Kəşmir əməliyyatı - Ölü və yaralılar var, aeroport işini dayandırdı

Kəşmirdə dörd intiharçı terrorçunun sərhəd qoşunlarının düşərgəsinə hücumu nəticəsində bir hərbçi həlak olub. 
Trend-in məlumatına görə, hücumdan dərhal sonra terrorçulara qarşı əməliyyat başlayıb. 
Səkkiz saat davam edən əməliyyat zamanı 3 terrorçu zərərsizləşdirilib. 
Atışmalar zamanı 3 hərbçi yaralanıb. 
Hadisə ilə əlaqədar Srinaqar şəhərinin hava limanı 5 saat müddətinə işini dayandırmalı olub.