Axtarış
The search found 105849 results in 0.084 seconds.
Search results
Sabiq Avropa çempionumuz ABŞ-da milyon dollarlıq döyüşə çıxacaq
Sərbəst güləş üzrə sabiq Avropa çempionumuz, 2008-сi il Olimpiadasında Azərbaycanı təmsil etmiş Əli İsayev MMA-da növbəti döyüşünü keçirəcək. Oxu.Az xəbər verir ki, PFL (Peşəkar Döyüşçülər Liqası) 10 turniri çərçivəsində yeddi görüş baş tutacaq. Onlardan altısı hər çəkinin 2019-cu il üçün qalibini müəyyənləşdirəcək. Bunların içində ağırçəkili Əli İsayevlə Cared Roşoltun görüşü də var. Dağıstandan olan 36 yaşlı Əli hələ ki MMA-da məğlubedilməzdir. İsayev keçirdiyi bütün səkkiz görüşdə qalib olub. O bunlardan üçündə nokautla qalib gəlib.
Muxalifet4 - 21-12-2019
"ABŞ tezliklə “nəfəs almağı” da qadağan edəcək" - RUSİYADAN AÇIQLAMA
Ölkələrə iqtisadiyyatın real sektorunun inkişafını qadağan edən ABŞ tezliklə onlardan “nəfəs almağı dayandırmağı” da tələb edə bilər.
TASS xəbər verir ki, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Şimal axını-2” və “Türk axını” qaz kəməri layihələrinə qarşı sanksiyaların qüvvəyə minməsi məsələsini şərh edərkən deyib.
“22 trilyon dollar dövlət borcu olan ölkə kredit qabiliyyətli ölkələrə iqtisadiyyatının real sektorunu inkişaf etdirməyi qadağan edir”, - Zaxarova bildirib.
Muxalifet4 - 21-12-2019
““İnqilabın canavarı” acdır, ona yeni qurbanlar lazımdır” - ERMƏNİ POLİTOLOQ
“Ermənistanda “Tuşonka” və “1 Mart” serialları izləyicilərini itirir, baş nazir administrasiyasına yeni cadılar, “xalqın qanını içənlər” lazımdır və aparıcı ssenarist “övladlarımızı xaricilərə satırlar”, deyə yeni həssas bir şüar tapıb”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni siyasi şərhçi Areq Simonyan qeyd edib. Onun sözlərinə görə, dekabrın 18-də planlaşdırılan məlumat dəstəyi ilə “Uşaqları valideynlərdən qanunsuz ayırmaq” adlı yeni “cinayət serialı” başlayıb.
Muxalifet4 - 21-12-2019
“Qarabağdakı “seçkilər” Ermənistanın təhlükəsizliyinə təhdiddir” - ERMƏNİ SİYASƏTÇİDƏN ETİRAF
“Qarabağda atmosfer hər keçən gün daha çox zəhərlənir. Aşağı, yuxarı 100 min əhalisi olan kiçik bir ərazidə “müstəqil bir dövlət” oyunu demək olar ki, bütün sosial enerjini və resursları mənimsəyir”. Bunu “Sasna Tsrer” partiyasının nümayəndəsi Jirayr Sefilyan öz “Facebook” səhifəsində yzaıb. Onun sözlərinə görə, qondarma qurumdakı “rəhbər yarışması” burda yaşayan insanları əzir və parçalayır.
Muxalifet4 - 21-12-2019
2020-də Rusiya ilə Qərbin münasibətlərində "BUZ DÖVRÜ" başlayacaq - TƏHLİL
Rusiya prezidenti Vladimir Putin cümə axşamı dörd saat davam edən yekun mətbuat konfransı zamanı Vaşinqtonda aparılan impiçment prosesində ABŞ prezidenti Donald Trampa dəstəyini ifadə edib. Amerikalı Demokratları Trampı impiç etmək üçün “uydurma səbəblər” irəli sürməkdə ittiham edən Rusiya lideri onların 2016-ci il prezident seçkisində məğlub olduqlarna görə qəzəbli olduqlarını söyləyib. "İmpiçment daxili siyasi çəkişmənin davamıdır", Putin deyib. Putin əlavə edib ki, Respublikaçıların nəzarət etdiyi Senatın Trampı vəzifəsindən azad etmək ehtimalı çox aşağıdır.
