək ki, qəzada iki nəfər ölüb. Onlar Masallı rayon sakinləri - 1990-cı il təvəllüdlü Əzim Ağabəy oğlu Məmmədov və 1992-ci il təvəllüdlü Xəzər İntiqam oğlu Hüseynovdur.
Muxalifet4 - 22-12-2019
Göranboyun icra başçısı da vətəndaşları "yadına saldı" - MÜŞAVİRƏ KEÇİRİB, TAPŞIRIQLAR VERDİ
Goranboy rayon icra başçısı Məhərrəm Quliyev aparat işçilərinin və aidiyyəti məsul şəxslərin iştirakı ilə müşavirə keçirib. Muxalifet.az xəbər verir ki, rayon İcra Hakimiyyətində baş tutan müşavirədə M.Quliyev tərəfindən bir sıra tapşırıqlar verilib. Belə ki, burada vətəndaş müraciətlərinə baxılması, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili ilə bağlı rayon tədbirlərinin təşkili məsələsi müzakirə olunub.
Muxalifet4 - 22-12-2019
Deputat Bakının ən prestijli otelində oğluna dəbdəbəli toy keçirdi - VİDEO
Milli Məclisin deputatı Cavanşir Feyziyev oğlu Orxan Feyziyevə dəbdəbəli toy keçirib. Mərasim paytaxtın ən prestijli otellərindən biri JW Marriott Absheron Baku-da təşkil olunub. Şəkinin oliqarx deputatının oğlu Orxan Feyziyev Pınar adlı xanımla ailə həyatı qurub. Toy mərasimində Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Röya Ayxan, Miri Yusif, müğənni Azad Şabanov, digər populyar ifaçılar və sənət adamları iştirak edib. Xatırladaq ki, cütlüklər bu ilin oktyabrında nişanlanmışdılar. Onların dəbdəbəli nişan mərasimi "Four Seasons Hotel Baku" otelində baş tutub.
Muxalifet4 - 22-12-2019
Əmlakını sığorta etdirməyən şəxslər hansı qurum tərəfindən cərimələnəcək? - VİDEO
Növbəti ildən etibarən evlərini sığorta etdirməyən şəxslər hər 20 gündən bir cərimə ediləcəklər. Muxalifet.az xəbər verir ki, 2020-ci il yanvar ayının 1-dən etibarən əmlakın icbari sığortalanmasına nəzarət daha da gücləndiriləcək. Sığorta məsələləri üzrə ekspert Tural Şükürov deyib ki, mülkiyyətində və faktiki sahibliyində daşınmaz əmlak olan bütün vətəndaşlar, sahibkarlar və hüquqi şəxslər sığorta müqaviləsini məcburi qaydada baglamalıdır. Ekspert cərimələrin kim tərəfindən edilməsi məsələsinə də aydınlıq gətirib.
Muxalifet4 - 22-12-2019
Yanvarın 1-dən bu smartfonlarda WhatsApp işləməyəcək - SİYAHI
WhatsApp messencerinin tərtibatçıları gələn il köhnə mobil əməliyyat sistemlərinə dəstək verməkdən imtina edirlər. Muxalifet.az həmin smartfonları təqdim edir. Köhnə smartfonlardan imtina iki mərhələdə həyata keçiriləcək. 2020-ci il yanvarın 1-dən WhatsApp Windows Phone ilə bütün cihazlarda işini dayandıracaq. 2020-ci il fevralın 1-dən isə messencer Android 2.3.7 və iOS 8 smartfonlarda işləməyəcək.
Muxalifet4 - 22-12-2019
Anar Nəcəfli dərsdə “teloxranitel” ilə oturan məmur nəvəsindən yazdığı “statusu” niyə sildi? - SƏBƏB
Xəbər verdiyimiz kimi, "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, tanınmış aparıcı Anar Nəcəfli sosial şəbəkə hesabında "status" yazaraq bildirib ki, onun övladının oxuduğu sinifdə vəzifəli şəxslərdən birinin nəvəsi də oxuyur və sinifdə mühafizə ilə birlikdə oturur. "Yeni Sabah" xəbər verir ki, tanınmış aparıcının açıqlaması mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunub. Bu müzakirələrdən sonra Anar Nəsəfli yazdığı "statusu" sosial şəbəkə hesabından silib. Aparıcının bu addımı sosial şəbəkələrdə yeni nüzakirələrə səbəb olub.
