Axtarış
The search found 105849 results in 0.036 seconds.
Search results
Gürcüstan XİN başçısından “Keşikçidağ” AÇIQLAMASI
Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani “Keşikçidağ” monastır kompleksi məsələsi ilə bağlı açıqlama verib.
D.Zalkaliani Tbilisədə jurnalistlərə açıqlamasında deyib ki, Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın növbəti iclasının tarixi dəqiqləşdirilir.
O xatırladıb ki, bu məsələ Gürcüstanın Baş naziri Giorgi Qaxarianın Azərbaycana rəsmi səfəri zamanı da müzakirə edilib.
Nazirin sözlərinə görə, ən qısa zamanda Tbilisidə komissiyanın növbəti görüşünün keçirilməsi planlaşdırılır.Muxalifet4 - 23-12-2019
Azərbaycan şou-biznesində ŞOK qalmaqal — Nişan, +18 görüntülər ...- VİDEO
Ötən həftə Azərbaycan şou-biznesində bir sıra maraqlı hadisələr baş verib. Olke.az xəbər verir ki, həftənin ən yadda qalan hadisəsi məşhur aparıcının intim videolarının yayılması oldu. Bəs, həmin aparıcı kimdir, sözügedən görüntülər necə yayılıb. Daha ətraflı videodan izləyin:
Muxalifet4 - 23-12-2019
“Kim nə deyirsə desin, siqaret cahilliyin əsəridir…” - Fazil Mustafadan QALMAQALLI AÇIQLAMA
“ABŞ Konqresi tütün məmulatlarını satın alma yaşını 18-dən 21-ə qaldıran qanun qəbul etdi. ABŞ Konqresinin qəbul etdiyi bir sıra siyasi xarakterli qərarlara etiraz bildirsək də, bu qərarın Azərbaycan üçün də faydalı olacağını düşünürəm. Kim nə deyirsə desin, siqaret cahilliyin əsəridir, öz yaradılış mahiyyəti haqqında sağlam bilgisi olan və məsuliyyətli insan ola bilməz ki, siqaret və ya qəlyan aludəçisi olsun”.
Muxalifet4 - 23-12-2019
Qadının itini güllələyib öldürdülər - SABİRABADDA
Sabirabadda iti güllələyən şəxsdən silah götürülüb. Muxalifet.az xəbər verir ki, dekabrın 20-də Sabirabad RPŞ-yə müraciət edən Rüstəmli kənd sakini F.Şükürova həmin gün saat 20 radələrində həmkəndlisinin tüfəngdən atəş açaraq onun itini öldürdüyünü bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində kənd sakini S.Şükürovdan müvafiq sənədləri olmayan “Bum” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır./publika.az/
Muxalifet4 - 23-12-2019
İqbal Ağazadə ilə Rauf Arifoğluna gözlənilməz rəqib - Araz Əlizadə: “Mənə nə olub ki...”
"Müalicəm davam edir. Həyat da mübarizədir. Hər şey qaydasındadır”. Muxalifet.az xəbər verir ki, bu fikirləri modern.az-a V çağırış Milli Məclisin deputatı olan Araz Əlizadə səhhəti barədə danışarkən deyib. Araz Əlizadə növbədənkənar parlament seçkilərinə qatılacağından da söz açıb: “Səhhətim növbədənkənar parlament seçkilərinə qatılmağa imkan verir. Mənə nə olub ki?!. Siz özünüz də jurnalistsiz. Jurnalistlərin yazdıqlarına inanırsız?! Seçkilərə qatılacam”. O, V çağırış Milli Məclisin deputatı hansı dairədən növbədənkənar parlament seçkilərinə qatılması barədə suala cavab verməyib.
