Axtarış
The search found 105849 results in 0.143 seconds.
Search results
Əli Həsənov deputatlığa namizəd olacaq? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib. Bir çox media nümayəndələri və iqtisadçılar da parlament seçkilərində iştirak edəcəklərini bildiriblər. Sosial şəbəkələrdə Prezidentin sabiq köməkçisi Əli Həsənovun da deputatlığa namizədliyini verəcəyi ilə bağlı iddialar səsləndirilib. Muxalifet.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan Əli Həsənov bildirib ki, yayılan xəbərlər şayədir: "Mən bununla bağlı heç bir fikir səsələndirməmişəm.
Muxalifet4 - 24-12-2019
“Prezidentin yerli jurnalistlərə müsahibəsinin Əli Həsənovdan sonrakı dövrdə baş tutması...” - MARAQLI AÇIQLAMA
"Ölkə başçısının yeni parlamentin tərkibi ilə bağlı açıqlamaları ciddi dəyişikliklər olacağından xəbər verir" "Prezident İlham Əliyevin ilin yekunu ilə bağlı yerli jurnalistlərə geniş müsahibəsinə baxdım. İlkin təəssüratım və diqqətimi cəlb edən məqamlar bunlardır. Birincisi, bu tip format ilkin mərhələ üçün yaxşı və faydalı təşəbbüsdür". Muxalifet.az xəbər verir ki, bu fikirlər "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzə məxsusdur.
Muxalifet4 - 24-12-2019
Mehman Hüseynov bələdiyyə üzvü seçilmədi - MSK NƏTİCƏNİ AÇIQLADI
Dünən Azərbaycanda baş tutan Bələdiyyə Seçkilərinin ilkin nəticəsi açıqlanıb. Demokrat.az xəbər verir ki, 31 saylı Qaraçuxur bələdiyyəsindən namizədliyini irəli sürən tanınmış bloqer Mehman Hüseynov bələdiyyə üzvlüyünə seçilməyib. Bu məlumat sosial şəbəkədə geniş yayılıb. Mehman özü bununla bağlı hələ ki, açıqlama verməyib. Qaraçuxur bələdiyyəsindən seçilən şəxslərin siyahısını təqdim edirik:
Muxalifet4 - 24-12-2019
Zeynəb Xanlarova AzTV-nin yeni il çəkilişi üçün Bakıya gəldi – VİDEO
Uzun illərdir TV və radiolardan uzaq düşən Xalq artisti Zeynəb Xanlarova AzTV-nin Yeni il çəkilişində iştirak edib. Muxalifet.az xəbər verir ki, bu barədə Əməkdar artist Rəşad İlyasov məlumat verib. O, instaqram səhifəsində video paylaşaraq məşhur müğənninin 2020-ci ilin ilk dəqiqələrində efirdə görünəcəyini qeyd edib. Bundan əlavə, İlyasov Xanlarovanın yanında olan iki gənclə bağlı maraqlı fakt açıqlayıb. O, sözügedən şəxslərin Xalq artistini çox sevdiyini, bunun üçün soyadlarını (Cabbarova və Qasımov) dəyişərək “Xanlarova” olaraq dəyişdirdiklərini vurğulayıb.
Muxalifet4 - 24-12-2019
"Xalqım məni istəmirsə, yalandan seçkilərdə iştirak etməyin nə mənası var?" - KEÇMİŞ DEPUTAT
"Deputatlığa namizəd olmaq üçün xalqın arzusu və istəyi olmalıdır. Deputatı xalq seçir. Əgər xalqımız məsləhət bilsə və mənə təklif etsələr, o zaman mən də namizədliyimi irəli sürərəm". Muxalifet.az xəbər verir ki, bu fikirləri demokrat.az-a açıqlamasında Milli Məclisin V çağırış deputatı, ehtiyyatda olan general-leytenant Əliağa Hüseynov bildirib. Əliağa Hüseynov deyib ki, xalqdan istək olmasa, deputatlığa namizəd olmayacaq: "Əgər xalqım mənim seçilməyimi istəmirsə, o zaman yalandan seçkilərdə iştirak etməyin nə mənası var?
