Axtarış
The search found 105785 results in 0.036 seconds.
Search results
“Rusiya sərhədlərində istənilən müharibə...” - ABŞ-a XƏBƏRDARLIQ
Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı müharibəyə başlamaqla bağlı ABŞ-ın istənilən cəhdi Rusiyanı üçün təhlükə təşkil edir.
“RİA-Novosti” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın son bəyanatını şərh edən Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik məsələləri üzrə sədr müavini Frans Klinseviç bildirib.
“Bilavasitə Rusiya sərhədləri yaxınlığındakı istənilən münaqişə bizim tərəfimizdən ölkəmizlə bağlı düşmən hərəkətləri kimi qiymətləndiriləcək”, - senator deyib.Muxalifet2 - 27-09-2017
PKK-nın ətəkli terrorçularına "təzə qan" – AVROPALI HOMOSEKSUALLAR
Qərb ölkələrindən gəlib terror təşkilatı İŞİD-ə qarşı Rakkada döyüşdüyünü iddia edən terror təşkilatı YPG-də iştirak edənlərin sayı gün keçdikcə artır.
Müxalifət.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Rakkada terror təşkilatı PKK/YPG sıralarında vuruşan əcnəbi bir terrorçu çiynində PKK/YPG gerbi ilə birlikdə homoseksualları təmsil edən gerblə poza verib və sosial mediada bölüşüb.
Sözdə Kürd xalqı üçün döyüşdüyünü iddia edən terrorçunun şəkli böyük diqqət cəlb edib.Muxalifet - 27-09-2017
Daşkəsəndə bələdiyyə sədri BƏDBƏXT HADİSƏ NƏTİCƏSİNDƏ ÖLDÜ
Daşkəsən rayonunda bələdiyyə sədri ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, Zinzahal kənd bələdiyyəsinin sədri Füzuli İsmayıl oğlu Quliyev kənd ərazisində bədbəxt hadisə nəticəsində ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet2 - 27-09-2017
Poroşenko Milli Təhlükəsizlik Şurasını təcili topladı - “Bu, təxribatdır”
Ukrayna Hərbi Prokurorluğu silah anbarında baş verən partlayışı təxribat kimi qiymətləndirib.
“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, Vinnitskoy vilayətində yerləşən anbarda əvvəl yanğın, daha sonra isə partlayış olub. Bildirilir ki, xilasedicilər bölgədən 30 mindən çox insanı evakuasiya ediblər.Muxalifet - 27-09-2017
"Kanal 13"-ün rəhbəri üçün İSTİSNA HAL - Şüşə qəfəsdə deyil, vəkilin yanında əyləşdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Kanal 13” İnternet Televiziyasının rəhbərli Əziz Orucovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə ilkin hazırlıq iclası baş tutub.
İclasda Ə.Orucovun anket məlumatları dəqiqləşdirilib. Onun vəkili Cavad Cavadov vəsatət verərək müdafiə etdiyi şəxsin şüşə qəfəsdən çıxarılaraq yanında əyləşməsini istəyib. Onun vəsatəti təmin edilib və Ə.Orucov qəfəsdən çıxarılıb.
Vəkilin cinayət işinə xitam verilməsi barədə vəsatəti isə təmin edilməyib.Muxalifet - 27-09-2017
Avropaya qanunsuz gedən miqrantlarla bağlı DGK-dən RƏSMİ MÜNASİBƏT
Bu gün bir sıra kütləvi informasiya vasitələrində Türkiyə Respublikasında fəaliyyət göstərən medya orqanlarına istinadən Türkiyə Respublikasının Çorum əyalətinin Osmancıq bölgəsində polis tərəfindən yük yerində Avropaya mühacirət etmək istəyən miqrantların olduğu nəqliyyat vasitəsinin saxlanıldığı, nəqliyyat vasitəsinin qoşqusunda aşkar edilən Azərbaycan Respublikası vətəndaşları və əfqanlardan ibarət 200-dən artıq miqrantın Azərbaycan Respublikasının Bakı şəhərində pul müqabilində nəqliyyat vasitəsinə mindirilərək qeyri-qanuni yollarla Avropaya daşındığı barədə həqiqətə uyğun olmayan məlum
Muxalifet2 - 27-09-2017
Prokuror Beynəlxalq Bankın dələduz əməkdaşlarına iş istədi
Azərbaycan Beynəlxalq Bankı ASC-nin Qaradağ filialının kredit şöbəsinin külli miqdarda dələduzluqda təqsirləndirilən sabiq baş mütəxəssisi Elnur Hüseynov, Aqilə Piriyeva və Azər İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı çıxış edib.