Muxalifet4 - 23-12-2019
ABŞ bu təyyarədən kosmosa hipersəs sürətli raket çıxarmaq üçün istifadə edəcək - FOTO/VİDEO
ABŞ dünyada ən böyük təyyarə hesab edilən və sınaqları bu yaxınlarda tamamlanan “Scaled Composites Stratolaunch Model 351” təyyarəsindən kosmosa hipersəs sürətli raket qaldırmaq üçün istifadə edə bilər. Amerika mənbələri xəbər verir ki, “Stratolaunch” layihəsinin yeni rəhbəri prezident Donald Trampa və hərbi-sənaye kompleksinə bağlı Stiv Freynberqdir. Freynberq milyarderdir, “Cerberus Capital Management” şirkətinin sahibidir və ABŞ prezidenti yanında xarici kəşfiyyat üzrə məşvərət şurasının rəhbəridir.
Muxalifet4 - 23-12-2019
ŞOK: Türkiyə diplomatının avtomobili yandırıldı
Yunanıstanın Saloniki şəhərindəki Türkiyə konsulluğunun diplomatlarından birinin avtomobili yandırılıb. Muxalifet.az report-a istinadən xəbər verir ki, yanğın dekabrın 23-də səhər saatlarında olub. Bildirilib ki, avtomobil arxa təkərlərinə şam yerləşdirilərək yandırılıb. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov başqa avtomobillərə keçməyib. Yerli polis hadisə ilə bağlı araşdırma aparır. Yanğının törədənin kimliyi məlum deyil.
Muxalifet4 - 23-12-2019
SENSASİON QƏRAR: Türkiyəyə qarşı müharibə hazırlığı - ÇOX SAYDA TEXNİKA YERİDİLDİ
Misirin çevrilişçi prezidenti Əbdülfəttah Sisinin Liviyaya çox sayda tank göndərdiyi xəbəri yayılıb. Xəbərdə Sisinin bu həmləni Türkiyə prezidenti R.T.Ərdoğanın addımlarına qarşı cavab olaraq etdiyi bildirilir.
Muxalifet4 - 23-12-2019
Həbs edilən icra başçısının yerinə PA-dan onu göndərdilər - FOTO
Həbs edilən Ağstafa rayon İcra Hakimiyyəti başçısı Nizaməddin Quliyevi əvəzləmək üçün Prezidentinin Administrasiyasından səlahiyyətli şəxs təyin edilib. Muxalifet.az bildirir ki, unikal.org-un əldə etdiyi məlumata görə, hazırda Prezidentinin Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin baş məsləhətçi Nəsir Muxtarlı Ağstafa İcra başçısı vəzifəsini əvəzləyir. N.Muxtarlı artıq icra hakimiyyətinin məsul şəxsləri, nümayəndəliklər və bələdiyyələrlə görüş keçirib, tapşırıq və tövsiyyələrini də verib.
Muxalifet4 - 23-12-2019
Novruz Məmmədovun İspaniyada milyonluq evi üzə çıxdı - FOTO
Rusiyalı jurnalistlər İspaniya Krallığının Alteya şəhərində Azərbaycanın keçmiş Baş naziri Novruz Məmmədova məxsus əmlakı aşkar ediblər. Muxalifet.az xəbər verir ki, bu haqda BAKU.WS "Novaya qazeta" nəşrinə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, Novruz Məmmədov İspaniyadakı elit kompleksdə Rusiya Patriarxlığının xarici əlaqələr şəbəsinin rəhbəri mitropolit İlarionla qonşudur. Qonşuların dediyinə görə, İlariona bahalı mənzili hədiyyə ediblər. Repetidor küçəsindəki mənzillərin ümumi sahəsi 235 kv.metrdən çoxdur və qiyməti (2011-ci ildə) 950.000 avro təşkil edir.
Muxalifet4 - 23-12-2019
Seçki məntəqəsində insident - POLİS ÇAĞIRILDI
Mərkəzi Seçki Komissiyasına seçki proseduru ilə bağlı rəsmi şikayət daxil olmayıb. Amma sosial şəbəkələrdə bununla bağlı bəzi məlumatlar var və həmin məlumatlar araşdırılır. Muxalifet.az-ın modern.az-a istinadən məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, Neftçalada 61 saylı Seçki Dairəsinin 33 saylı seçki məntəqəsinə polis dəvət edilib: "Məntəqə bununla bağlı dairə seçki komissiyasına müraciət edib.