Muxalifet4 - 22-12-2019
“Bir çox namizədlər YAP-ın siyahısını açıqlamasını gözləyirlər" - FƏZAİL AĞAMALI
Azərbaycanda 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq bir çox dairələr üzrə namizədlərin irəli sürülməsinə başlanıb. Lakin hakim Yeni Azərbaycan Partiyası hələlik namizədlərin siyahısı haqqında məlumatları mətbuata dərc etdirməyib. Bəzi tanınmış şəxslər, nüfuzlu siyasətçilər isə hakim partiyanın namizəd siyahısını açıqlamasını gözləyirlər. Onlar partiyanın namizədləri ilə tanış olmadan öz dairələri haqqında qərar verməyə tələsmirlər.
Muxalifet4 - 22-12-2019
Aldadıb evinə çağırdığı kişiləri sevgilisinə döydürürmüş - Cinayətkar qadın tutuldu - VİDEO
Narkotik aludəçisi olan gənc qız inanılmaz cinayətə əl atıb. "Yeni Sabah" xəbər verir ki, o, "İnstagram"-da tanış olduğu kişiləri cinsi əlaqə üçün evinə dəvət edir, sonra isə sevgilisi ilə birlikdə şantaj edir, döyürmüş. Daha ətraflı videodan izləyin:
Muxalifet4 - 22-12-2019
"Ağstafanın başçısının başına gələnlər onun da başına gələcək” - FAZİL MUSTAFA
"Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyevin və müavinlərinin həbsi Azərbaycan Prezidentinin inzibati aparata nəzarəti gücləndirmək siyasətinin məntiqi nəticəsi oldu". Muxalifet.az xəbər verir ki, bunu virtualaz.org-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. Onun fikrincə, görünən odur ki, bəzi məmurlar bu ilin oktyabr ayının sonunda İlham Əliyevin Xaçmaz və Yevlax rayonlarının yeni təyin olunmuş başçıları ilə görüşdə səslənən xəbərdarlığına kifayət qədər əhəmiyyət verməyiblər.
Muxalifet4 - 22-12-2019
Kirayədə yaşadığını deyən icra başçısı 4 minlik kəmər taxır — FOTOFAKT
Kirayədə yaşadığını deyən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev brend markalı kəmər taxır. Demokrat.az-ın məlumatına görə, kirayədə qalmasından gileylənən İcra Hakimiyyəti başçısının kəməri "Stefano Ricci"dəndir. Hazırda sözügedən markanın satış qiyməti 2 min avro (4 min manat) təşkil edir. Maraqlıdır, İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşadığını deyən Vilyam Hacıyev bəs 4 min manata kəməri necə alıb?! Qeyd edək ki, müğənni Vasif Məhərrəmli də həmin markadan istifadə edir.
Muxalifet4 - 22-12-2019
ŞOK: "Azərbaycan İsrailin İrana zərbə vurmasına icazə verməyib" - RƏSMİ
Son günlər bəzi xarici elektron media resurslarında İsrailə məxsus hərbi təyinatlı vasitələrin guya Azərbaycanda yerləşdirilməsi və bu ərazidən İrana qarşı zərbə endiriləcəyi barədə xəbərlər yayılıb. Məsələn, İsrail24.info nəşri yazıb ki, “Azərbaycan hakimiyyəti İsrailə öz ərazisindən zərbələr endirməyə icazə verdi. İsrailin İrana qarşı açıq-aşkar təcavüzü Tel-Əvivin İran ərazisinə zərbə vurmaq üçün yeni bir tərəfdaş tapmasına gətirib çıxardı...
Muxalifet4 - 22-12-2019
DAĞLIQ QARABAĞIN STATUSU: Azərbaycanın vəd etdiyi “böyük kompromis” nədir... - BEYNƏLXALQ BÖHRAN QRUPUNUN HESABATINDA AÇIQLANIR
Xəbər verdiyimiz kimi Brüsseldə mənzillənmiş Beynəlxalq Böhran Qrupu (İnternational Crisis Group) Dağlıq Qarabağ münaqişəsinə dair yeni, kifayət qədər əhatəli və uzunmüddətli araşdırmaların nəticəsi olaraq hesabat açıqlayıb. Virtualaz.org bu hesabatdan işğal edilmiş Azərbaycan ərazilərində ermənilərin qanunsuz məskunlaşması prosesinin necə intensivləşdiyi və münaqişə regionda Rusiya qüvvələrinin yerləşdirilməsini nəzərdə tutan “Lavrov planı” barədə xülasələri artıq oxuculara çatdırıb.
