Axtarış
The search found 105849 results in 0.139 seconds.
Search results
Almaniya ilə ABŞ arasında QALMAQAL - Diplomat işə qarışdı
ABŞ-la Almaniya arasında "Şimal axını-2" təbii qaz kəməri ilə bağlı qalmaqal böyüyür. Almaniya hökuməti ABŞ-ın "Şimal axını-2" layihəsi ilə bağlı sanksiyasını "Avropanın daxili işlərinə qarışmaq" kimi dəyərləndirib. Məsələ ilə bağlı danışan ABŞ-ın Berlindəki səfiri Riçard Qrenell sanksiya qərarının Avropanın lehinə olduğunu, bir çox avropalı diplomatın Vaşinqtona təşəkkür etdiyini vurğulayıb: "Məqsəd həmişə Avropanın enerji qaynaqlarının müxtəlifliyini təmin etmək və bir ölkənin və ya bir mənbənin enerji ilə Avropaya çox güclü bir təsir yaratmamasını təmin etməkdir". (Axar.az)
Muxalifet4 - 22-12-2019
Makron prezident təqaüdündən imtina etdi
Fransa Prezidenti Emmanuel Makron ölkə başçısı vəzifəsinin müddəti bitdikdən sonra dövlət tərəfindən ona ayrılacaq təqaüddən imtina edib.
Məlumatı Yelisey Sarayındakı mənbəyə istinadən “Parisien” nəşri yayıb.
Qeyd edilir ki, Makron prezident postunda birinci müddətin tamamlanmasından sonra müəyyən edilmiş ödənişlərdən, həmçinin ikinci müddətə yenidən seçilmə vaxtı Fransa liderinə nəzərdə tutulan məbləğdən imtina etmək barədə qərar qəbul edib.Muxalifet4 - 22-12-2019
ƏRDOĞANDAN SAVAŞ MESAJI - “Liviyada Mustafa Kamal Atatürk də döyüşüb”
Türkiyə Prezidenti Rəcəb Tayyib Türkiyə və Liviya arasında Aralıq dənizində sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı imzalanan müqavilənin qanuni olduğunu bəyan edib. “Piri Rəis” sualtı qayığının dənizə buraxılması mərasimində çıxış edən R. T. Ərdoğan deyib ki, 10 il əvvəl hakimiyyətdə olan Liviya lideri Müəmmmər Qəddafi ilə iki ölkənin Aralıq dənizindəki sərhədləri ilə bağlı razılaşma əldə olunub. T. Ərdoğan həmin dövrdə Liviyada baş verən olayların, M.
Muxalifet4 - 22-12-2019
Bakıda kütləvi dava - 3 NƏFƏR BIÇAQLANIB
Bakıda bıçaqlanma hadisəsi baş verib. Hadisə Sabunçu rayonu Ramana qəsəbəsində qeydə alınıb. Belə ki, baş verən kütləvi davada 1989-ci il təvəllüdlü Vəliyev Əli Cəmil oğlu, 1991-ci il təvəllüdlü Xəlilzadə Murad Məzahir oğlu, 1984-cü il təvəllüdlü Rzayev Vüsal Zöhrab oğlu bıçaqlanıb. Onlar dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin müayinəsindən sonra Ə. Vəliyevə ciyər nahiyəsinə bıçaq yarası, M. Xəlilzadəyə sağı döş qəfəsinin deşilmiş yarası, V. Rzayevə isə sağ bud nahiyəsindən bıçaq yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. /Report
Muxalifet4 - 22-12-2019
Bakıda gənc oğlan tapanca ilə güllələndi - FOTO
Bakının Yasamal rayonunda güllələnmə hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Şərifzadə küçəsində qeydə alınıb. Binəqədi rayon sakini, 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu naməlum şəxs tərəfindən idarə etdiyi 10-OP-021 dövlət nişanlı "VAZ 2121" ("Niva") markalı avtomobilində tapança ilə güllələnib. Ona ümumilikdə üç güllə vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.
Muxalifet4 - 22-12-2019
VASİF TALIBOV VİTSE-PREZİDENT GƏTİRİLİR? - Reallığa bənzəməyən həqiqətlər və... /TƏHLİL
Hakimiyyətin iki klanlı sistemdən bir klanlı sistemə keçmək planları çətin gedir, deyəsən. Köhnə qvardiya üzvlərinin ard-arda sıradan çıxarılması onların kilid adamını da dillənməyə vadar etdi. PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyev ard-arda iki məqalə yazaraq Paşayevlərə mesajını çatdırdı.
Muxalifet4 - 23-12-2019
Ermənilər ordumuzun mövqelərini ATƏŞƏ TUTDU - Snayperlər gecəboyu susmadı
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Muxalifet4 - 23-12-2019
Bakıda DƏHŞƏTLİ HADİSƏ: 3 yaşlı uşaq pəncərədən yıxılıb öldü
Bakıda ehtiyatsızlıqdan pəncərədən yıxılan 3 yaşlı uşaq dünyasını dəyişib. Bu barədə Lent.az -a 1 saylı Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Xəstəxanadan daxil olan xəbərə görə, 2016-cı il təvəllüdlü Hüseynova Elif Bəhruz qızı bu gün səhər saatlarında ölüb. Qeyd edək ki, apa-nın məlumatına görə, hadisə dünən axşam saatlarında Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib. Valideyn nəzarətindən kənar qalan 3 yaşlı E.Hüseynova binanın 3-cü mərtəbəsindən yıxılıb. O, ağır xəsarətlə 1 saylı xəstəxanaya yerləşdirilib.