Muxalifet4 - 23-12-2019
Erməni generaldan SENSASİON AÇIQLAMALAR - Sərkisyan müxalifəti neçəyə almışdı, Rusiya kəşfiyyatı ondan niyə narazı idi...
Ermənistanın eks-prezidenti Serj Sərkisyan hakimiyyətdə olanda müxalifəti pulla alıb. Və Dağlıq Qarabağın ətrafındakı 5 rayonunun milyardlarla dollarlıq investisiya əvəzində qaytarılması planını ABŞ-la müzakirə etdiyi üçün Rusiya Federal Kəşfiyyat Xidməti ondan narazı imiş. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Konstitusiyanın, ictimai asayişin mühafizəsi, terrorla mübarizə Baş idarəsinin keçmiş rəisi, general-mayor Tiqran Barseqyanın “Joqovurd” qəzetinə müsahibəsində (müsahibənin xülasəsini epress.am dərc edib) açıqlanır.
Muxalifet4 - 23-12-2019
Kaşıkçı cinayəti ilə bağlı 5 NƏFƏR EDAM EDİLƏCƏK - Baş konsul, baş müşavir və generala cəza verilmədi
İstanbulda yerləşən Səudiyyə Ərəbistanı Baş Konsulluğunda öldürülən jurnalist Camal Kaşıkçının cinayəti ilə bağlı mühakimə edilən şəxslərdən 5 nəfərinə edam cəzası, 3 nəfərə də ümumilikdə 24 il həbs cəzası verilib. Cinayətin “ev sahibi” olan baş konsul Məhəmməd əl Uteybi, cinayəti idarə elədiyi iddia edilən və vəliəhd şahzadə Məhəmməd bin Salmanın baş müşaviri olan Səud əl Kahtani və edam qrupunun rəhbəri general Əhməd əl Asiriyə cəza verilməyib. Səudiyyə Ərəbistanın Baş Prokurorluğu Kaşıkçı cinayətinin məhkəməsində 5 nəfər barəsində edam cəzası hökmü verildiyini açıqlayıb.
Muxalifet4 - 23-12-2019
Saat 15:00-dək 30 faizə yaxın seçici səs verib - RƏSMİ AÇIQLAMA
Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 15:00-dək olan seçici fəallığı açıqlanıb.
Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, 118 seçki dairəsi üzrə 5049 seçki məntəqəsində seçici fəallığı bu saatadək 26,88 faiz olub.
O, səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 1 336 733 nəfərinin səs verdiyini diqqətə çatdırıb.
Muxalifet4 - 23-12-2019
ŞƏMKİRDƏ SEÇKİ SAXTAKARLIĞI – Sesvermədə iştirak edən vətəndaşların sayı dəfələrlə artırılır və… / VİDEO
Şəmkir şəhər 98 saylı seçki dairəsində saxtakarlıq faktı üzə çıxıb. Hurriyyet.org xəbər verir ki, sözügedən dairədən bələdiyyə üzvlüyünə namizəd olan İbrahim İbrahimov saxtakarlıq faktları ilə bağlı aidiyyəti qurumları məlumatlandırıb. Namizədin “Qaynar xəttə” (115) zəng vurmasını əks etdirən görüntüləri oxucularımıza təqdim edirik:
Muxalifet4 - 23-12-2019
NATO-Rusiya qarşıdurması güclənir - ADMİRAL XƏBƏRDARLIQ ETDİ
NATO kəşfiyyat təyyarələrinin Rusiya sərhədlərində həyata keçirdiyi uçuşların intensivliyi artıb.
Bunu Baltik Donanmasının komandiri, admiral Aleksandr Nosatov “Krasnaya Zvezda” qəzetinə müsahibəsində deyib.