Muxalifet4 - 21-12-2019
Amerikanın büdcəsi 1,4 trilyon dollar oldu - TRAMP BÜDCƏNİ TƏSDİQ ETDİ
ABŞ prezidenti Donald Tramp federal höküməti gələn ilin sentyabr ayınadək maliyyələşdirəcək iki büdcə layihəsini imzalayıb və beləcə hökümətin bağlanmasının qarşısını alıb. Ümumi dəyərləri 1.4 trilyon dollar olan büdcə layihələrinə mülki hökümət işçilərinin maaşına 3.1 faizlik artım daxildir. Tramp imzaladığı 38 milyard dollarlıq müdafiə büdcə layihəsi ilə fəza qüvvəsinin yaranmasını və federal işçilərin 12 həftəlik valideynlik məzuniyyəti ilə təmin olunmasını təsdiq edib. Respublikaçıların nəzarət etdiyi Senat çərşənbə axşamı 738 milyard dollarlıq müdafiə büdcəsini təsdqiləyib.
Muxalifet4 - 21-12-2019
ABŞ sanksiyaları Almaniyanı qəzəbləndirdi-VAŞİNQTONUN CAVABI VERİLƏCƏK
Almaniyanın vitse-kansleri və maliyyə naziri Olaf Scholz, Berlinin "Şimal axını-2" qaz boru kəmərini çəkən şirkətlərə tətbiq etdiyi ABŞ sanksiyalarına qəti qarşı olduğunu söylədi. Muxalifet.az bu barədə "Reuters"ə istinadla xəbər verir. Siyasətçi ABŞ-ın sanksiyalarını Almaniya və Avropanın daxili işlərinə ciddi müdaxilə adlandırdı. "Aydındır ki, biz bu sanksiyaların tətbiqi ilə razılaşmayacağıq və bunu ABŞ hökumətinə aydın şəkildə göstərməyə çalışacağıq" dedi. Scholz-a görə, "Şimal Axını-2"-nin inşasında iştirak edən şirkətlər növbəti addımlar barədə özləri qərar verməli olacaqlar.
Muxalifet3 - 21-12-2019
Trampın sanksiya qərarı Avropada hiddətlə qarşılandı - QARŞIDURMA
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Rusiyanın dövlət şirkəti olan "Qazprom"-un Avropa Birliyinə boru kəmərini tikib bitirməsinə kömək edən istənilən firmaya qarşı sanksiyalar tətbiq etməyi nəzərdə tutan bir qanun imzalayıb.
Sanksiyalar "Şimal Axını 2"- Rusiyanın Almaniyaya qaz ixracını artırmağa yardım edəcək sualtı xətti layihəsini reallaşdıran firmaları hədəfləyir. ABŞ bu layihəni Avropanın təhlükəsizliyi üçün riskli hesab edir. Konqres müdafiə sənədinin bir hissəsi kimi sanksiyalara səs verib.
Muxalifet4 - 21-12-2019
Sabiq nazirin tərəfdarları da SEÇKİNİ BOYKOT ETDİ - Seçkiyə qatılanlar haqda isə...
Sabiq səhiyyə naziri Əli İnsanovun yaratdığı Haqq Ədalət Partiyasının (HƏM) Təşkilat Komitəsi bu gün növbəti iclasını keçirib. Modern.az-ın məlumatına görə, Əli İnsanov sosial şəbəkədə bildirib ki, iclasda 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak məsələsini müzakirə ediblər. Müzakirələrin yekununda qərara alınıb ki, HƏP bu seçkilərdə iştirakı məqbul saymır.
Muxalifet4 - 21-12-2019
Boykotçuların sırasına daha bir təşkilat da qatıldı - PARLAMENT SEÇKİLƏRİ HAQDA MÜƏMMA
Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Ali Məclisinin iclası keçirilib. Muxalifet.az demokrat.az-a istinadən xəbər verir ki, iclasda 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməməklə bağlı İdarə Heyətinin bəyanatı təqdir edilib. Daha sonra hərəkatın II qurultayına hazırlıq üzrə təşkilat komitəsinin yaradılması barədə qərar qəbul edilib.
Muxalifet4 - 21-12-2019
“DAHA SEÇKİDƏ İŞTİRAK ETMƏYƏCƏM!” - Milli Qəhrəmanın deputat xanımı
“Parlament seçkilərində iştirak etməyəcəm. Qərarım dəqiqdir”. Muxalifet.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Beşinçi çağırış Milli Məclisin 122 saylı Xankəndi seçki dairəsindən olan deputatı Flora Qasımova bildirib. O, yerini gənclərə vermək fikrində olduğunu vurğulayıb: “Daha parlament seçkiləruində iştirak etməyəcəm, deputat olmaq kimi fikrim də yoxdur. Bu sahədə gəncləri irəli çəkmək daha yaxşı olardı”. Qeyd edəki ki, Flora Qasımovanın 72 yaşı var və iki çağırış Milli Məclisin deputatı kimi fəaliyyət göstərib.