Muxalifet4 - 23-12-2019
Bakıda baş verən atışma barədə NAZİRLİKDƏN AÇIQLAMA
Dekabrın 22-də Yasamal rayonunda baş verən silahlı insident nəticəsində yaralananların vəziyyəti orta-ağırdır. Bunu Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib. P. Abubəkirov bildirib ki, gecə saatlarında xəstəxanaya iki yaralı kişi çatdırılıb. 30 yaşlı kişiyə döş qəfəsinin içəri keçməyən odlu silah yarası diaqnozu qoyulub. Bir neçə dəqiqədən sonra isə, sağ baldırın odlu silah yarası diaqnozu ilə 32 yaşlı kişi Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hər iki yaralıya həkimlər lazımı tibbi yardım göstəriblər, vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.
Muxalifet4 - 23-12-2019
Yasamalda güllələnən Zülfünün FOTOLARI YAYILDI
Dünən Yasamal rayonunda güllələnən Zülfü Muradovla bağlı yeni məlumatlar ortaya çıxıb. Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, onun topdansatış meyvə ticarəti ilə məşğul olduğu bildirilir. Məlumata görə, Z.Muradov bir neçə ay əvvəl qısa müddətli həbsdə olub. O, özünün sosial şəbəkədəki hesabında məclislərdən birində məşhur meyxanaçı Rəşad Dağlı ilə birgə fotosunu da paylaşıb. Qeyd edək ki, naməlum şəxs “Niva” sürən Z.Muradovu və onun yanında olan İlkin Babayevi güllələyib. Zülfüyə ümumilikdə dörd güllə vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Muxalifet4 - 23-12-2019
Sabiq icra başçısının övladları Türkiyədə biznes qurdu - FOTO
Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyevin övladları Türkiyədə mehmanxana biznesi ilə məşğuldurlar. Bu haqda məlumatı jurnalist Hafiz Babalı paylaşıb. O, bildirib ki, Elmar Vəliyevin övladları 2016-cı ilin noyabr-dekabr aylarında 3 şirkət yaradıblar. Kübra, Lalə və Elmir Vəliyevlar İstanbuldakı “Vista İnşaat ve Dış Ticaret A.Ş.”, “Costa Turizm İnşaat ve Dış Ticaret A.Ş.” və “Expa Turizm İthalat İhracat ve İnşaat A.Ş.” şirkətlərinin 25/25/50 faiz pay nisbəti ilə payçılarıdır. Vəliyevlər bu şirkətlərə torlam 300 000 lirə yatırıblar. E.
Muxalifet4 - 23-12-2019
Azərbaycanlı investorlar Türkiyədə ada almaq istəyir
Türkiyədə 467 milyon lirə dəyərində 4 ada və 1 yarımada internet üzərindən satışa çıxarılıb. “Report” türk mətbuatına istinadən xəbər verir ki, adalardan 3-ü və yarımada Egey və Aralıq dənizlərində, 1 ada isə Bursa şəhərindəki Uluabat gölündə yerləşir. Artıq həmin daşınmaz əmlakları almaq istəyənlər var. Təkliflərlə çıxış edənlər yerli investorlarla yanaşı, Azərbaycan, İran, Rusiya, İran, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərindən olan investorlardır.
Muxalifet4 - 23-12-2019
"SOSİAL GƏRGİNLİK YARANACAQ” - Ekspert evlərin icbari sığortasından yazdı
“Sosial şəbəkələrdə, dövri mətbuatda yayılmış məlumatlara görə, gələn ildən bütün mənzillər icbari sığortalanmasa cərimələr tətbiq edilməyə başlayacaq. Əslində bu məsələ çoxdan var, sadəcə indi qabardılıb”. Muxalifet.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Samir Əliyev sosial şəbəkədə yazıb. Ekspert bildirib ki, “İcbari sığortalar haqqında” Qanun 2011-ci ildə, İnzibati Xətalar Məcəlləsi isə 2015-ci ildə qəbul edilib: “Birdən-birə bu məsələnin yada düşməsində yeni qazanc mənbəyi əldə etməyə çalışan sığorta şirkətlərinin xidmətləri yüksəkdir.
