Ölkəmiz şimpanze səviyyəsindədir - PAŞİNYAN

Ermənistanın siyasi sistemi şimpanze səviyyəsindədir, hakimiyyət isə onu makaki səviyyəsinə endirmək istəyir. 
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentində "İrəvan şəhərində yerli özünüidarəetmə haqqında" qanuna düzəliş edilməsi barədə layihənin müzakirəsində çıxış edən müxalif “Çıxış” fraksiyasının rəhbəri Nikol Paşinyan deyib. 
“Bu layihə şəhər rəhbərliyinin demokratiyasını təhdid edir. Heç bir şey olmamış kimi görünə bilər, ancaq fərqi nədir? İnsanın da oranqutanla elə böyük fərqi yoxdur. Genetik baxımdan sadəcə 2 faiz fərqlilik var. Nəticədə nə əldə edirik? Hakimiyyətdən xahiş edirəm, siyasi sistemimiz onsuz da şimpanze səviyyəsindədir. Gəlin onu makaki səviyyəsinə endirməyək”, - Paşinyan bildirib.