Axtarış

The search found 105785 results in 0.021 seconds.

Search results

  1. ​Poroşenko ilə erməniəsilli nazir arasında QALMAQAL

    Ukrayna daxili işlər naziri Arsen Avakovun köməkçisi, deputat Anton Qeraşenko “ICTV” kanalının efirində öz rəisi və prezident Pyotr Poroşenko arasında münaqişə barədə danışıb. Onun sözlərinə görə, onlar arasında münaqişə Poroşenkonun prezident seçildiyi ilk gündən başlanılıb.
    Qereşenko vurğulayıb ki, tərəflər arasında münaqişənin səbəbi Ukraynada təhlükəsizliyin təmin olunması və kriminal araşdırmalara müxtəlif cür yanaşma olub.

    Muxalifet2 - 3-10-2017

  2. ​Ağ Ev: İndi Şimali Koreya ilə danışmaq vaxtı deyil

    Ağ Ev deyib ki, onlar yalnız Pxenyanın saxladığı üç amerikalının azad edilməsi müzakirə ediləcəyi halda Şimali Koreya ilə danışıqlarda maraqlı ola bilər.
    Bu bəyanat dövlət katibi Reks Tillersonun ABŞ və Şimali Koreya arasında ilə birbaşa kommunikasiya kanalının mövcudluğu və Amerika rəsmilərinin dialoq axtarışında olduğunu deməsindən sonraya təsadüf edir.
    Lakin Tillersonun qeydinin əhəmiyyəti prezident Tramp tərəfindən kiçildildi. ABŞ prezidenti Tillersonun Şimali Koreya lideri ilə müzakirələr keçirilməsi səylərini boşa sərf edilmiş vaxt adlandırıb.

    Muxalifet2 - 3-10-2017

  3. General Novruzəli Orucovun oğlunun məhkəməsi - VİDEOGÖRÜNTÜLƏR ARAŞDIRILACAQ

    Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov, Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 
     
    Hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, hadisə vaxtı avtobusdakı videogörüntülərin götürülməsi ilə bağlı sorğu verilib. Bu sorğuya cavab gözlədikləri üçün proses oktyabrın 10-dək təxirə salınıb.

    Muxalifet - 3-10-2017

  4. ABŞ-ın Azərbaycana “SOS” deyə müraciət etdiyi turistlər helikopterlə təxliyyədən imtina ediblər

    Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış xarici vətəndaşların yeri Fövqəladə Hallar Nazirliyinin helikopteri tərəfindən müəyyənləşdirilib.
     
    Nazirliyin saytının verdiyi xəbərə görə, turistlərin sağlamlığı üçün təhlükə yoxdur. Onlar helikopter vasitəsilə təxliyyə olunmaqdan imtina ediblər. Hazırda Mülki Müdafiə Qoşunlarının qüvvələri vətəndaşlara müvafiq kömək göstərmək üçün həmin yerə doğru hərəkət edirlər./azxeber.com

    Muxalifet - 3-10-2017

  5. AFFA Azərbaycan millisi ilə vidalaşacaq Rəşad Sadıqova SÜRPRİZ EDƏCƏK

    Elxan Məmmədov: Yolasalma mərasimini Çexiya ilə oyundan əvvəl təşkil edəcəyik
    Çexiya yığmasına qarşı 2018-ci il dünya çempionatının seçmə qrup matçından əvvəl "Qarabağ"ın futbolçusu Rəşad Sadıqovun Azərbaycan milli komandası ilə vida mərasimi təşkil olunacaq. Bu barədə "Report"a AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

    Muxalifet2 - 3-10-2017

  6. Amerikalı generaldan Rusiyaya qarşı "hərbi Şengen” TƏKLİFİ

    Avropa ölkələri Rusiyanın qarşısının daha effektiv alınması üçün “hərbi Şengen”in yaradılması haqqında razılaşmalıdır.
    “Assişieyted Press” xəbər verir ki, bunu ABŞ-ın Avropadakı qüvvələrin komandanı general-leytenant Ben Hoces bildirib.
    Generalın sözlərinə görə, silahlar və hərbi yüklərin Avropa ölkələrinin sərhədləri ilə nəqli üzrə xüsusi qaydalar qüvvədə olmalıdır. Amerikalı hərbçi bildirir ki, bu qaydalar NATO güclərinin daha sürətli yerdəyişməsinə imkan verməlidir.

