Bəyaz Hərəkat parlament seçkilərində iştirak edəcək

2 illik müddətdə ərzində göstərdiyi fəaliyyətlə milli mücadilənin əsas öncüllərindən olan Hərəkat seçki təbliğatına qısa zaman ayrılmasına baxmayaraq bütün fikir, ideya, məram, məqsəd və hədəflərimizi fərdi, kollektiv görüşlər və digər təbliğat vasitələri ilə millətimizə çatdıraraq üçün 9 fevral Milli Məcilisə seçkilərdə iştirak edəcək. Muxalifet.az bildirir ki, bu barədə Bəyaz Hərəkat təşkilatının rəhbəri Hürri Əliyev facebookda səhifəsində paylaşım edib. Bəyaz Hərəkat Azərbaycanın ərazi bütövlüyünün bərpası, Qarabağın azadlığının reallaşmasının, Böyük Azərbaycan dövlətinin və Turan Birliyinin yaranması yolunda mücadələ aparan gənclərin, aydınların qazilərin və bəyan olunan dəyərləri özünə amal seçən insanların birləşdiyi hərəkatıdır. 2 illik müddətdə ərzində göstərdiyi fəaliyyətlə milli mücadilənin əsas öncüllərindən olan Hərəkat seçki təbliğatına qısa zaman ayrılmasına baxmayaraq bütün fikir, ideya, məram, məqsəd və hədəflərimizi fərdi, kollektiv görüşlər və digər təbliğat vasitələri ilə millətimizə çatdıraraq üçün 9 fevral Milli Məcilisə seçkilərdə iştirak edəcək. İmkanlarından yararlanmaqla yüksək rəqabətli dairələrdən qələbəmizə əminliyimizi ifadə edirik. Bəyaz Hərəkat hər hansı bir seçim dönəmini özünün ali məqsədəçatma vasitəsi hesab etməyərək bəyan edir: 1. Bəyaz Hərəkat İdarə Heyəti üzvlərinin seçmək və seçilmək haqqına və hüququna hörmət edir. BH idarə heyətinin qərar və tövsiyyələrini, təşkilatımızın gücünü və əhatə dairəsini nəzərə almaqla aşağıda adları çəkilən şəhər və rayonlardan öz namizədlərini irəli sürür: Abşeron rayonu - 45 saylı seçki dairəsi Binəqədi rayonu – 10 saylı seçki dairəsi Xətai rayonu - 33 saylı seçki dairəsi Xəzər rayonu – 14 saylı seçki dairəsi Qaradağ rayonu - 11 saylı seçki dairəsi Nərimanov rayonu – 18 saylı seçki dairəsi Nəsimi rayonu – 22 saylı seçki dairəsi Səbayıl rayonu - 29 saylı seçki dairəsi Sabuncu rayonu - 27 saylı seçki dairəsi 10. Suraxan rayonu - 31 saylı seçki dairəsi Yasamal rayonu - 15 saylı seçki dairəsi1 Sumqayıt şəhəri – 44 saylı seçki dairəsi Gəncə şəhəri – 39 saylı seçki dairəsi Cəlilabad rayonu - 67 saylı seçki dairəsi Laçın rayonu - 121 saylı seçki dairəsi Gədəbəy rayonu – 104 saylı seçki dairəsi Neftçala rayonu - 61 saylı seçki dairəsi Salyan rayonu - 60 Saylı seçki dairəsi 2. Yaşından, siyasi mənsubiyyətindən asılı olmayaraq; 2.1 Ərazi bütövlüyümüzün bərpası, Qarabağın azad edilməsi yolunda milli maraqlarımıza zidd olan, hər hansı bir güzəştə şərait yaradan qərarların müzakirəsini və qəbulunu rədd edən, Azərbaycan sərhədlərini qoruyacaq bir ordu varsa onun öz silahlı qüvvələridir deyən; 2.2 Güney Azərbaycanda yaşayan soydaşlarımızın milli-mənəvi hüquqlarını daim müdafiə edərək Böyük Azərbaycan ideya və mübarizəsini fikirdə, sözdə və əməldə yaşadan; 2.3 Türk dünyasının və Türk dövlətlərinin maraqlarını dünyanın ali kürsülərində müdafiə edən hər bir vətəndaşımızı dəstəkləyir, onlara uğurlar arzulayırıq. Qeyd: Parlament seçkilərində iştirak edəcək namizədlərin siyahısı mətbuat konfransında açıqlanacaq. - Bəyaz Hərəkat İnformasiya Mərkəzi