O bildirib ki, Rusiyanın dəniz və quru sərhədləri boyunca müxtəlif siniflərə aid kəşfiyyat təyyarələrinin uçuşları çoxalıb. Belə ki, onun sözlərinə görə, ötən il bu rəqəm 578 idisə, 2019-cu ildə 800-ə yüksəlib. Döyüş təyyarələrinin fəallığı isə iki dəfə artıb.
Muxalifet4 - 23-12-2019
TİFLİSDƏ 3 ÖLKƏNİN XİN RƏHBƏRİNDƏN MÜHÜM BƏYANAT - Tam mətn
Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyənin Xarici İşlər nazirlərinin səkkizinci üçtərəfli görüşü keçirilib. Görüşdən sonra birgə bəyanat qəbul olunub. Nazirlər həm siyasi dialoq, həm də spesifik üçtərəfli layihələrin icrası üçün vacib bir platforma kimi Xarici İşlər Nazirlərinin əvvəlki Üçtərəfli Görüşlərində qəbul olunmuş Trabzon Bəyannaməsi, Batumi Birgə Kommünikesi, Gəncə, Qars, Tbilisi, Bakı və İstanbul Bəyannamələrindəki öhdəliklərini vurğulayıblar. Onlar ölkələr arasında artan ikitərəfli və üçtərəfli əməkdaşlıqdan məmnunluq ifadə ediblər.
Muxalifet4 - 23-12-2019
6 nəfərin yaralandığı qəzanı tanınmış ektrasens törədib – FOTO
Xəbər verdiyimiz kimi, dünən Hacıqabulda “Toyota" markalı avtomobilin aşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 6 nəfər xəsarət alıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzanı törədən şəxs tanınmış ektrasens Almaz Yolçiyevadır (Ədilova). O və ailə üzvləri hazırda Hacıqabul Mərkəzi xəstəxanasında müalicə alır. Qeyd edək ki, yaralılar 2003-cü il təvəllüdlü Yolçiyeva Sevgi, 2016-cı il təvəllüdlü Qarayev Fərid, 2006-cı il təvəllüdlü Yolçiyeva Gülər, 2007-ci il təvəllüdlü Qarayeva Ayşən və 2004-cü il təvəllüdlü Qarayeva Nərmindir.
Muxalifet4 - 23-12-2019
“Ən çox pul elə kirayədə qaldığını deyən icra başçısındadır...” - RƏŞİD MAHMUDOV
Xəbər verdiyimiz kimi bir neçə gün öncə Ağstafanın icra başçısı və köməkçilərinin həbsi ölkədə rezonansa səbəb oldu. Aparılan islahatlar nəticəsində məlum oldu ki, artıq heç də əvvəlki kimi icra başçılarının özbaşınalıqlarına bu qədər göz yumulmayacaq. Muxalifet.az xəbər verir ki, moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov bildirdi ki, ölkənin sərvətini talayan məmurların cəzalandırılması vacibdir: “İcra başçılarına artıq bildirilməlidir ki, ölkənin sərvətini bu qədər talan etmək olmaz. Onlar insanlara xidmət etməlidir.
Muxalifet4 - 23-12-2019
“Lotu Quli”yə qarşı yeni cəbhə yaradılır - RUSİYA MƏTBUATININ ŞƏRHİ
Rusiyanın bir nömrəli “qanuni oğru”su Zaxari Kalaşov (“Şakro Molodoy”) azərbaycanlı “qanuni oğru” Nadir Səlifov (“Quli”) və onun müttəfiqi Merab Canqveladzeyə qarşı yeni cəbhə yaradır. Yenisabah.az xəbər verir ki, Zaxari Kalaşovun “qanuni oğru”lar Quram Çixladze (“Kvejeoeviç”) və Teymuraz Çuradze (“Aleko Şoşiya”) arasındakı konfliktə son qoyması Rusiya mətbuatında belə şərh edilir.
Muxalifet4 - 23-12-2019