O, Elnur Hüseynovun 11, Aqilə Piriyevanın 1 və Azər İsmayılovun 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.Muxalifet2 - 27-09-2017
Abdulatipov istefaya göndərildi: KREMLDƏ TƏCİLİ İCLAS
Dağıstan lideri Ramazan Abdulatipov öz vəzifəsini tərk edəcək.
Bu barədə informasiyanı RBK televiziyası yayıb. Televiziya Abdulatipovun təcili olaraq Kremlə çağırıldığını bildirib.
Mənbə Abdulatipova burada müxtəlif vəzifələrin təklif edildiyini və hətta xələfi məsələsində onunla məsləhətləşmələr aparıldığını da iddia edib:
“Bu, hər kəs üçün gözlənilməz oldu, heç kim bunu bilmirdi. Abdulatipov axıra qədər burada işləməyi planlaşdırırdı. O, istefası haqqında ərizəni bu gün yazıb”.Muxalifet2 - 27-09-2017
Maşından oğurluq edənlər TUTULDU
Bakıda avtomobillərdən oğurluq edənlər tutulub.
Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə,hadisə sentyabrın 18-də Nərimanov rayonunda baş verib.
Bakı şəhər sakini Mansur Mustafazadəyə məxsus “Mercedes” markalı avtomobildən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Namiq Sasani və əvvəllər məhkum olunmuş Turqut Sadıqlı 16-cı PB-nin əməkdaşları tərəfindən tutulublar.Muxalifet2 - 27-09-2017
“CavanNar” tarifi indi daha sərfəli oldu
“Nar” danışıq dəqiqələri, SMS və interneti gənclər üçün eyni, sərfəli tarifdə topladığı “CavanNar” təklifinə dəyişikliklər etdi. Tarif planı çərçivəsində bonusların təqdim edilməsi qaydalarına dəyişiklik edən operator, bununla mobil rabitə bazarında gənclər üçün ən sərfəli təklifi irəli sürdü. Belə ki, gənclər bu tarifə qoşulmaqla hər ay şəbəkədaxili 300 dəqiqə, ölkədaxili 300 SMS və 300 MB internet trafiki əldə edirlər. Gənclər çox sərfəli ünsiyyət imkanlarını özündə birləşdirən tarifə cəmi 99 qəpiyə qoşula bilərlər.
Muxalifet3 - 27-09-2017
Heydər Əliyev Mədət Quliyevi belə təbrik etdi - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyev Azərbaycanın Milli Qəhrəmanı, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevi doğum günü münasibətilə təbrik edib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, prezidentin oğlu şəxsi İnstaqram səhifəsində Mədət Quliyevin fotosunu paylaşıb və "Ad Gününüz Mübarək sadə və mehriban, Hörmətli Mədət bəy", deyə təbrik edib.Muxalifet3 - 27-09-2017
Kürdlər Bağdadın tələblərini rədd etdilər
Şimali İraq kürd muxtariyyəti Bağdad hökumətinin tələblərini rədd edib.
Türkiyə KİV-ləri xəbər verir ki, Ərbil beynəlxalq hava limanının rəhbəri Telar Faik rəsmi Bağdadın tələbin heç bir əsasının olmadığını və yerinə yetirilməsinin mümkün olmadığını söyləyib.
Xatırladaq ki, rəsmi Bağdad sentyabrın 26-da Şimali İraq kürd muxtariyyətinə nota verib. Notada sərhəd keçid məntəqələri və muxtariyyət ərazisində yerləşən hava limanlarının 3 gün ərzində təslim edilməsi tələb olunub(publika.az).Muxalifet3 - 27-09-2017
“Çevriliş baş tutsaydı, Azərbaycanı da Kürdüstana qatacaqdılar"
Şimali İraq Regional Administrasiyasının keçirdiyi “Kürdüstanın müstəqilliyi referendumu”nun ilkin nəticələri açıqlanıb. Nəticələrə görə, iştirak edənlərin 93%-dən çoxu regionun müstəqilliyinin lehinə səs verib. Yekun nəticənin sentyabrın 28-də açıqlanacağl bildirilir.
Muxalifet3 - 27-09-2017
Vüqar Qaradağlıya cinayət işi açılır — ŞOK İDDİA
ATV-nin keçmiş rəhbəri Vüqar Qaradağlıya cinayət işi açılır.
