Kürdlər arasında PARÇALANMA: TƏLABANİDƏN BƏRZANİYƏ SƏRT SÖZLƏR

Hero Tələbani, etdiyi yazılı açıqlamada, 25 Sentyabrda keçirilən konstitusiyaya zidd referendumun təxirə salınmamasını sərt bir dillə tənqid etdi.
 
Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, İKBY-də referendumun təxirə salınmasının tərəfdarı olan Cəlal Təlabani tərəfdarları Bərzanini sərt tənqid edən bir yazılı açıqlama ilə çıxış etdi.
 
Tələbani cəbhəsindən Bərzaniyə çox sərt sözlər!
 
Keçmiş İraq Prezidenti Cəlal Tələbaninin həyat yoldaşı və Kürdüstan Vətənpərvərlər İttifaqı (KYB) Siyasi Bürosunun üzvü Hero Tələbani, qeyri-qanuni referendum prosesində beynəlxalq ictimaiyyətdən gələn etirazlara qulaq verməməsini tənqid edərək xalqın bu an "bu inadkarlığın əvəzini ödədiyini" bildirib.
  Hero Tələbani etdiyi yazılı açıqlamada 25 Sentyabrda keçirilən konstitusiyaya zidd referendumun zamanını düzgün dəyərləndirməməsini və təxirə salınmamasını sərt bir dillə tənqid etdi. Tələbani bunları ifadə etdi:
“Dünyanın böyük ölkələri ABŞ, Britaniya, Fransa, Rusiya, Çin, Avropa Birliyi, beynəlxalq ictimaiyyət, Birləşmiş Millətlər Təşkilatı və bütün qonşu ölkələr referendumun bu prosesdə olmamasını istəmiş, vaxtının uyğun olmadığını bildirmişdi. Bir çox yol xəritəsi və təklifi önümüzə təqdim olunmuşdu. Mən də daxil olmaqla Kürdüstan bölgəsinin siyasi rəhbərliyi heç bir təklifi qəbul etmədi. Görünən o ki xalqımız bu inadkarlığın bədəlini ödəyir".
 Tələbani, "O vaxt hadisələr və olay üzərində hər hansı bir qiymətləndirmə aparılmadan, siyasi partiyalara heç məsləhət edilmədən birbaşa referendumun 25 Sentyabrda keçiriləcəyi qərara alındı", deyə, tənqid etdi.
 

HAZIRDA BELƏ XƏTALAR DAVAM EDİR
 
 Bu gün də eyni xətanın təkrar olunduğunu dilə gətirən Tələbani, "Hazırda belə vəziyyətimizi gözdən keçirmək, həqiqət və ətraflı qiymətləndirmə yerinə siyasi partiyalarla məsləətləşilmədən, qərar qəbul edilməsinə imkan verilmədən Kürdüstan Siyasi Liderliyinin yaradılması qərara alınır". İfadəsini istifadə etdi.
  KYB Poltibüro üzvü olaraq bu addımı "böyük səhv" kimi səciyyələndirən Hero Tələbani, yaradılmasına qərar verilən siyasi liderliyi nə dəstəkləyir, nə də dəstəkləyəcəyini qeyd edib.
  IKBY-də müxalifət cərgələrində yer alan Qoran (Dəyişiklik) Hərəkəti və İslamı Cəmiyyət Partiyası (Komel) da etdikləri yazılı açıqlamada IKBY Siyasi Liderliyini rədd etdiklərini açıqlayaraq, bundan imtina edilməsini istəmişdilər.
IKBY rəhbəri Məsud Bərzani liderliyində dünən Ərbilin Səlahəddin qəsəbəsində bir araya gələn Yüksək Referendum Komissiyası, qeyri-qanuni referendumun ardından komissiyanın vəzifəsini başa çatdırdığını və yerinə IKBY Siyasi Liderliyinin yaradılması qərara alındığını bildirmişdi.
 
Muxalifet.az