Muxalifet4 - 24-12-2019
“İndiyədək Parlamentdə təmsil olunan deputatların bir hissəsi kimlərinsə saxlaması...” – DEPUTATLIĞA NAMİZƏDDƏN SƏRT AÇIQLAMA
“Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov deputatlığa namizədliyini irəli sürüb. Azərbaycan Demokrat Partiyasının (ADP) seçki siyahısından namizədliyi irəli sürülən baş redaktor 25 saylı Nizami rayon ikinci seçki dairəsində mübarizə aparacaq. Dünən V.Məmmədov özünün “Facebook” profilində seçicilərə ilkin müraciətini ünvanlayıb. Baş redaktorun statusunu olduğu kimi dərc edirik: “Hörmətli dostlarım, qohumlarım və məni tanıyan, tanımayan həmvətənlərim!
Muxalifet4 - 24-12-2019
Bələdiyyə üzvü seçilən Corc XXX görün hansı məşhurun oğlu imiş - FOTO
Müğənni Roza Zərgərlinin oğlu Corc Qafarov Qaraçuxur Bələdiyyəsinin üzvü seçilib. “Yeni Sabah” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının saytında məlumat verilib. Onun adı lider namizədlər siyahısında yer alıb. C.Qafarov 6 min 667 səs toplayıb. Qeyd edək ki, R. Zərgərli bu günə kimi 3 uşaq övladlığa götürüb. O, təkcə Bənövşə adlı qızının bioloji anasıdır.
Muxalifet4 - 24-12-2019
Roza oğlunun bələdiyyə üzvü seçilməsindən danışdı - “O bilir ki, Azərbaycan gənci nələrlə üzləşir”
Xəbər verdiyimiz kimi, müğənni Roza Zərgərlinin oğlu Corc Qafarov Qaraçuxur Bələdiyyəsinin üzvü seçilib. Onun adı lider namizədlər siyahısında yer alıb. Bu haqda Mərkəzi Seçki Komissiyasının saytında məlumat verilib. C.Qafarov 6 min 667 səs toplayıb. Məsələ ilə bağlı Roza Zərgərli ilə əlaqə saxladıq. İfaçı “Yeni Sabah”a açıqlamasında Corcun öz istəyi ilə namizədliyi irəli sürdüyünü deyib: “Corcun özü namizəd olmağa təşəbbüs göstərib. Çünki o illər boyu, 11 yaşından bəri kino sahəsindədir. O bilir ki, Azərbaycan gənci nələrlə üzləşir, hər şeydən xəbəri var.
Muxalifet4 - 24-12-2019
ŞOK GƏLİŞMƏ: Pentaqon "Türkiyə ilə müharibə" qanununa "hə" dedi
Türkiyənin Şərqi Aralıq dənizindəki son fəaliyyəti, Rusiyadan S-400 alınmasına və “Türk axını” qaz kəməri sazişinə görə ABŞ prezidenti Tramp mahiyyət etibarilə Türkiyəyə müharibə elan edən qanunu imzaladı. Sənəd Amerikanın Düşmənlərinə Sanksiyalarla Mübarizə Qanunu (CAATSA) çərçivəsində ölkəyə qarşı hər cür əsassız sanksiyaların tətbiq edilməsinin zəruriliyini, F-35 qırıcılarının tədarükünün dayandırılmasını nəzərdə tutur və bu günə qədər Türkiyənin əslində aldığı dörd təyyarəyə üçün ehtiyat hissələrinin verilməsini də qadağan edir.
Muxalifet3 - 24-12-2019
Dağlıq Qarabağın statusunu müzakirə etmək üçün ekspert qrupu - BAKI, YEREVAN VƏ XANKƏNDİNİN İŞTİRAKI İLƏ...