    Muxalifet2 - 3-10-2017

  7. ​İlham Əliyev 2 sərəncam imzaladı

    Prezident İlham Əliyev A.İ.Vəzirovanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
    Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
    “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
    Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Alla İqoryevna Vəzirova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin”.
    ***

    Muxalifet2 - 3-10-2017

  8. Milli Şuranın mitinqinə gedənlər cəzalanıb – Növbəti QORXUTMA?

    İqtidar Milli Şuranın 23 sentyabr mitinqində iştirak edən büdcə çalışanlarına, tələbələrə, tibb personalına və müəllimlərə qarşı cəza tədbirlərinə başlayıb.
     

    Muxalifet - 3-10-2017

  9. ​Rus akademikdən xəbərdarlıq: 35 illik soyuqlaşma…

    Günəşdə aktivliyin zəiflədilməsi 20-ci əsrin ortalarındakı soyuq qışların Rusiya bölgələrinə dönməsinin səbəblərindən biridir.
    Bunu Tümen Dövlət Universitetinin akademiki Vladimir Melnikov söyləyib.
    “Biz bir neçə il idir ki, soyuqlaşma dövrünün başlamasını gözləyirdik və o dövr artıq başladı. Bundan başqa, Günəşin özü soyuqlaşmaya böyük təsir göstərəcək. Yer artıq 35 illik soyuqlaşma dövrünə girir”, – akademik bildirib.

    Muxalifet2 - 3-10-2017

  10. Bağdad Bərzaniyə bütün maliyyə əməliyyatlarını dayandırdı

    İraq parlamenti yeni qanun layihəsini təsdiqləyib.
     
    Məclis mərkəzi hökumətin Şimali İraq Kürd Muxtariyyatı ilə bütün maliyyə əməliyyatlarının dayandırılmasını ehtiva edən qanun layihəsini səsverməyə çıxarıb.
    Layihə Maliyyə Komitəsi tərəfindən hazırlanıb. Səsvermədə iştirak edən millət vəkillərinin böyük əksəriyyəti qanunun lehinə səs veriblər.
    Kürdistan Demokrat Partiyasından başqa digər kürd millət vəkilləri parlamentin iclasında iştirak etməyiblər./olke.az

    Muxalifet - 3-10-2017

  11. ​Təhsil işçilərinə medal və fəxri adlar verilib - SİYAHI

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
    Sərəncamda qeyd olunur ki, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə aşağıdakı təhsil işçilərinə Azərbaycan Respublikasının fəxri adları verilsin:

    Muxalifet2 - 3-10-2017

  12. Xədicə İsmayılova polisə çağırılıb

    Araşdırmaçı jurnalist Xədicə İsmayılova bu gün Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinə çağırılıb.
     
    Jurnalistin Turan-a verdiyi məlumata görə, çağırışın səbəbi məlum deyil. O, bunun şərti cəza rejimi ilə bağlı ola biləcəyini ehtimal edir. Jurnalist bu rejimi pozmayıb.
    "Hazırda mən şəhərin mərkəzindəyəm, polisə gedirəm", deyə jurnalist saat 17-də bildirib.
    Qeyd edək ki, X.İsmayılova korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə beynəlxalq jurnalist qrupunun məruzəsinin hazırlanmasında iştirak edib.

    Muxalifet - 3-10-2017

  13. Bir neçə mədəniyyət evinin rəhbəri işdən çıxarıldı

    Bakıdakı bir neçə mədəniyyət evinin rəhbəri vəzifəsinə təyinat olub. 
    Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən AzVision.az-a verilən məlumatda deyilir ki, H.Abbasov adına mədəniyyət evinin direktoru Vüqar Elşad oğlu Ağayev işdən azad olunaraq M.Ə.Sabir adına Balaxanı qəsəbə mədəniyyət evinə, M.Ə.Sabir adına Balaxanı qəsəbə mədəniyyət evinin direktoru Fazil Mütəllim oğlu Vəliyev isə M.Ə.Sabir adına Bülbülə qəsəbə mədəniyyət evinə direktor vəzifələrinə təyin olunublar. 

    Muxalifet2 - 3-10-2017

  14. Avropaya xəbərdarlıq: “Pandorra qutusu açıldı”

    Kataloniyada müstəqillik referendumunun nəticələrini qəbul etməyib, Kosovadakı eyni səsverməni qəbul etmək ikili standartların göstəricisidir. 
    Bunu jurnalistlərə açıqlamasında Serbiya Xarici İşlər naziri İviça Daçiç söyləyib. 
    “Bizi beynəlxalq aləmdəki ikili standartlar narahat edir. Avropa Birliyi heç vaxt Kosovanın tanınması ilə bağlı səhvini etiraf etməyəcək. Bu qərarın nəticələri çox ağır oldu. Pandorra qutusu artıq açılıb” – deyə o bildirib.