Muxalifet4 - 23-12-2019
RUS QIRICILARI GECƏ HÜCUMA KEÇDİ - 9 dinc sakin həlak oldu
Rusiyanın İdlin Gərginliyi Azaltma Bölgəsində həyata keçirdiyi hava hücumları nəticəsində 9 nəfər dinc sakin həlak olub. Müxaliflətə məxsus müşahidə evinin məlumatına görə, Rusiyaya məxsus hərbi təyyarələr dünən gecə saatlarında Maarratünnuman rayonu, Cercenaz, Tel Mennis, Masaran, Dery Garbi, Gadafa, Han əs Sübül və Babbila məntəqələrinə hücum edib. İdlibdəki Ağ Beretlilər qrupunun məlumatına görə, Rusiyanın hücumları nəticəsində Maarratünnuman rayonunda 4, Masaran kəndində 5 nəfər olmaqla 9 mülki vətəndaş həlak olub./Hurriyyet.org
Muxalifet4 - 23-12-2019
İmpiçment gərginliyinin Türkiyə-Amerika əlaqələrinə təsiri - 2020 ƏRDOĞAN ÜÇÜN ÇƏTİN KEÇƏCƏK
Türkiyədə gözlər prezident Donald Trampın impiçmenti prosesinə yönəlib və impiçmentin gərginləşən ABŞ-Türkiyə əlaqələrinə necə təsir edəcəyi ilə bağlı suallar ortaya çıxır.
Narahatlıq impiçment prosesi nəticəsində Trampın Türkiyəni Konqresin getdikcə artan düşmən mövqeyindən qoruya bilməməsindən irəli gəlir. Çoxları bunun Türkiyənin iqtisadi və təhlükəsizlik maraqlarına mənfi təsir edəcəyini düşünür.
Muxalifet4 - 23-12-2019
İqbal Ağazadə Rauf Arifoğluna meydan oxudu - “MƏN BELƏ ETMƏZDİM, UDUZACAQSINIZ!...”
Ümid Partiyasının sədri İqbal Ağazadə Yeni Müsavat Media Qrupunun sahibi Rauf Arifoğlunun onun namizəd olduğu 35 saylı Xətai Seçki Dairəsindən namizədliyini elan etməsinə münasibət bildirib. “AzPolitika.info” xəbər verir ki, partiya sədri dostluq münasibətləri olan R.Arifoğlunun bu qərarından narazılığını gizlətməyib, lakin qalib gələcəyinə inamını ifadə edib. “Bizim mücadilə və mübarizəmiz dəyərlər və qanunlar üçündür. Biz bu ölkədə dəyərlərin və hüququn aliliyi naminə hər şeyimizdən keçməyə hazırıq.
Muxalifet4 - 23-12-2019
İCRA BAŞÇISI XƏSTƏXANAYA YERLƏŞDİRİLİB? - Rəsmi açıqlama
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun səhhəti ilə bağlı yayılan məlumatlar yalan və iftiradır. Bu barədə “Report”un Cənub Mərkəzinə Lənkəran Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda bildirilib ki, icra başçısı Taleh Qaraşov hazırda iş başındadır: “Bəzi saytlarda və xəbər portallarında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilməsi ilə bağlı yalan və əsassız xəbərlər dərc edilib. Taleh Qaraşov öz iş fəaliyətini normal şəkildə davam etdirir, heç bir xəstəlikdən də əziyyət çəkmir.
Muxalifet4 - 23-12-2019
MSK saat 12:00-a olan seçici fəallığını açıqladı
Mərkəzi Seçki Komissiyası bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı saat 12:00-a olan seçici fəallığını açıqlayıb. MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucovun saat 12:00-a olan səsvermənin gedişi və nəticələri barədə bildirib ki, respublika üzrə seçici fəallığı 898452 nəfər təşkil edib. Seçici fəallığı 18,07 faiz olub. Qeyd edək ki, bələdiyyə seçkilərində səsvermə prosesinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq.
Muxalifet4 - 23-12-2019
Əhalinin cəmi 50 faizi seçicidir? – MÜƏMMA
Mərkəzi Seçki Komissiyası (MSK), Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi(ƏƏSMN) və Dövlət Statistika Komitəsinin (DSK) rəsmi məlumatları əhalinin sayı ilə bağlı gülməli nəticəyə səbəb olub. Muxalifet.az “Yeni Sabah”a istinadən xəbər verir ki, sosial şəbəkələrdə müzakirə olunan bu nəticəni adıçəkilən qurumların məlumatlarını şərh edən “Güzəran” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Qadir İbrahimli ortaya çıxarıb.
Muxalifet4 - 23-12-2019
Argentinada kitab oğurlayan səfir VƏZİFƏSİNDƏN İSTEFA VERDİ - Foto
Argentinada kitab oğurluğunda ittiham edilərək ölkəsinə geri çağırılan Meksikanın bu ölkədəki 76 yaşlı səfiri Oskar Rikardo Valero vəzifəsindən istefa verib. Bu barədə Meksikanın Xarici İşlər nazirli Marselo Ebrard özünün “Twitter” səhifəsində yazıb. O bildirib ki, diplomat "səhhətində yaranan problemə görə" istefa verib. “Rikardo Valero böyük şəxsiyyətdir, onu nevroloji müalicə gözləyir. Ona tezliklə sağalmağı arzu edirəm”. Qeyd edək ki, Meksikanın Argentinadakı səfiri Oskar Rikardo Valero Buenos-Ayresdə mağazadan kitab oğurlayan zaman saxlanılıb.
Muxalifet4 - 23-12-2019