Muxalifet4 - 22-12-2019
Şirvanın icra başçısı seçki məntəqəsinə niyə gedib? — FOTOLAR
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə müdaxilə etdiyi iddia olunur. Muxalifeat.az sosial şəbəkələrdə yayılan şikayəti təqdim edir: “Fotolar 46 saylı Şirvan Dairə Seçki Komissiyasının (DSK) 24 saylı Şirvan seçki məntəqsində çəkilib. İcra başçısının solunda dayanan Şirvan bələdiyyəsi üzvlüyünə namizəd İlham Səfərovdur. Onun həm də bələdiyyə sədri olacağı iddia olunur. Əvvələr Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olub. Fotoda başçıdan sol tərəfdə 3-cü 46 saylı Şirvan DSK-nın sədridir.
Muxalifet4 - 22-12-2019
Mehman Hüseynovun təşviqat materallarını kimlər cırıb? - POLİS ARAŞDIRACAQ
Mərkəzi Seçki Komissiyası (MSK) 31 saylı Suraxanı ikinci seçki dairəsindən Qaraçuxur bələdiyyəsinə namizəd Meyhman Hüseynovun sosial şəbəkələrdə paylaşdığı videogörütüyə münasibət bildirib. Muxalifet.az xəbər verir ki, APA-nın sorğusuna cavab olaraq MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib ki, 31 saylı Suraxanı ikinci seçki dairəsindən Qaraçuxur bələdiyyəsinə namizəd Mehman Hüseynovun təşviqat materiallarının çıxarılması ilə bağlı müraciətinə əsasən dairə seçki komissiyası qərar qəbul edərək aidiyyatı polis orqanına müraciət edib.
Muxalifet4 - 22-12-2019
Maradona yadplanetlilər tərəfindən oğurlandığını İDDİA ETDİ
Argentinalı futbolçu Diyeqo Maradona illər əvvəl yadplanetlilər tərəfindən oğurlandığını etiraf edib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə idmançı “Sun” nəşrinə müsahibəsində danışıb. Maradonanın sözlərinə görə, o, partidən qayıtdığı gün evinə gedib çıxmayıb. O, üç gün ortalıqda olmayıb, özü dediyi kimi, yadplanetlilər tərəfindən oğurlanıb. “Evə gələndə mən elə də dedim: “Onlar məni oğurlamışdı – mən bu barədə danışa bilmərəm”, - Maradona bildirib.
Muxalifet4 - 22-12-2019
Ramiz Mehdiyevin həyat yoldaşı yeni vəzifəyə təyin olundu - FOTO
Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Kommisiyasının əmri ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutu nəzdində "Kompüter elmləri" və "Ehtimal nəzəriyyəsi" ixtisasları üzrə riyaziyyat elmləri sahəsində fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün Dissertasiya şurası fəaliyətə başlayıb. AMEA İdarəetmə Sistemləri İnstitutu nəzdində təşkil olunan "Kompüter elmləri" ixtisası üzrə Dissertasiya şurasının sədri professor Qalina Mehdiyeva təyin olunub.
Muxalifet4 - 22-12-2019
Putin 2024-cü ildə hakimiyyətdən imtina edəcək? - QƏRB MƏTBUATININ CAVABINI AXTARDIĞI SUAL
Vladimir Putin 20 ilə yaxındır hakimiyyətdədir. O, jurnalistlərin suallarını nadir halda cavablandırır. Xüsusən, səlahiyyət müddətinin başa çatması haqda olan sualları. Lakin mətbuat konfransında Putin bir mesaj verib. “Der Spiegel” jurnalının Moksvadakı müxbiri Kristina Hebel həmin mesaja aydınlıq gətirir. Putin son illər mətbuata olan münasibətini dəyişməyib. “Kreml birliyinə” daxil olan jurnalistlər belə çox vaxt prezidenti televizor ekranlarında görürlər. Bu səbəbdən Beynəlxalq Ticarət Mərkəzində keçirilən tədbir Putin dünyasını anlamaq üçün ələ düşən nadir imkanlardan biridir.
Muxalifet4 - 22-12-2019