    Muxalifet2 - 3-10-2017

  15. “Bakı Açıq Hökümət Tərəfdaşlığınin tövsiyələrini qəbul etməsə təşkilatdan çıxarılacaq” – Qubad İbadoğlu

    "Bu hesabat iki mərhələli ictimai məsləhətləşmələr əsasında hazırlanıb və artıq bir həftədir ki, Açıq Hökümət Tərəfdaşlığının rəhbər komitəsi tərəfindən Azərbaycan hökümətinə tövsiyə olunub.
     
    Azərbaycanın Açıq Hökümət Tərəfdaşlığında qalıb fəaliyyətini davam etdirməsi həmin hesabatda nəzərdə tutulan tədbirlərin icrasından aslı olacaq" , - iqtisadcı-ekspert Qubad İbadoglu Turan agentliyinə bildirib.

    Muxalifet - 3-10-2017

  16. 2 gündə 78 narkotik kapsul uddu – Nəticəsi isə...

    Türkiyənin Antalya şəhərində yerləşən hava limanında bədənində 78 ədəd narkotik kapsul olan qadın saxlanılıb.
    Almaniyadan Türkiyəyə səfər edən 29 Mariya Rodriqez adlı qadın bu kapsulları 2 gündə udduğunu deyib.
    Polis ölkəyə qaçaq yolla narkotik maddə keçirilməsindən öncədən xəbərdar olub. Lakin böyük miqdarda qaçaqmalın qadının bədənindən çıxması polisi təəccüb içində qoyub. Onun bədənindən təbii yolla hər biri 10-12 qram çəkisində olan 78 kapsul çıxarılıb.

    Muxalifet2 - 3-10-2017

  17. Putin Ramazan Abdulatipovun istefasını qəbul etdi

    Rusiya prezidenti Vladimir Putin Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovun istefasını qəbul edib.
    “Qafqazinfo”nun “Tass.ru”ya istinadən verdiyi xəbərə görə, R. Abdulatipovun səlahiyyətlərini müvəqqəti olaraq Dövlət Dumasının vitse-spikeri, “Vahid Rusiya” fraksiyasının nümayəndəsi Vladimir Vasilyev icra edəcək. Bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.

    Muxalifet2 - 3-10-2017

  18. Kataloniyada ümumi tətil elan edilib

    Etirazçılar Kataloniyada əsas yolları bağlayırlar
     
    Kataloniyadakı həmkarlar ittifaqları oktybarın 1-də regionun müstəqilliyi haqqında keçirilən "referendum" zamanı bu prosesdə iştirak etmək istəyənlərlə polis arasında baş vermiş kütləvi qarşıdurmalara etiraz olaraq ümumi tətil elan edib.
    BBC xəbər verir ki, etirazçılar Kataloniyada əsas yolları bağlayırlar və bu, böyük tıxaclara səbəb olub.
    Barselonanın ən böyük topdansatış ərzaq bazarı olan "Merkabarna"da fəaliyyət göstərən, təxminən, 770 şirkət işini dayandırıb.

    Muxalifet - 3-10-2017

  19. AZAL-ın təyyarələrində uçmaq niyə 2 dəfə bahadır? – İŞ ADAMI QİYMƏTLƏRDƏN ŞİKAYƏTLƏNDİ

    Dünən Muxalifet.az saytında “Turan” İnformasiya Agentliyinə istinadən “Azərbaycanlılar Gürcüstandan uçmağa üstünlük verirlər, AZAL isə susmağa” sərlövhəli yazı dərc olunmuşdu. Həmin yazıda Azərbaycanda təyyarə biletlərinin baha olması, inhisarçılıq, ölkəmizə uçan şirkətlər üçün yüksək vergilər və aeroport rüsumlarının tətbiq olunmasından bəhs edilirdi.

    Muxalifet3 - 3-10-2017

  20. Əli İnsanov Ali Məhkəmənin sədrinə müraciət etdi

    Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov Ali Məhkəmənin sədrinə müraciət edib.
     
    Ə. İnsanov məktubunda onun kassasiya şikayəti üzrə məhkəmə iclasının keçirilməməsindən narazılğını bildirib.

    Muxalifet - 3-10-2017

Pages