Muxalifet4 - 22-12-2019
DAHA BİR İCRA BAŞÇISI SAKİNLƏRLƏ GÖRÜŞƏ GƏLDİ - İlk dəfə şikayətçiləri dinlədi və tapşırıqlar verdi...
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Kəmərqaya kəndində vətəndaşların növbəti səyyar qəbul-görüşünü keçirib. Muxalifet.az xəbər verir ki, görüşdə çıxış edən Əhəd Abıyev belə görüşlərin Prezident İlham Əliyevin tapşırığı ilə rayonda mütəmadi olaraq keçirildiyini, vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqların daim diqqət mərkəzində saxlanıldığını bildirib.
Muxalifet4 - 22-12-2019
Rusiyada maliyyə böhranı əyalətləri boşaldıb insanları Moskvaya toplayır
On il əvvəl Rusiyanı bürüyən maliyyə böhranı, ölkə daxilində federal subyektlərin büdcələrinin təxminən 20 faiz azalmasına səbəb oldu. O vaxtdan bəri, Moskva şəhərinin büdcəsi demək olar ki, böhrandan əvvəlki səviyyəyə çatdı və bir çox bölgələrin, diyarların və respublikaların büdcələri depressiyada qalır.
Muxalifet3 - 22-12-2019
Ermənilər mövqelərimizi snayper tüfənglərindən atəşə tutdular
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Voskevan kəndində, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Məzəm, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Muxalifet4 - 22-12-2019
Əziz Orucovun apellyasiya şikayətinə baxılacaq - TANINMIŞ JURNALİST HƏMKARLARINA MÜRACİƏT ETDİ
Dekabrın 24-də "Kanal-13" internet televiziyasının direktoru Əziz Orucovun apellyasiya şikayətinə baxılacaq. Muxalifet.az xəbər verir ki, tanınmış jurnalist bu haqda özünün Facebook səhifəsində açıqlama verib: "Hormetli ORUCOV EZIZ QARASh OGLU! Baki Apelyasiya Mehkemesi, Sizi 7(103)-856/2019 sayli ish uzre 24.12.2019-cu ilde saat 10:00-da mehkum qisminde mehkeme baxishina devet edir. Bildirish no: 7(103)-856/2019-001 Tel: Hakim: Mirzeli Abbasov Dəyərli dostlarım.
Muxalifet4 - 22-12-2019
Bələdiyyə seçkilərində təşviqat mərhələsi başa çatdı
Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr tərəfindən seçkiqabağı təşviqat bu gün başa çatıb.
Muxalifet.az bildirir ki, seçkiqabağı təşviqatın aparılması dekabrın 22-i saat 08:00-da dayandırılıb.
Muxalifet4 - 22-12-2019
Türklərin Almaniyaya girişi qadağan edilir? - ŞOK STATİSTİKA
Yalnız ötən il 28 446 Türkiyə vətəndaşına Almaniya vizası verilməyib. Axar.az xəbər verir ki, bunu Türkiyənin Almaniyadakı səfiri Əli Kamal Aydın deyib. O, bu addımın Türkiyə vətəndaşlarının Almaniyaya girişlərinin qadağan edilməsi demək olduğunu söyləyib. Səfir Almaniyanın Şengen vizası olan türklərə də giriş vizası vermədiyini bildirib.
Muxalifet4 - 22-12-2019
Sabah Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları görüşəcəklər - TİFLİSDƏ
Dekabrın 23-də Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri arasında üçtərəfli formatda səkkizinci görüş keçiriləcək. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. XİN başçıları üçtərəfli əməkdaşlıq formatında müxtəlif sahələrdə cari məsələləri müzakirə edəcəklər. Xüsusi diqqət Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat və energetika sahələrində əməkdaşlıq məsələlərinə ayırılacaq. Görüş çərçivəsində xarici işlər nazirləri birgə bəyannamə imzalayacaqlar.
Muxalifet4 - 22-12-2019
Seçkiləri izləmək üçün 17 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib - MSK AÇIQLADI
“Bələdiyyə seçkilərində iştirak edəcək yerli müşahidəçilərin sayı 52636 nəfərdir”.
Muxalifet4 - 22-12-2019
Mirqafar Seyidovun kürəkəni vəfat etdi
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidova ağır itki üz verib. Muxalifet.az BakuPost-a istinadən xəbər verir ki, general-mayorun kürəkəni Nemət Seyidov vəfat edib. Həm də generalın qardaşı oğlu olan N.Seyidov polis orqanlarında çalışıb. O, uzun sürən xəstəlikdən sonra bu gecə Bakıda vəfat edib. Mərhum Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda dəfn ediləcək. Qeyd edək ki, ötən ay Mirqafar Seyidovun qardaşı rəhmətə getmişdi.
Muxalifet4 - 22-12-2019