“Deputat seçilir, sonra da dairəsi ilə maraqlanmır” - ÖLKƏ BAŞÇISI PARLAMENT SEÇKİLƏRİ HAQDA / VİDEO

Baxış sayı:
2543

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev yerli jurnalistlərə müsahibə verib. Dövlət başçısı müsahibə zamanı gələn ilin 9 fevral tarixində keçiriləcək növbədənkar parlament seçkilərindən də danışıb. Dövlət başçısının sözlərinə görə, növbədənkənar parlament seçkilərinin əsas məqsədi ondadır ki, vaxt itirmədən yeni çağırışlara uyğun qanunvericilik bazası formalaşsın və qanunvericilik sahəsində atılan addımlar ümumi islahatlar kursunu dəstəkləsin.