Xəbər verildiyi kimi Brüsseldə mənzillənmiş Beynəlxalq Böhran Qrupu (İnternational Crisis Group-İCG) bu günlərdə Dağlıq Qarabağ münaqişəsinə dair genş hesabat yayıb. Virtualaz.org hesabatdan ermənilərin işğal altındakı ərazilərdə apardıqları qanunsuz məskunlaşma, Qarabağda Rusiya qoşunlarının yerləşdirilməsini nəzərdə tutan və erməni tərəfinin rədd etdiyi “Lavrov planı” və Dağlıq Qarabağın araqlı statusuna dair tərəflərin mövqelərinin nədən ibarət olması barədə xülasələri təqdim edib. Hesabatda status məsələsindən geniş bəhs olunur.
Muxalifet4 - 24-12-2019
Koçaryanın daha bir yaxın adamı Rusiyaya qaçdı
Ermənistanda barələrində cinayət işi açıldığına görə Rusiyaya qaçan yüksək vəzifəli keçmiş dövlət məmurlarının sayı 5-ə çatıb.
“Novosti Armeniya” xəbər verir ki, dekabrın 23-də Yerevanın Avan və Nor Nork rayonu Məhkəməsinin keçmiş hakimi Samvel Uzunyan barəsində beynəlxalq axtarış elan edilib.
Bildirilib ki, dekabrın 20-də Ermənistan baş prokuroru müavininin qərarı ilə S.Uzunyana qarşı Cinayət Məcəlləsinin rüşvət alma maddəsi ilə ittiham irəli sürülüb. O, 51 min dollar məbləğində rüşvət almaqda təqsirləndirilir.
Muxalifet4 - 24-12-2019
Bakıda restoranda iki nəfər zəhərləndi - BİRİ ÖLDÜ
Bakıda kişi restoranda spirtli içkidən zəhərlənərək ölüb.
Dekabrın 23-də hüquq-mühafizə orqanlarına Bayramov Sərxan Niyazi oğlunun zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə daxil olması və həmin xəstəxanada ölməsi barədə məlumat daxil olub.
Muxalifet4 - 24-12-2019
Daha bir icra başçısı haqda ŞOK İDDİALAR... - İntihar edən təhsil işçisinin qardaşı Aqil Nəzərlini ittiham edir
Laçın rayonu, Şeylanlı kənd sakini, hazırda Ağcabədi rayonu Taxta Körpü ərazisində Şeylanlı obasında məskunlaşan Baxışov Ünsüyyət Baxış oğlu rayonun icra başçısı Aqil Nəzərlidən və Laçın Rayonu Təhsil Şöbəsinin müdiri Nicat Həsənovdan “Hürriyyət”ə şikayət edib. Həmin şəxslərlə problemin nədən yarandığına aydınlıq gətirən Ü. Baxışov qeyd edib ki, onun qardaşı Baxışov Müqabil Baxış oğlu Laçın Təhsil şöbəsində metodist, məsləhətçi işləyib, sonradan isə inspektor vəzifəsində çalışıb: “O vaxtı da indiki icra başçısı Aqil Nəzərli Laçın Rayon İcra Hakimiyyətində müavin vəzifəsində işləyirdi.
Muxalifet4 - 24-12-2019
Azərbaycanda məmur İNTİHAR ETDİ
Masallıda dəhşətli intihar hadisəsi baş verib. Muxalifet.az BakuPost-a istinadən xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin baş zabiti Rəvan Nəsibov yaşadığı mənzildə damarlarını kəsərək intihar edib. Məlumatda qeyd edilir ki, onun ailəsi Gədəbəy rayonunda yaşayır. İşi ilə əlaqədar Masallıda kirayədə qalırmış. Hadisənin başvermə səbəbləri araşdırılır.