"Ölkə.Az"-ın məlumatına görə, hətta dünən Qaradağlı vəzifəsindən azad edildikdən sonra telekanala xeyli sayda hüquq-mühafizə orqanları əməkdaşı gəlib.
Mənbənin verdiyi məlumata görə, hazırda onun barəsində araşdırmalar aparılır. Qeyd edilir ki, V.Qaradağlı ona göstərdiyi etimaddan sui-istifadə edib, eyni zamanda şirkətin maliyyə sənədlərində bəzi çatışmazlıqlar da mövcuddur.Muxalifet3 - 27-09-2017
General Rusiyanın Ukrayna ilə bağlı hədəfini açıqladı
Ukraynanın Vinnitskaya vilayətinin Kalinkovka şəhərində yerləşən döyüş sursatı anbarlarında baş verən partlayış Donbasda növbəti hücuma hazırlıq ola bilər.
Bu haqda “Obozrevatel” nəşrinə Ukraynanın xarici kəşfiyyatının veteranı, general-leytenant Vasiliy Boqdan bildirib.Muxalifet2 - 27-09-2017
UEFA Bəhramın yerinə Zabiti seçdi
UEFA Çempionlar Liqasında çıxış edən komandalarının ulduz fanatları siyahısında dəyişiklik edib.
Muxalifət.az Report.az-a istinadən xəbər verir ki, bununla bağlı hazırlanmış yazıda "Qarabağ"ın yeni ulduz fanatı kimi Zabit Səmədov göstərilib.Muxalifet2 - 27-09-2017
ABŞ-ın müdafiə nazirini Əfqanıstanda öldürmək istədilər
Əfqanıstanın paytaxtı Kabildə hava limanına raket zərbələri endirilib.
Hava limanına və onun ətrafına 30-dək raket buraxılıb.
Bununla əlaqədar hava limanında bütün reyslər ləğv olunub və təxliyə həyata keçirilib.
Bir az əvvəl məlum olub ki, hava limanının bombalanması ilə bağlı məsuliyyəti “Taliban” qruplaşması öz üzərinə götürüb.
Qruplaşmanın yaydığı bəyanatda zərbələrin hədəfinin ABŞ-ın müdafiə naziri Ceyms Mettisin olduğu deyilib.Muxalifet2 - 27-09-2017
İŞİD silahlıları 30 iraqlı polisi GIROV GÖTÜRDÜ
İŞİD terror qruplaşmasının yaraqlıları azı 30 iraqlı polisi girov götürüb.
"Report" TASS-a istinadən xəbər verir ki, insident Ramadinin cənub-qərbində, Bağdaddan 100 km aralıda baş verib.
Qeyd edək ki, Anbar vilayətinin inzibati mərkəzi olan Ramadi şəhərinin cənub-qərbində İŞİD yaraqlılarının bir sıra müqavimət ocaqları qalır.
Xatırladaq ki, sentyabrın 16-da İraqın hökumət qüvvələri Anbarda terrorçuların mövqelərinə doğru genişmiqyaslı hücumlara başlayıb.Muxalifet2 - 27-09-2017
Mənsimov: "Lukoil" "Palmali"yə 4 mlrd. dollar zərər vurub"
"Palmali Holding" ikinci dəfə "Lukoil" şirkətinin törəmə müəssisəsi olan "Litasco"nu məhkəməyə verməyə hazırlaşır. Bunu "Anadolu" agentliyinə açıqlamasında "Palmali Holding"in rəhbəri Mübariz Mənsimov bildirib.
Onun sözlərinə görə, "Palmali Holding" "Litasco"dan 2 mlrd. dollar məbləğində təzminat tələb edir: "Biz iyulun 17-də London Ali Arbitraj Məhkəməsinə müraciət edərək "Litasco"dan 2 mlrd. dollar təzminat tələb etmişik. Öz növbəsində "Lukoil" bundan qorxuya düşüb və "Litasco"nu sataraq ondan canını qurtarmaq istəyir. Bu, saxtakarlıqdır".Muxalifet2 - 27-09-2017
Vitali Kliçko yenidən Bakıya gəlir
Ukraynanın Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçkonun oktyabrın 1-də Bakıya səfəri planlaşdırılır.
V.Kliçkonun səfəri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyində görüşlər nəzərdə tutulur.
Görüşlərdə Bakı ilə Kiyev arasında əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən iqtisadi, siyasi, elmi, mədəni əlaqələr müzakirə ediləcək.
Qeyd edək ki, Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçko aprel ayında da Bakıya səfər etmişdi.(AzərTac)Muxalifet2 - 27-09-2017