Muxalifet4 - 24-12-2019
“Saxta seçkilər üçün 65,2 milyon manat israf olundu” - QUBAD İBADOĞLU
“Bu vəsait bələdiyyələrin illik büdcəsindən 2,5 dəfə, gələn il doğulan bütün uşaqlara veriləcək birdəfəlik yardımın ümumi məbləğindən 4,5 dəfə çoxdur. Yəni həmin vəsaiti xərcləməyib, uşaq puluna yönəltsəydik, hər bir yeni doğulan uşağa 200 manat deyil, 900 manat ödəmək mümkün olardı”. Muxalifet.az xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.
Muxalifet4 - 24-12-2019
Xırdalanda yeniyetmədən dəhşətli cinayət – EVİNİN QARŞISINDA ÖLDÜRDÜ
Xırdalan şəhəri ərazisində törədilmiş qətlin üstü açılıb. Muxalifet.az xəbər verir ki, dekabrın 22-də saat 23 radələrində Xırdalan şəhəri 28 May küçəsindən Bakı şəhər sakini Fikrət Həsənovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Xırdalan şəhər sakini olan bir yeniyetmə saxlanılıb.
Muxalifet4 - 24-12-2019
Paşinyan beynəlxalq təşkilatları Azərbaycanı "Dağlıq Qarabağ"ı erməni xalqı kimi danışıqlara cəlb etməyə razı salmağa məcbur etməyə çağırdı
"Əvvəldən hökumətimiz Dağlıq Qarabağ məsələsinin həllində “konstruktiv” mövqe tutur və məmnuniyyətlə qeyd etməlidir ki, bu, beynəlxalq tərəfdaşlarımız tərəfindən görülür". Bunu erməni baş nazir Nikol Paşinyan Ermənistan və Dağlıq Qarabağ Təhlükəsizlik Şuralarının birgə iclasında söyləyib. Muxalifet.az bu barədə "news.am" erməni saytına istinadla məlumat verir. Erməni baş nazir qeyd edib ki, sadə, məntiqli və anlaşılan bir düstur konseptual şəkildə təklif edilmişdir - həll yolu “Qarabağ xalqı” üçün, Ermənistan xalqı və Azərbaycan xalqı üçün məqbul olmalıdır.
Muxalifet3 - 24-12-2019
ŞOK PROQNOZ: 2020-ci ildə dolların məzənnəsi...
Bir çox nüfuzlu maliyyə təsisatlarının ekspertləri 2020-ci ildə ABŞ dollarının məzənnəsinin azalacağı qənaətindədir. “Bloomberg” xəbər verir ki, bir sıra ekspertlərin ümumi proqnozuna əsasən, gələn il ərzində avronun məzənnəsi hazırkı 1,1 dollardan 1,16 dollaradək artacaq.
Muxalifet4 - 24-12-2019
Bakı sakini özünü binadan atmaq istədi - İNTİHARA CƏHD
Bu gün paytaxtın Binəqədi rayonunda Nübar Kişiyeva hündürmərtəbəli yaşayış binlarının birindən ictimai diqqəti üzərinə yönəltmək üçün intihara cəhd göstərib.
Muxalifet4 - 24-12-2019
"Ermənistan-Azərbaycan müharibəsi olarsa, bu 2016-cı ildəkindən daha ağır olacaq" - ERMƏNİ EKSPERT
“İndiki hakimiyyətin Qarabağ münaqişəsinin həlli üçün nə bir strategiyası, nə də konsepsiyası var. Müxtəlif vaxtlarda fərqli strategiyalar və konsepsiyanın olmadığını göstərən fərqli açıqlamalar verirlər". Muxalifet.az "Trend"in məlumatına istinadla bildirir ki, bu barədə "Voskanapat" analitik mərkəzində "Daşnaksütyun" şirkətinin siyasi məsələlər üzrə nümayəndəsi və Ay Data ofisinin Kiro Manoyan tərəfindən aparılan müzakirələr zamanı məlumat verilib.
Muxalifet3 - 24-12-2019